Mehdiyev-Həsənov klanının daha bir üzvü - Abdin Fərzəliyev kimdir?
Artıq heç kimə sirr deyil ki, AMEA prezidenti Ramiz Mehdiyev Prezident Administrasiyası rəhbəri olduğu dövrdə bir sıra deputatlar və icra başçıları onun himayəsi altında olublar.
R.Mehdiyev parlamentin və yerli idarəetmə orqanlarının kadr potensialını öz adamlarından təşkil edirdi. Eyni sözləri İcra Hakimiyyətləri haqqında da söyləmək olar. Keçmiş PA rəhbəri rayonlarda özünü padşah kimi aparan, korrupsiyaya bulaşan icra başçılarını himayə edirdi.
2018-ci ildən prezidentin başladığı genişmiqyaslı kadr dəyişiklikləri nəticəsində R.Mehdiyevin bir çox kadrları İH-lərdən təmizlənməyə başlayıb.
Onlardan bəziləri işdən azad edilib, altı nəfəri isə rüşvətlə həbs olunub. Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi əməliyyatla həbs edilən Ağstafanın eks-başçısı Nizaməddin Quliyev, Yevlaxın icra başçısı Qoca Səmədov, İmişlinin icra başçısı Vilyam Hacıyev, Neftçala icra başçısı İsmayıl Vəliyev, Biləsuvar icra başçısı Mahir Quliyev, Kürdəmir icra başçısı Ceyhun Cəfərov məhz R.Mehdiyevin “əlindən su içən”, onun yetişdirdiyi kadrlar idilər.
Amma bir neçə onillik ərzində R.Mehdiyevin icra strukturlarında, hakimiyyətin müxtəlif pillələrində qurduğu geniş şəbəkənin sıradan çıxarıldığını düşünmək sadəlöhvlük olardı.
Tam əminliklə söyləmək olar ki, proses davam edəcək və hələ çox səs-küylü həbslərin şahidi olacağıq.
Məsələn, Ramiz Mehdiyevin və Əli Həsənovun himayə etdiyi bir çox icra başçıları hələ də vəzifə başındadır. Bunlara misal olaraq, Asif Əsgərovu (Nəsimi), Süleyman Mikayılovu (Qaradağ), Əziz Əzizovu (Yasamal), Vidadi İsyaevi (Bərdə), Rəcəb Babaşovu (Qazax), Alimpaşa Məmmədovu (Şəmkir), Alı Alıyev (Fuzuli), Rövşən Bağırovu (Lerik), Abdin Fərzəliyevi (Nərimanov) və başqalarını misal göstərmək olar.
Hit.Az olaraq, onların hər biri haqqında araşdırma yazılar dərc edəcəyik. İlk olaraq isə paytaxtın Nərimanov rayonu İcra hakimiyyətinin İcra başçısı Abdin Fərzəliyevdən başlayaq.
Bir neçə gün öncə mətbuatda Nərimanov rayonunun Qafur Murad, Aşıq Molla Cümə, Məsud Əlizadə küçələrinin kəsişməsində Ulu Öndər Heydər Əliyevin 90 illiyi münasibəti ilə salınmış və yaşıllıqlarla əhatələnmiş parkın məqsədli şəkildə dağıdılması, yerində obyektlərin tikilməsi haqqında məlumatlar dərc olundu. Məlumatın dərc olunmasından sonra icra başçısı Abdin Fərzəliyev tələm-tələsik əraziyə çoxsaylı texnika və işçi qüvvəsi cəlb edərək, əməllərini ört-basdır istiqamətində əl-ayağa düşsə də, amma ox artıq yaydan çıxmış oldu. Xatırladaq ki, Nizami rayonunun icra başçısı Arif Qasımov da dillərə dastan olan dəbdəbəli kreslosunu məhz oxşar əməlinə görə itirdi. Amma Abdin Fərzəliyevi bitirən yeganə səbəb bu deyil.
