Hamı məni BOMBA APARICI kimi tanıyırdı, 170 manat maaş alırdım
“Uşaqlığım kasıbçılıqla assosiyasiya olunur. Vaxt var idi, məktəbdə üç il eyni paltarda və ayaqqabıda gəzirdim”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı Yelena Sidorenko 1news.az-a müsahibəsində deyib.
O, atasını 16 yaşında itirdiyini bildirib: “Atam yataq xəstəsi olanda universitetə qəbul olmağa hazırlaşırdım. Evə gəlirdim, ona yemək verirdim, sonra işə qaçırdım. Eyni zamanda bal rəqsləri müəlliminin köməkçisi kimi işləyirdim. Uşaqlıqdan bu rəqslə məşğul olurdum. Atam uzun müddət xəstə olduğundan böyük məbləğdə borcumuz yaranmışdı. O vəfat edəndə anam pul qazanmaq üçün getməli oldu, çünki Bakıda belə bir imkanı yox idi.
Bu, çox çətin dönəm idi. Bir çox vəzifələrdə işləyirdim, amma daha çox 8-ci kilometr adlanan bazarda kofe satmağım yadımda qalıb. O vaxt mənə çox ağrılı gəlirdi... Birincisi, yay idi, istiyə dözümüm yoxdur. Kiçik yük maşınında gəzib marketlərə girirdim və deyirdim: “Salam, müəllim. Yeni bir kofe var, almaq istəməzsiz?” Təsəvvür edin, göygöz sarısaç qız girir və qarınlı dayı razı-razı yaxınlaşıb deyir: “Qəşəng qız, gəl görüm nə istəyirsən?” Və sən məcbur ona yeni kofe haqda danışırsan. Bu istidə işlədiyimə və bu dayıları gördüyümə görə özümə nifrət edirdim... Bu şirkətdə cəmi bir neçə ay işlədim, amma ömrümün sonunadək unutmayacağam.
Həmin dövrdə mənimlə bir sürücü işləyirdi. Xatırlayıram, bütün qazandığı pulu kontura xərcləyirdi və sevdiyi qıza zəng edirdi. Kontur isə o vaxt çox bahalı idi. Ona deyirdim: “Bilirsən, gün gələcək və biz buna güləcəyik”. Sonra yollarımız ayrıldı...
Kofe satanda 16 yaşım var idi. 17 yaşımda artıq televiziyada çalışırdım, 21 yaşımda isə növbəti arzum reallaşdı və maşın aldım. Həmin sürücünü sənədlərimi alanda gördüm. Danışdıq. Öyrəndim ki, polisdə işləyir və cənab Prezidenti kortejdə müşayiət edir. Bir də öyrəndim ki, həmin qızla evlənib və iki uşağı var. Bu, təəccüblü görüş idi. Həmin çətin dövr haqda xatirələr yada düşdü...”
Sidorenko ona məşhurluq gətirən ANS telekanalı ilə bağlı bəzi məqamları açıqlayıb: “ANS-də “X-dance” rəqs müsabiqəsində iştirakımdan sonra telekanalın direktoru Vahid Mustafayevin dəvəti ilə işləməyə başladım. Deyə bilmərəm ki, bununla da çətinliklərim bitdi. ANS-də işlədiyim beş il ərzində hər gün dəhlizdə ağlayırdım. Çünki həmişə kimsə xətrimə dəyirdi, sıxışdırırdı. İnsanlar qəbul edə bilmirdi ki, məktəbi yenicə bitirmiş hansısa qızcığaz axşam xəbərlərini apara bilər. Onlar başa düşmürdülər ki, bu qızcığaz bura tam təsadüfən, özü də istəmədən düşüb.
Kənardan hamı düşünürdü ki, mən bütün ölkənin tanıdığı ən bomba aparıcıyam, əslində isə bu “bomba aparıcı” evə metroda gedirdi və 170 manat maaş alırdı. Bu populyarlığın arxasında nəyin durduğunu heç kim bilmirdi. Bundan əlavə, ANS-dəki işimdən sonra rəqs dərsi keçməyə gedirdim, çünki maaşım heç nəyə çatmırdı. Gecə 12-də özümü güclə evə çatdırırdım və başa düşürdüm ki, sabah bütün bunlar yenidən təkarlanacaq. Həyatım mübarizədən ibarət idi”.
