Həbib bəy Mahmudbəyovun 160 illik yubileyi qeyd olundu - Fotolar

Bakı Kitab Mərkəzində Azərbaycanın təhsili və mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan, maarifçi və ziyalı Həbib bəy Mahmudbəyovun 160 illik yubileyi qeyd edilib.
“Qafqazinfo” xəbər verir ki, Həbib bəy Mahmudbəyovun adını daşıyan 2 nömrəli Texniki Humanitar liseyin təşkilatçılığı ilə keçirilən yubiley tədbirində ölkənin tanınmış ziyalıları, elm və mədəniyyət xadimləri, təhsil işçiləri, Milli Məclisin deputatları, liseyin məzunları və pedaqoji kollektivin üzvləri iştirak ediblər.
Əvvəlcə Həbib bəy Mahmudbəyovun həyatı və pedaqoji-maarifçi fəaliyyətlərindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər: AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Xalq artisti Nurəddin Mehdixanlı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nərminə Hüseynova, 2 nömrəli Texniki Humanitar liseyin direktoru Turanə Məcidli, Həbib bəy Mahmudbəyovun həyat və fəaliyyətinin tədqiqatçısı filalogiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli 160 illik yubileyi qeyd edilən Həbib bəy Mahmudbəyovun həyatı və pedaqoji fəaliyyətindən danışıblar.
Qeyd edilib ki, Həbib bəy Mahmudbəyovun həyat və fəaliyyəti yalnız öz dövründə deyil, eyni zamanda bugünkü nəsillər üçün də önəmli bir ilham mənbəyidir.
Həbib bəy Mahmudbəyov 1887-ci ildə Sultanməcid Qənizadə ilə bir yerdə ilk rus-müsəlman məktəbini yaradırlar. Həyatı boyunca böyük ictimai maarifləndirmə fəaliyyəti ilə məşğul olan Həbib bəy Mahmudbəyov respublikada xalq təhsilinin inkişafında yeni istiqamətlərin işlənib hazırlanmasının fəal iştirakçılarından olub. Bakı şəhər dumasının qlasnısı və məktəb komissiyasının üzvü olaraq 1906-cı ildə Azərbaycan müəllimlərinin Birinci qurultayının hazırlanması və keçirilməsində fəal iştirak edərək qurultaya sədrlik edib. Bakıda Ali Pedaqoji İnstitut yarandıqda onun direktor müavini, sonra isə direktoru olub, həm də gecə kursları təşkil edib. Həbib bəy Mahmudbəyov elm və təhsillə yanaşı, Azərbaycanda teatrın inkişafında da böyük xidmətlər göstərib, ilk peşəkar teatr truppasının rəhbəri olub.
Çıxış edənlər Azərbaycanın təhsili və mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan, maarifçi və ziyalı Həbib bəy Mahmudbəyovun irsinin təbliği və tanınması istiqamətində gördükləri işlərə görə ölkə başçısı İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Böyük şəxsiyyətin nəslinin nümayəndəsi Eldar Əzizov ulu babası haqqında öz fikirlərini iştirakçılarla bölüşərək yubiley tədbirinə görə öz təşəkkürünü bildirib.
Tədbirdə Əməkdar rəssam Rza Afşar müəllifi olduğu Həbib bəy Mahmudbəyovun portretini liseyin kollektivinə hədiyyə edib.
Tədbirdə Həbib bəy Mahmudbəyovun ən sevdiyi əsərlərdən biri olan “Hacı Qara”dan kiçik bir səhnə təqdim edilib, musiqiçilərin ifasında klassik mahnılar səsləndirilib.







- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 2025 23:22
- Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır
14 mart 2025 22:52
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 2025 22:11
- Bəzi restoranlarda OXLU KİRPİ əti verilirmiş
14 mart 2025 21:55
- Tramp türkəsilli xanıma vəzifə verəcək
14 mart 2025 12:31
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
14 mart 2025 11:28
- Teyyub Hüseynov: Diаsporа rəhbəri, yoxsа, “dаnа monopilsti”...?
13 mart 2025 15:43
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 2025 13:37
- Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
13 mart 2025 12:36
- Obamadan şikayətləndi
13 mart 2025 11:50
- Novruz səyahətində NАR rouminqi ilə sevdiklərinə yaxın ol !
14 mart 23:42
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 23:22
- Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır
14 mart 22:52
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 22:11
- Bəzi restoranlarda OXLU KİRPİ əti verilirmiş
14 mart 21:55
- Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparılır - Yenilənib
14 mart 21:37
- Keçən il nə qədər adam evlənib ?
14 mart 12:51
- Tramp türkəsilli xanıma vəzifə verəcək
14 mart 12:31
- Bu gün Anarın doğum günüdür
14 mart 11:50
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
13 mart 18:26
- Teyyub Hüseynov: Diаsporа rəhbəri, yoxsа, “dаnа monopilsti”...?
13 mart 15:43
- İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşdü
13 mart 14:56
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 14:35
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 13:37
- İlham Əliyev Roma Papasını təbrik etdi
13 mart 12:56
- Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
13 mart 12:36
- Heydər Əliyevin qarşısında səhvlərini belə etiraf etmişdilər... - Tarixi görüntülər
13 mart 12:26
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 12:08
- Obamadan şikayətləndi
13 mart 11:50
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
13 mart 11:25
- Albaniya Prezidenti Azərbaycana gəldi
12 mart 22:10
- Prezident İƏT-in Baş katibini qəbul etdi
12 mart 20:58
- Tamilla Şirəliyeva vəfat etdi
12 mart 20:00
- Nə qələt istəyirsən, et ! - Pezeşkiandan Trampa sərt cavab
12 mart 12:19
- Prezident qəbullar keçirdi (YENİLƏNİB)
12 mart 11:40
- Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Xəbərdarlıq
12 mart 00:24
- Şahid: Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
11 mart 23:46
- Anarın məhkəməyə verəcəyi şair: Daha ciddi, iyrənc faktlar bilirəm
11 mart 23:21
- Yeyintiyə qarşı çıxdım, işimdən oldum - Tahir Əmiraslanov Fuad Nağıyevi İFŞA ETDİ VİDEO
11 mart 22:18
- Kanadanın istefa verən baş naziri kreslosunu da özü ilə apardı
11 mart 21:50