Gəlin Abdin Fərzəliyevi bir az yaxından tanıyaq.
Həyat yolu: Fəhləlikdən icra başçılığına
Fərzəliyev Abdin Ələsgər oğlu 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. Əmək fəaliyyətinə 1984-85-ci illərdə H.Z.Tağıyev adına Bakı Tikiş Toxuculuq Kombinatında fəhlə kimi başlayan A.Fərzəliyev 1992-ci ildə isə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Bir neçə ay «Naxçıvan» qəzetinin müxbiri vəzifəsində çalışan Fərzəliyev 1993-cü ilin noyabr ayından 1994-cü ilin avqust ayına qədər isə YAP-ın Mərkəzi Aparatında məsul işçi, təşkilat şöbəsinin baş təlimatçısı vəzifəsində işləyib.
1994-cü ilin sentyabr ayından 1998-ci ilin fevral ayına qədər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Ərazi İdarəetmə orqanları ilə iş və kadr hazırlığı İdarəsinin rəis müavini, rəisi vəzifələrində işləyib. 1998-ci ilin fevral ayından 2003-cü ilin aprel ayına qədər Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Gənclər, İdman və Turizm Baş İdarəsinin rəisi vəzifəsində işləyib. 2001-2004-cü illərdə Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü olub. 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının «Dövlət və Bələdiyyə İdarəetməsi» fakültəsini bitirib. 2003-cü ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib. 2005-ci ilin dekabr ayından isə Nərimanov Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışır.
Müəmmalı Rusiya bağlantıları
Nərimanov rayon icra başçısının siyasi karyerasında diqqət çəkən digər bir məqam onun Rusiya prezidenti Vladimir Putin tərəfindən Rusiya Federasiyasının "Dostluq” ordeni ilə təltif olunmasıdır.
Onu da bildirək ki, nə Rusiya prezidentinin, nə də digər dövlət rəhbərinin Azərbaycanda icra başçısını dövlətinin ən yüksək ordeni ilə təltif etməsi təcrübəsi olmayıb. Belə bir halda Fərzəliyevin mükafatlandırılması gizli nüanslardan xəbər verirdi və həmin səbəblərin nədən qaynaqlandığı sonralar da araşdırılmadı. Halbuki Abdin Fərzəliyev bu mükafatı aldığı ilə bağlı az qalmışdı ki, Nərimanov rayonunda atəşfəşanlıq və konsert proqramlar təşkil etsin.
Silah arsenalı, cins itlər...
Abdin Fərzəliyevin əsas hobbisi ov etməkdir və bu həvəs o qədər şiddətlidir ki, iclasın ən qızğın yerində Fərzəliyevə «yaxşı ov yeri var» xəbəri verilərsə, toplantını yarımçıq qoyub, yola çıxar.
Məlumatlarda qeyd olunur ki, Nərimanovun icra başçısı bir çox dövlət qoruğlarına gedərək, orada qanunsuz ovla məşğul olur. Bakının, hətta xaricdəki ən məşhur ovçuluq dükanlarından aldığı silahlardan yararlanan Fərzəliyevin bu silah-sursat üçün ildə on minlərlə manat xərclədiyi də deyilir. Bundan əlavə, onun ov etmək üçün özünəməxsus müxtəlif cins itləri vardır və həmin itlərin sayı 20-yə yaxındır ki, onlara da xüsusi baxıcılar baxır. Mətbuatda yer alan məlumatlara görə, bu itlərdən bəziləri və hətta onların baxıcıları da xaricdən gətirilir və buna böyük vəsaitlər xərclənir. Məsələn, onun İngiltərədən xüsusi bir cins itin gətirilməsinə 20 min dollar xərclədiyi yazılır. Bu itlərin aylıq qida və saxlanma xərclərinin on min manatdan çox olduğu iddia edilir. Vurğulanır ki, icra başçısının ovda əsas köməkçiləri olan bu heyvanlarla pis davranmaq qəti qadağandır. Əgər belə bir hal baş verərsə, Fərzəliyev onları ən ağır formada cəzalandırar.
