Oruc tutanlar üçün vacib məsləhətlər

Ramazan ayında oruc tutan şəxsin qidalanma rejimi adi günlərdə qidalanmadan tam fərqlənir. Buna görə də oruc tutmağı asanlaşdırmaq üçün bir müddət əvvəldən bədəni buna hazırlamaq lazımdır. Gün ərzində qəbul edilən qidanın kalorisini azaltmaq və rejimlə qidalanmağa çalışmaq oruc tutmazdan əvvəl bədəninizin yeni qidalanma rejiminə uyğunlaşmasını asanlaşdıracaq.
“Qafqazinfo” xəbər verir ki, əksər insanlar imsak zamanı yeməkdən imtina edirlər.
Lakin gün ərzində suya və qidaya olan tələbatı ödəmək üçün imsakda mütləq yemək lazımdır. Bu, oruc vaxtı sizi yorğunluq və halsızlıqdan qoruyar. İmsakadan yarım saat öncə iki stəkan su içilməsi məsləhətdir. İmsakda daha çox enerjili qidalara üstünlük vermək lazımdır. Lifli qidaların qəbulu qandakı şəkəri tənzimləyir. Bal və mürəbbə isə məsləhət deyil. Çünki qandakı şəkəri ani sürətdə qaldırdığı və endirdiyi üçün orqanizmdə pozğunluq yarada bilər. İmsakda süd, şit pendir, qaymaq və digər ağartı məhsulları, yumurta, şorba, tərəvəz, yarma plovu kimi yeməklər yeyilə bilər. Yeməklərlə birlikdə təzə meyvə və ya qoz, badam kimi quru qidaların qəbul edilməsi enerji və mineral baxımından dəstəkləyici ola bilər. Ümumiyyətlə, bədəndə su saxlayan qidalara daha çox üstünlük vermək lazımdır.
Tünd qara çay və qəhvə kimi kofeinli içkilər içməyin, bitki çaylarına, az şəkərli kompotlara üstünlük verin. Əgər səhər düzgün qidalansaq, gün ərzində həm su, həm də enerji balansımızı qorumuş olarıq.
Orucu ilıq su ilə açmaq lazımdır. İlıq su ilə mədə yumşalmalıdır ki, qidanı qəbul etməyə hazır olsun. Birbaşa quru qidanın qəbulu həzm problemləri yarada bilər. Təbii ki, əvvəlcə ən yüngül qidaların, yəni meyvə-tərəvəzin qəbulu daha yaxşı olar.
Yeməyə ilk olaraq sulu yeməklərdən başlamaq məsləhətdir. Menyuda ət, ətli tərəvəz yeməklərinə yer verilməlidir. Ətli tərəvəzli yeməkləri bişirərkən yağ əlavə etməyin, yalnız ətin öz yağında bişməsinə üstünlük verin. Ümumiyyətlə, bu ayda çox yağlı və duzlu yeməklərin qəbul edilməsi məsləhət görülmür. İftar süfrənizdə tərəvəz salatlarına yer verin, bu salatları zeytun yağı ilə zənginləşdirə bilərsiniz. Yeməkdən 1-2 saat sonra meyvələrdən, xüsusilə mövsümi meyvələrdən hazırlanan qidaların qəbulu daha düzgün seçim olar.
İftar zamanı normadan artıq və fasiləsiz qida qəbul etmək ziyandır. Hətta gecədən səhər saatlarına kimi yeyən insanlar da var. Bu, tibbi baxımdan düzgün sayılmır. İftarda sürətli yemək mədə problemləri başda olmaqla qan şəkəri və təzyiqin yüksəlməsinə səbəb olur. Uzun müddət ac qalan mədəni qəfildən yükləməyin, kiçik hissələri yaxşıca çeynəmək şərti ilə yavaş-yavaş və uzun müddətə yeyin.
İftardan 1,5-2 saat sonra gəzməyiniz həzmə köməklik göstərəcək, zəifləyən metabolizmanızı sürətləndirəcək. Bu da çəkinizin artmasının qarşısını alacaq. Yatmazdan öncə qatıq yemək məsləhətdir. Bu, bədəndə suyun saxlanmasını tənzimləyir. Oruc tutanlar yuxu rejiminə də düzgün əməl etməlidirlər.
