- Teyyub Hüseynov: Diаsporа rəhbəri, yoxsа, “dаnа monopilsti”...?
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
- Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
- Obamadan şikayətləndi
13 il əvvəl Dəməşqdə generalları kim öldürmüşdü?- Əsədin BАLDIZI sirləri açdı

2012-ci ilin iyulunda Bəşər Əsəd rejiminə qarşı qiyam başlayandan təxminən bir il sonra Dəməşqin mərkəzində Milli Təhlükəsizlik Şurasının binasında güclü partlayış baş verdi. Nəticədə Suriya diktatorunun bacısının əri, həmçinin silahlı qüvvələrin baş komandanının müavini, general Asif Şövkət, müdafiə naziri Davud Raca, fövqəladə hallar naziri Həsən Türkmani və bir neçə yüksək rütbəli məmur həlak oldu. Daxili işlər naziri Məhəmməd Şaar və bir sıra digər yüksək rütbəli məmurlar yaralandı.
KİV yazırdı ki, yaralananlar arasında Bəşər Əsədin qardaşı, Suriya ordusunun qəddarlığı ilə tanınan 4-cü Tank Diviziyasının komandiri general Məhər Əsəd də var.
Partlayış Dəməşq ətrafında üsyançılarla rejim qüvvələri arasında şiddətli döyüşlərin getdiyi, Əsədin hakimiyyətdən getmə təhlükəsinin reallaşdığı bir vaxtda baş vermişdi. Suriya dövlət televiziyası Əsədin kürəkəni də daxil olmaqla yüksək rütbəli məmurların “xarici dövlətlərin dəstəklədiyi terrorçu qüvvələr” tərəfindən həyata keçirilən kamikadze hücumu nəticəsində həlak olduğunu təsdiqləmişdi. Bundan başqa heç bir təfərrüat verilməmişdi.
Bəzi məlumatlara görə, partlayış hərbçilərlə təhlükəsizlik rəsmilərinin görüşü zamanı kamikadze tərəfindən həyata keçirilib. Əsəd rejiminə yaxın mənbələr binaya bombanın əvvəlcədən yerləşdirilə biləcəyini iddia edirdi.
Əsədin bacısı Büşra ilə evli olan Şövkət prezidentin yaxın çevrəsinin ən qorxulu simalarından biri olub və Anisa klanının nüfuzlu matriarxının dəstəyini qazanıb. O, Əsədin özü və qardaşı Məhərlə birlikdə rejimin üç əsas fiqurundan biri idi. Suriya təhlükəsizlik xidmətinin rəhbəri kimi bütün hərbi və kəşfiyyat əməliyyatlarında həlledici rol oynayıb.
2012-ci il may ayının sonlarında Şövkət aşpazın onun və MTN-in digər əsas əməkdaşları üçün hazırlanmış yeməklərə zəhər qatması ilə zəhərləməsi cəhdindən sağ qurtulub.
Şövkət həm də İran və Hizbullah ilə əsas vasitəçi idi. Üsyan başlayandan bəri o, əsas strategiya görüşlərinə rəhbərlik edib və rejimin artan narazılığa qarşı barışmaz və aqressiv hərbi reaksiyasına rəhbərlik edib.
Partlayışdan təxminən 13 il və Əsəd rejiminin son süqutundan bir neçə ay sonra hadisənin tam olaraq necə baş verdiyi və arxasında kimin dayandığı ilə bağlı sensasion detallar ortaya çıxıb. Maher Əsədin həyat yoldaşının bacısı Məcd Cadanın sözlərinə görə, partlayışı rejimin özü təşkil edibmiş.
Cadanın Əsəd ailəsi ilə münasibətləri üsyandan bir neçə il əvvəl artıq pisləşmişdi. O, Suriyanı tərk edərək İordaniyada sığınacaq alıb. Lakin Əsədin devrilməsindən bir neçə ay sonra o, Dəməşqə qayıdıb və Əl Ərəbiyyə telekanalına verdiyi müsahibədə 2012-ci ilin iyulunda baş verənlərin təfərrüatlarını açıqlayıb.
Onun sözlərinə görə, Məhər Əsəd həmin partlayışda nəinki xəsarət almayıb, həm də onun təşkilatçılarından biri olub. Cadan iddia edir ki, Asəf Şövkət bu müddət ərzində ABŞ hökuməti ilə gizli əlaqədə olub, hərbi çevriliş, Əsədi devirmək və hakimiyyəti ələ keçirmək üçün başqa vasitələr planlaşdırıb.
Sui-qəsddən xəbər tutan Məhər Əsəd Şövkəti və çevrilişin digər yüksək rütbəli iştirakçılarını məhv etmək üçün xüsusi əməliyyat təşkil edib.