Məlumata görə, icra başçısı ova 10-a yaxın müxtəlif «Cip» avtomaşınları ilə gedir.
15 il icra başçısı vəzifəsini necə qoruyub?
Nərimanov rayonunu şəxsi biznes obyektinə çevirən Fərzəliyev postunu qorumaq üçün Ramiz Mehdiyev və Əli Həsənovun himayəsini qazanmaq üçün səxavətini əsirgəməyib.
Məsələn, dövlət əmlakının reyestr sənədləri sübut edir ki, Nərimanov rayonunda, T. Şıxəliyev küçəsi 19 ünvanında fəaliyyət göstərmiş Bakı Humanitar Kolleci və ona qonşu olan 50 sot park ərazisi Abdin Fərzəliyev tərəfindən özəlləşdirilərək Ramiz Mehdiyevə hədiyyə edilib.
İcra başçısı haram yolla qazandığı pullar hesabına prezidentin sabiq köməkçisi, ötən ilin oktyabrında prezident sərəncamı ilə vəzifədən azad edilən Əli Həsənova da çoxsaylı mülklər hədiyyə edib. Belə ki, şəhid Samir Xasıyev adına parkda (keçmiş Montin parkı) 20 sot ərazidə 4 mərtəbəli villa Abdin Fərzeliyev tərəfindən tikilib tam təmir edilərək Ə.Həsənova bağışlanıb.
Bundan əlavə, Nərimanov rayonunda Əhməd Rəcəbli 29 ünvanında 4 min kv metr sahəni əhatə edən 5 mərtəbəli bina (hansı ki, iki mərtəbəsi “Mayomed medikal” tibb mərkəzinə icarəyə verilib, qalan 3 mərtəbəsində isə Həsənovların ailə şirkəti olan “Kaspi kids”, “Kaspi poliqlot” və “Kaspi abituriyent” yerləşir) da Fərzəliyev tərəfindən Həsənovlara hədiyyə edilib. Heydər Əliyev mərkəzinin yaxınlığında, Heydər Əliyev prospektində yerləşən və prezident İlham Əliyevin sərəncamı ilə dövlət vəsaiti hesabına inşa edilən binalarda ümumi sahəsi 400 kvadratmetrdən artıq olan 3 mənzili də alaraq sabiq köməkçiyə hədiyyə edib. Onun Əli Həsənova bağışladığı daha bir obyekt elə həmin ünvanda 1-ci mərtəbədə yerləşən sahəsi 300 kv/metr olan qeyri-yaşayış sahəsidir.
Daha bir fakt isə Əli Həsənovun himayə etdiyi Qurban Məmmədovla bağlıdır. Belə ki, Qurban Məmmədov Avropaya köçdükdən sonra onun Azərbaycanın müxalif mühacirətinin siması olması qarşılığında Əli Həsənovdan Nərimanov rayonunda M.Nağıyev küçəsi 19/27 ünvanında “Atlant-inşaat” tərəfindən yeni tikilmiş 16 mərtəbəli binada 11 ədəd yeni mənzil və 1 beşmərtəbəli qeyri-yaşayış sahəsi tələb edir. Nəticədə, Qurban Məmmədovun 150 kvadratmetrlik köhnə mənzili sankı “plana salınır” və əvəzinə ümumi sahəsi 1500 kvadratmetr olan mənzillər verilir. Hazırda Qurban Məmmədovun ailə üzvləri və qohumları həmin mənzillərdə yaşayır.