- Türk düşmənləri durduruldu
20 mart 2025 16:51
- Həbs olunmamaq üçün HƏR İL DOĞUR - 13 uşağı var FOTO
17 mart 2025 14:46
- Novruz səyahətində NАR rouminqi ilə sevdiklərinə yaxın ol !
14 mart 2025 23:42
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 2025 22:11
- Prezident İƏT-in Baş katibini qəbul etdi
12 mart 2025 20:58
- Qorbaçov zınqırovdur, dövlət papağı onun başı üçün deyil - Qromıko; 40 il öncə bu gün...
11 mart 2025 18:05
- Dəmir çatışmazlığını göstərən simptomlar açıqlandı
9 mart 2025 20:41
- Gərək fevralın 14-də birləşmiş komandanlıq altında MDB ordusuna qoşulmağa dair müqaviləyə qol çəkəydim...- Mütəllibov
8 mart 2025 17:04
- NАR 8 Martı xanım jurnalistlərlə qeyd edib - Fotolar
7 mart 2025 23:55
- Putin oruc tutur?
7 mart 2025 13:13
- Ərdoğan: Qarabağın azad edilməsi regionda yeni səhifə açıb
21 mart 21:36
- 51 yaşlı hindistanlı dünyanın ən bahalı itini aldı – 5,7 MİLYON dollara
21 mart 21:12
- CHP qurultaya gedir
21 mart 20:16
- Uzunömürlü SABİQLƏR
21 mart 19:47
- SON DƏQİQƏ! Qar uçqununa düşən hərbi qulluqçularımızın nəşi tapıldı
21 mart 18:17
- Fazil Mustafaya qarşı sui-qəsdə cəhd edənlərdən biri də SAXLANILDI - DTX-dən ƏMƏLİYYAT
21 mart 16:18
- Novruz bayramı münasibətilə 897 məhbus Ə F V edilib
21 mart 15:49
- Putin Azərbaycan Prezidentini təbrik edib
21 mart 12:53
- Bu gün Beynəlxalq Novruz günüdür
21 mart 12:27
- Qar uçqununa düşən əsgərlərimiz... – Fotolar
21 mart 00:53
- Ermənistan rəsmisinin sensasion etirafı: Azərbaycanın iddiaları təsdiqləndi, gizlinlər üzə çıxdı
20 mart 23:58
- Qorxu və qisas
20 mart 23:45
- Prezident Mirziyoyevlə danışdı
20 mart 22:42
- Türk düşmənləri durduruldu
20 mart 16:51
- Deyirdilər ki, bu oğlan o qızı alacaq ” – Sabiq deputat bayram xatirəsini danışdı
20 mart 15:05
- İmamoğlu kimdir: Ərdoğanın əsas rəqibini zirvəyə və həbsə götürən ÖMÜR YOLU
20 mart 14:47
- Bakıda Kollecin direktorunu rüşvətə görə EŞŞƏK kimi döydülər
20 mart 14:20
- Hər gün REYHАN yeyin
20 mart 14:14
- Bakıda ana, qızı və nəvəsi yanaraq öldü
20 mart 13:58
- Mehdiyev 671 manat borca görə vətəndaşı məhkəməyə verdi
20 mart 13:29
- Azərbaycanda Novruz bayramıdır
20 mart 12:49
- Prezidentdən Novruz bayramı ilə bağlı paylaşım - Foto
20 mart 12:33
- Bakcell DaimOnline ilə tələbələrə 5GB hədiyyə edir!
20 mart 12:18
- 20 Yanvar stansiyasında törədilən terror aktından 31 il keçir
19 mart 22:28
- NАR-ın dəstəyi ilə -Breyn Rinq-in yeni mövsümü başlayır
19 mart 22:27
- CHP İmamoğluna görə təcili toplanır - Türkiyədən AÇIQLAMA
19 mart 11:33
- Zakir Qaralovun biznesi haqda İLGİNC İDDİA
19 mart 11:27
- Əfqanıstanda qadınların səsinə də qadağa gəldi
19 mart 04:01
- Fransızlar bu gün Alman dilində danışmırlarsa, ABŞ-yə minnətdar olmalıdırlar
19 mart 01:47
- Əkrəm İmamoğlunun diplomu ləğv edildi
19 mart 01:16