Ərdoğanı həbsə aparan o səbəb - 1999-cu il, mart...

O vaxtkı hakim partiya Ərdoğanı İstanbul bələdiyyəsi başqanlığından uzaqlaşdırmaq və həbs etməklə həmişəlik siyasətdən kənarlaşdırmağı hədəfləyirdi, amma hər şey əksinə oldu…
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılması fonunda Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın o vaxtkı həbsi də tez-tez xatırlanır.
Musavat.com yada salır ki, Ərdoğan öncə 1989-cu ilin martında Rifah partiyasında Bəyoğlu bələdiyyə başqanlığına namizədliyini irəli sürüb, lakin məğlub olub. O, səslərin hesablanması zamanı pozuntuların olduğunu bildirib. Məhkəmə onu dairə seçki komissiyasının sədri və hakimi təhqir etdiyinə görə həbs edib. Lakin bir həftə sonra 500 min lirə girov qarşılığında sərbəst buraxılıb. Məhkəmə Ərdoğanı 6 ay həbs və 20 min lirə pul cəzasına məhkum etsə də, sonda həbs cəzası 920 min lirə cərimə ilə əvəzlənib.
1994-cü ilin martında Ərdoğan İstanbul bələdiyyə başqanı seçkilərində 25,19% səslə qalib gələrək, ən yaxın rəqibi, Vətən Partiyasından İlhan Kesicini 3,05% geridə qoyub.
Bu vəzifədə Ərdoğan özünü xarizmatik siyasətçi və menecer kimi göstərib. O, bir neçə onilliklər ərzində şəhəri narahat edən bir çox iqtisadi və sosial problemləri həll etdiyi üçün böyük populyarlıq qazana bilib. Bunlara zəif su təchizatı, tullantıların çıxarılması və təkrar emalı ilə bağlı problemlər və nəqliyyat problemləri daxildir. Bundan əlavə, o, bir sıra effektiv antikorrupsiya tədbirləri tətbiq edib, həmçinin şəhərin borclarının böyük hissəsini ödəyib və şəhərə dörd milyard dollar investisiya cəlb edib.
1997-ci ildə Türkiyədə hərbi çevrilişdən sonra Ərdoğanın namizədliyini irəli sürən Rifah Partiyasının fəaliyyəti qadağan olunduğu üçün siyasətçi bələdiyyə sədri postunu tərk etmək məcburiyyətində qalıb. Ölkədə mitinqlər və etirazlar başlayıb.
1997-ci ildə Siirt şəhərində keçirilən mitinqlərin birində Ərdoğan Ziya Gökalpın 1912-ci ildə Balkan müharibəsində vuruşan türk əsgərlərinə ithaf olunan “Əsgərin duası” şeirini oxuyub. Amma məlum olub ki, Ərdoğanın oxuduğu şeir orjinala uyğun gəlmir.
Çünki Ərdoğan şeirin sonluğuna bu əlavələri edibmiş: “Məscidlər bizim kışlağımız, günbəzlər dəbilqəmiz, minarələr xəncərlərimizdir”.
Məhz bu əlavələrə görə o, məhkəmə qarşısına çıxarıldı.
Ərdoğan orada oxuduğu şeirin məşhur şair tərəfindən yazıldığını və ona qadağa qoyulmadığını dedi: “Bu şeir təhsil nazirinin təsdiq etdiyi dərsliklərə salınıb. Cəmi bir neçə sözü dəyişdim. Diqqəti cəlb etmək, insanları ruhlandırmaq istəyirdim”.
Amma məhkəmə başqa qərar verdi. 1999-cu ilin martında o, “milli və irqi ədavəti qızışdırma” maddəsi ilə 10 ay həbs və külli miqdarda cərimə cəzasına məhkum edildi.
Ərdoğan tərəfdarları həbsi siyasi qisas kimi dəyərləndirir və etiraz aksiyaları təşkil edirlər. O dövrün iqtidarı isə bunu hüququn aliliyinin bərpası kimi qiymətləndirir. Həmin dövrdə Qərb ölkələri və beynəlxalq təşkilatlar məhkəmə prosesinin şəffaf aparılmasını tələb edir.
Amma xalqın dəstəyi, partiyanın və Ərdoğanın vəkillərinin səyi nəticəsində cəza 4 aya endirildi. Buna görə də 1999-cu il iyulun 24-də azadlığa buraxılıb.
O vaxtkı hakim partiya Ərdoğanın vəzifədən uzaqlaşdırılması və həbs olunması ilə həmişəlik siyasətdən kənarlaşdırmağı hədəfləyirdi. Amma bu həbs onun populyarlığını artırdı və siyasi nüfuzunu gücləndirdi. O, azadlığa çıxandan sonra Ədalət və İnkişaf Partiyasını (AKP) yaratdı.