Burdan bəlli olur ki, Qurban Məmmədova Bakının mərkəzində dəyəri milyonlarla ölçülən mənzillər və qeyri-yaşayış sahəsinin verilməsinin təşəbbüskarı Ramiz Mehdiyev və Əli Həsənov olsa da, bu işin icrası və sponsorluğunu Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev həyata keçirib. Qeyd edilən ünvanda yaşayan sakinlərlə söhbət və o dövrün sənədləri ilə tanışlıq təsdiq edir ki, həmin binada evlərin bölünməsi və paylanması Nərimanov rayon icra hakimiyyəti tərəfindən həyata keçirilib.
Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, Bakının Nizami rayonunda yerləşən və Abdin Fərzəliyevə aid olan "Altun" restoranı uzun illər Əli Həsənov tərəfindən müntəzəm olaraq müxtəlif istiqamətli koordinasiya toplantıları üçün istifadə edilib. Bu görüşlərdə Əli Həsənov ilə yanaşı Ramiz Mehdiyevə sədaqət andı içmiş icra başçıları - Abdin Fərzəliyev (Nərimanov rayonunun başçısı), Arif Qasımov (keçmiş Nizami rayonunun başçısı), Asif Əsgərov (Nəsimi rayonunun başçısı), Süleyman Mikayılov (Qaradağ rayonunun başçısı) və digərləri iştirak edirdilər.
Bunlar hələ mətbuatın apardığı araşdırmalar nəticəsində üzə çıxan azsaylı faktlardır.
Fərzəliyev Nərimanov rayonunu necə talayır?
Azərbaycanda olduğu kimi Rusiyada və bir çox digər ölkələrdə biznesi və mülkləri olan icra başçısı bu pulları hansı yolla qazanıb?
Nərimanov rayonunda "avtoyuma" krallığı quran A.Fərzəlyevin əsas gəlir mənbəyi qanunsuz torpaq satışı təşkil edib. Təkcə paytaxtın ən elit və bahalı yerlərindən sayılan “Erməni qəbisranlığı” adlanan ərazi üzərindən əldə etdiyi sərvətə nəzər salsaq, mənzərə aydın olar. Bel ki, 50 hektar ərazisi olan “Erməni qəbirsanlığı” adlanan ərazinin cəmi 5 hektarında park salınıb. Qalan ərazi isə sotu 250-300 min olmaqla sahibkarlara satılıb. 15 il əzində 1200 sahibkara 500 obyektin torpağını satan icra başçısının təkcə “Erməni qəbirsanlığı”ndan qazandığı gəlirini təsəvvür eləmək çətin deyil. Burada A.Fərzəliyevin özünün də çox sayda obyektləri var və həmin obyektlər özəl şirkətlərə icarəyə verilməklə başçının sərvətini artırır.
Eyni zamanda sözügedən ərazidə tikilən çoxsaylı binalar həddən artıq baha qiymətə satılıb. Lakin böyük dövlət vəsaitləri hesabına salınan park hazırda baxımsızlıqdan məhv olmaq təhlükəsi ilə üz-üzədir.
Qohumbazlıq
Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni icra başçılarını təyin edərkən məmurlara ciddi mesaj və tövsiyyələr verdi. Əsas mesajlardan biri kadr seçərkən qohumbazlığa yol verməmək, nepotizmdən uzaq olmaq, sadə olmaq, peşəkar xüsusiyyətləri ön plana çəkmək idi.
"Bəzi hallarda rəhbərlər özlərinə yaxın olan, özlərinə sadiq saydıqları kadrları önə çəkirlər və o kadrların digər xüsusiyyətləri nəzərə alınmır. İlk növbədə, hansısa məmura yox, dövlətə, Vətənə sədaqətli insanlar önə çəkilməlidir. Müstəqilliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir və əlbəttə ki, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır. Kadr siyasəti məhz bu prinsiplər əsasında qurulmalıdır. Sizin də icra başçıları kimi, işinizin əsas prinsipləri məhz bu olmalıdır - Vətənə, dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük. Belə olan halda həm vətəndaşlar sizi dəstəkləyəcək, mən də sizin işinizə yüksək qiymət verəcəyəm. Əks təqdirdə, əgər əyri yolla getsəniz, onda qanun qarşısında cavab verəcəksiniz".