Cadan bildirib ki, partlayış nəticəsində müdafiə naziri Davud Raca və Asəf Şövkət yerindəcə həlak olub, digərləri isə yaralanıb və sonradan rəsmi olaraq ölü elan edilib.
Onun sözlərinə görə, partlayış baş verən zaman otaqda cəmi beş nəfər - üsyanı yatırmaq üçün Bəşər Əsəd tərəfindən 2011-ci ildə yaradılan “Böhran Qərargahı”nın üzvləri olub.
Məcd Cadan Mahir Əsədin hazırda harada olduğunu bilmədiyini, lakin onun Rusiyada yaşadığını güman etdiyini deyib.
- Teyyub Hüseynov: Diаsporа rəhbəri, yoxsа, “dаnа monopilsti”...?
13 mart 2025 15:43
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 2025 14:35
- Nə qələt istəyirsən, et ! - Pezeşkiandan Trampa sərt cavab
12 mart 2025 12:19
- Şahid: Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
11 mart 2025 23:46
- Qarabağda yaşayan ermənilər Bakıda şahid qismində danışdı - Vardanyanın məhkəməsi
11 mart 2025 21:14
- Qorbaçov zınqırovdur, dövlət papağı onun başı üçün deyil - Qromıko; 40 il öncə bu gün...
11 mart 2025 18:05
- Tarixin ən hazırcavab saray təlxəyi – Krala şillə vurdu, edamdan xilas oldu
11 mart 2025 16:08
- Stalinin məktubları -Günəşin doğuşu- nu dayandırıb
11 mart 2025 15:21
- Vəzifəli şəxsləri, vəkilləri, hakimləri təhdid edən müğənni Dəniz Əsədova kimdir? - 4 nəfər şikayətçi
11 mart 2025 15:06
- Vəzifədən azad edilən generalın yerinə təyinat oldu
11 mart 2025 13:37
- Teyyub Hüseynov: Diаsporа rəhbəri, yoxsа, “dаnа monopilsti”...?
13 mart 15:43
- İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşdü
13 mart 14:56
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 14:35
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 13:37
- İlham Əliyev Roma Papasını təbrik etdi
13 mart 12:56
- Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
13 mart 12:36
- Heydər Əliyevin qarşısında səhvlərini belə etiraf etmişdilər... - Tarixi görüntülər
13 mart 12:26
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 12:08
- Obamadan şikayətləndi
13 mart 11:50
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
13 mart 11:25
- Albaniya Prezidenti Azərbaycana gəldi
12 mart 22:10
- Prezident İƏT-in Baş katibini qəbul etdi
12 mart 20:58
- Tamilla Şirəliyeva vəfat etdi
12 mart 20:00
- Nə qələt istəyirsən, et ! - Pezeşkiandan Trampa sərt cavab
12 mart 12:19
- Prezident qəbullar keçirdi (YENİLƏNİB)
12 mart 11:40
- Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Xəbərdarlıq
12 mart 00:24
- Şahid: Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
11 mart 23:46
- Anarın məhkəməyə verəcəyi şair: Daha ciddi, iyrənc faktlar bilirəm
11 mart 23:21
- Yeyintiyə qarşı çıxdım, işimdən oldum - Tahir Əmiraslanov Fuad Nağıyevi İFŞA ETDİ VİDEO
11 mart 22:18
- Kanadanın istefa verən baş naziri kreslosunu da özü ilə apardı
11 mart 21:50
- Qarabağda yaşayan ermənilər Bakıda şahid qismində danışdı - Vardanyanın məhkəməsi
11 mart 21:14
- Azərbaycan vətəndaşlarının BÖYRƏYİNİ satan qadın həbs edildi
11 mart 20:17
- Hacı Zeynalabdin Tağıyevlə Nərimanovun məşhur mübahisəsi: Cibində bir qəpik pulu yoxdur…
11 mart 18:21
- Qorbaçov zınqırovdur, dövlət papağı onun başı üçün deyil - Qromıko; 40 il öncə bu gün...
11 mart 18:05
- Japarov Belarusa qaçan sabiq prezidenti GERİ QAYTARMAQ İSTƏYİR
11 mart 17:47
- Tramp 50 günə ABŞ-ı və dünyanı batırdı - Professor Saleh Məmmədovun sərt yazısı
11 mart 17:18
- Zelenski Ər-Riyadda: Vəliəhdlə görüş və…
11 mart 17:12
- 4 MİLYАRD manat ölkədən NECƏ OĞURLANIB - Elə faktlar var ki...
11 mart 16:27
- Tarixin ən hazırcavab saray təlxəyi – Krala şillə vurdu, edamdan xilas oldu
11 mart 16:08
- AzerTelecom şirkətinin Direktoru və ...KOLLEKTİV SEKS
11 mart 15:54