2002-ci ildə partiya parlament seçkilərində qalib gəldi və bu, ona birpartiyalı hökumət qurmağa imkan verdi. O vaxtdan bəri Türkiyədə AKP hakimiyyətdədir.
- Uşaqlıqda piylənmə AXOX-un daha sürətli inkişafına şərait yaradır
25 mart 2025 03:22
- stanbul bu dəqiqələrdə... - Video
25 mart 2025 02:33
- Bakının GÜL cənnətindən VİDEOREPORTAJ
25 mart 2025 02:09
- Bu ölkələrdə Novruz necə qeyd olunur? - Siyahı
25 mart 2025 00:06
- 10 ildən sonra Bakıda - FOTOLAR
24 mart 2025 23:03
- Zelenskinin ofisindəki şəkillər gündəm oldu - Foto
24 mart 2025 22:09
- Ərdoğan aksiyalardan danışdı
24 mart 2025 20:18
- Yeltsin Primakovu varis statusundan niyə məhrum edib? – Putinin əvəzinə prezident o olsaydı...
24 mart 2025 17:47
- Dünyanın 2-ci böyük dövlətinin Baş naziri: Tramp bizi sındırmaq və idarə etmək istəyir
24 mart 2025 01:00
- Akşener niyə susur?
24 mart 2025 00:19
- Prezidentə təbriklər gəlir
25 mart 11:22
- Azərbaycanda kartofun kiloqramı 7 manat oldu - VİDEO
25 mart 10:56
- Ailədə adambaşına 10-15 manat fitrə zəkatı çıxarılsa, daha yaxşı olar
25 mart 03:29
- Uşaqlıqda piylənmə AXOX-un daha sürətli inkişafına şərait yaradır
25 mart 03:22
- Abort etdirmək istəyən qadın -dəlixana-ya aparıldı
25 mart 02:55
- Ərdoğan Ankarada qəflətən kafeyə daxil oldu və .... – FOTO
25 mart 02:42
- stanbul bu dəqiqələrdə... - Video
25 mart 02:33
- Bakının GÜL cənnətindən VİDEOREPORTAJ
25 mart 02:09
- MƏRCАN klinikasında Elman Əzimovun icra etdiyi steril olmayan əməliyyatdan görüntüləri yayıldı - VİDEO
25 mart 01:55
- 80 ildən çox ərinin qayıtmasını gözləyirdi - ÖLDÜ
25 mart 01:35
- Azərbaycanda bu məhsul KƏSKİN bahalaşdı
25 mart 01:22
- Türkiyədə silahlı hücum: Azərbaycan vətəndaşı yaralandı
25 mart 00:50
- Saz bayramı, caz bayramı, qoz bayramı - Novruz şeirləri
25 mart 00:16
- Bu ölkələrdə Novruz necə qeyd olunur? - Siyahı
24 mart 23:48
- Dəm qazından ölən Sənan əkiz övlad atası imiş - VİDEO
24 mart 23:21
- 10 ildən sonra Bakıda - FOTOLAR
24 mart 23:03
- Zelenskinin ofisindəki şəkillər gündəm oldu - Foto
24 mart 22:09
- İmamoğlunun həbsxananın önündə çəkilmiş – Fotosu
24 mart 21:34
- Türkiyədə Novruzun RƏSMİ şəkildə qeyd olunması planlaşdırılır
24 mart 21:10
- Sabah Ramazan ayının 25-ci günüdür
24 mart 20:51
- Ərdoğan aksiyalardan danışdı
24 mart 20:18
- QUSKА yenə hakim qarşısına çıxacaq
24 mart 20:04
- Ermənistanda 13 gizli ABŞ biolaboratoriyası var - Türkiyə mediasından ŞOK ARAŞDIRMA
24 mart 19:22
- SON DƏQİQƏ! Girov saxlanılan vətəndaşlarımız ölkəyə gətirildi
24 mart 19:00
- Naxçıvanda ər arvadını tavandan asaraq öldürdü
24 mart 18:32
- Düşmənin qorxulu yuxusu şəhid Pəncəli Teymurovun doğum günüdür
24 mart 18:12
- Yeltsin Primakovu varis statusundan niyə məhrum edib? – Putinin əvəzinə prezident o olsaydı...
24 mart 17:47
- Nə görə, nə də gəzə bilirəm, oturaq qalmışam – 98 yaşlı Vidadi Babanlı
24 mart 17:04
- Şamil Ayrım : -Ox yaydan çıxıb, Türkiyə böyük dövlət olmaq yolundadır
24 mart 16:46
- Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin nəzərinə - Uzaq DURUN !
24 mart 16:21