Nərimanov rayonunda isə Prezidentin dediyinə tam əks mənzərənin şahidi oluruq. Abdin Fərzəliyevin kadr seçimi yalnız tayfa, qohum, dost meyarından ibarətdir:
Başçının müavinləri:
1-ci müavin Şahmar İbadov – Abdin Fərzəliyevin ov və əyləncə dostu olan Ramiz Həsənovun bacanağıdır (Ramiz Həsənov Meridian və Komfort restoranlarının sahibidir)
Rayonda siyasi tədbirlərin təşkilatçısı, köçürmələrin koordinatoru və vətəndaşlarla işə cavabdeh şəxsdir. Təsadüfi deyil ki, Şahmar İbadova həm də rayonun 2-ci başçısı deyirdilər. Hazırda Şahmar İbadovun vəzifədə olmadığı söylənilir.
Müavin İlqar Mirzəyev – Başçının qohumu (Fövqəladə Hallar Nazirinin müavini Etibar Mirzəyevin qardaşı)
Müavin İradə Mahmudova – Başçının şəxsi təqdimatı ilə işə götürülüb. Onun işə götürülməsi üçün öz peşəkarlığı və işgüzarlığı ilə karyerada yüksəlmiş Rəşid Ağayev işindən azad edilib.
Hüquq şöbəsi müdiri Firdovsi Cəlilov – Başçının qohumu
Rayon təsərrüfatı şöbəsinin müdiri Hüseyn Cəfərov – Başçının qohumu
Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Yusif Sadıqov – Başçının qohumu
Gənclər və idman şöbəsinin müdiri Nəcəf Novruzov – Başçının kirvəsi olan Siyavuş Novruzovun qardaşı oğlu
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nurlan Həsənov – Başçının yaxın qohumu və rayonun “qara kassası”dır. Başçının torpaq və əmlak satışı, tikintiyə icazə, o cümlədən bütün kommersiya fəaliyyətini tənzimləyən inanılmış adamıdır. Qeyd edilən fəaliyyətlərin qiymətinin müəyyənləşməsi və ödənişlərin qəbul edilməsi səlahiyyəti də bu şəxsə aiddir.
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Zahid Nəzərov – Başçının qohumu
MKTB rəisi Qoşqar Məmmədov – Başçının qohumu və iş ortağı
1 saylı ərazi dairəsi üzrə nümayəndə Natiq Babayev - Başçının qohumu
2 saylı ərazi dairəsi üzrə nümayəndə Nürəddin Abbasov - Başçının qohumu
3 saylı ərazi dairəsi üzrə nümayəndə Elmar Abbasov - Başçının qohumu
Bələdiyyə sədri və müavinləri – Başçının ailə üzvləri
- Qarabağın xan nəslindən olan oğlu – Qətlə yetirilən Orxan Camal kimdir?
9 noyabr 2024 18:15
- Prezident xalqa müraciət etdi, Bayraq Meydanında Azərbaycan Bayrağını ucaltdı (YENİLƏNİB)
8 noyabr 2024 18:54
- Vətən Müharibəsi Qəhrəmanları kimlərdir? - TAM SİYAHI
8 noyabr 2024 14:36
- Ərdoğan Prezident İlham Əliyevi TƏBRİK ETDİ
8 noyabr 2024 13:06
- İlham Əliyev Maya Sandunu təbrik etdi
7 noyabr 2024 17:43
- Qürur və qüdrətin ildönümü: Azərbaycanın zəfər yoluna bir baxış
7 noyabr 2024 17:16
- Prezident Böyükşor-Pirşağı yolunun açılışını etdi - Fotolar - Yenilənib
7 noyabr 2024 14:40
- Zəfər bayramı - təqvimimizin QIZIL hərflərlə yazılmış tarixi
7 noyabr 2024 14:23
- Sabah Ramiz Mehdiyevin kürəkəninin məhkəməsidir – 100 hektarla bağ torpaq sahəsinin zəbti təsdiqlənir
6 noyabr 2024 12:00
- DANIŞIR BAKI
6 noyabr 2024 11:47
- Dövlət rəsmilərinin Bakıya səfəri başladı - Fotolar - Yenilənir
09 noyabr 18:57
- Krediti olanlara ŞAD XƏBƏR - QARA SIYAHI YOXDUR - VİDEO
09 noyabr 18:30
- Qarabağın xan nəslindən olan oğlu – Qətlə yetirilən Orxan Camal kimdir?
09 noyabr 18:15
- BMT Baş katibi həftəsonu Bakıya gəlir
09 noyabr 12:33
- Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib
09 noyabr 12:17
- Sadhqulu da COP29-da iştirak edəcək
08 noyabr 21:11
- Prezident xalqa müraciət etdi, Bayraq Meydanında Azərbaycan Bayrağını ucaltdı (YENİLƏNİB)
08 noyabr 18:54
- Trampın qələbəsi ilə bağlı unikal aksiya – SEKS ORUCU- Kişilərdən İMTİNA EDİN
08 noyabr 18:36
- Vətən Müharibəsi Qəhrəmanları kimlərdir? - TAM SİYAHI
08 noyabr 14:36
- Ərdoğan Prezident İlham Əliyevi TƏBRİK ETDİ
08 noyabr 13:06
- İlham Əliyev Maya Sandunu təbrik etdi
07 noyabr 17:43
- Sumqayıtda 300-dən çox ALMAN ƏSİRİN basdırıldığı qəbiristanlıqdan GÖRÜNTÜLƏR - görün kimlər ziyarət edir... VİDEO
07 noyabr 17:27
- Qürur və qüdrətin ildönümü: Azərbaycanın zəfər yoluna bir baxış
07 noyabr 17:16
- Prezident Böyükşor-Pirşağı yolunun açılışını etdi - Fotolar - Yenilənib
07 noyabr 14:40
- Harris Trampı TƏBRİK ETDİ
07 noyabr 14:33
- Zəfər bayramı - təqvimimizin QIZIL hərflərlə yazılmış tarixi
07 noyabr 14:23
- SON DƏQİQƏ - Tramp ABŞ-ın yeni, 47-ci prezidenti OLDU
06 noyabr 12:07
- Sabah Ramiz Mehdiyevin kürəkəninin məhkəməsidir – 100 hektarla bağ torpaq sahəsinin zəbti təsdiqlənir
06 noyabr 12:00
- DANIŞIR BAKI
06 noyabr 11:47
- Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğan ilə görüşü BAŞLADI - FOTOLAR
06 noyabr 11:23
- ABŞ-ın prezidentləri: İndiyə qədər seçilənlər və onların iqtidar dövrləri - TAM SİYAHI
05 noyabr 11:07
- Ərdoğan Qırğızıstandadır - Fotolar
05 noyabr 10:51
- Baba Vəziroğlu kimi ortabab şairə yubiley keçirirlər, mənə yox…Niyə? –Qocaman yazıçımız Vaqif Nəsib /MÜSAHİBƏ
05 noyabr 10:37
- Üç rayonun BAŞÇISI yoxdur
05 noyabr 10:25
- Prezidentdən sammit iştirakçılarına müraciət
05 noyabr 10:17
- Prezident rektor və icra başçısı təyin etdi
04 noyabr 13:35
- SSRİ-yə qarşı qurulan məxfi təşkilat: İLDIRIM necə ifşa olundu? (VİDEO)
04 noyabr 13:29
- Rusiyada əslən azərbaycanlı general həbs edildi - Video
04 noyabr 13:16
- Azərbaycanın yeganə qızlar məktəbinə direktor təyin edildi
04 noyabr 12:20
- Prezident və xanımı Bakı Olimpiya Stadionunda...
04 noyabr 10:51