- Müştərilər ən çox Mehdiyevlərin bankından şikayət edib – Rəsmi
14 yanvar 2025 23:21
- Milli Məclis Aparatı nümayəndə heyəti Ankarada görüşlərə başladı - foto
14 yanvar 2025 22:10
- 5-ci kolon hələ də fəaliyyətdədir - Feyziyev
14 yanvar 2025 20:52
- İlham Əliyev və atası ilə həmişə mehriban münasibətlərim olub
14 yanvar 2025 14:41
- -Qreçka-nın bizə faydası
14 yanvar 2025 14:22
- Metalı belə əridən mədə turşusu mədəmizə niyə zərər vermir?
14 yanvar 2025 13:01
- Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı?
14 yanvar 2025 11:59
- Qırğızıstan parlamentinin spikeri soyadını dəyişdi
13 yanvar 2025 18:05
- MÜTLƏQ OXUYUN - Bu YАĞIN ölkəyə gətirilməsi QАDАĞАN EDİLMƏLİDİR
13 yanvar 2025 16:32
- 400 nəfərin yerinə işləyə bilməzdim axı… - Abasquliyeva
13 yanvar 2025 15:04
- Cavid Qurbanova vəzifə verildi
14 yanvar 23:39
- Müştərilər ən çox Mehdiyevlərin bankından şikayət edib – Rəsmi
14 yanvar 23:21
- Milli Məclis Aparatı nümayəndə heyəti Ankarada görüşlərə başladı - foto
14 yanvar 22:10
- Qara qutu- ları açdıq, orada maraqlı məlumatlar var
14 yanvar 21:53
- 5-ci kolon hələ də fəaliyyətdədir - Feyziyev
14 yanvar 20:52
- Vüqar Qurbanov bu mərkəzə direktor təyin etdi
14 yanvar 20:34
- Əsədin daha bir DƏHŞƏTLİ ƏMƏLİ - Görün nə edib
14 yanvar 20:02
- Veysəloğlu Şirkətlər Qrupunun 30 illik inkişaf yolunu əks etdirən imic VİDEO-su
14 yanvar 15:48
- İlham Əliyev və atası ilə həmişə mehriban münasibətlərim olub
14 yanvar 14:41
- Mikrobu kim kəşf edib ? - Rəsul Mirhəşimli
14 yanvar 14:31
- -Qreçka-nın bizə faydası
14 yanvar 14:22
- Şəmsəddin Xanbabayev dünyasını dəyişdi
14 yanvar 13:40
- Metalı belə əridən mədə turşusu mədəmizə niyə zərər vermir?
14 yanvar 13:01
- Azərbaycanda dini icma üzvünə qarşı TERROR aktı hazırlayanlar həbs olundu
14 yanvar 12:32
- Prezident Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində
14 yanvar 12:24
- Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı?
14 yanvar 11:59
- Türkiyənin yeni səfiri: -Bir millət, iki dövlət- anlayışını daha da gücləndirəcəyik
13 yanvar 23:30
- Qırğızıstan parlamentinin spikeri soyadını dəyişdi
13 yanvar 18:05
- MÜTLƏQ OXUYUN - Bu YАĞIN ölkəyə gətirilməsi QАDАĞАN EDİLMƏLİDİR
13 yanvar 16:32
- Abşeronda fəhlələrin üzərinə hasar aşdı - Biri öldü
13 yanvar 15:24
- 400 nəfərin yerinə işləyə bilməzdim axı… - Abasquliyeva
13 yanvar 15:04
- Azərbaycanda Milli Gəlirlər Nazirliyi yaradılır
13 yanvar 13:42
- Naxçıvanda 1 MİLYАRD 500 MİLYON RÜŞVƏT - ŞOK
13 yanvar 13:27
- Bakıda piyadanı maşınla vurub öldürən Nail Abdullayev yüksək vəzifəli məmur imiş
13 yanvar 13:02
- İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə getdi
13 yanvar 12:26
- Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı
13 yanvar 11:24
- Cəbrayıla növbəti köç - Fotolar
13 yanvar 11:07
- İlyas İsmayılovun xəstəxanadan fotoları yayıldı: Lax yumurtalara inanma
13 yanvar 10:42
- Zelenski Şimali Koreyalı əsir əsgərləri danışdırdı: Müharibədən xəbərimiz yox idi, bizi… - ŞOK VİDEO
13 yanvar 10:25
- İsrail Azərbaycana yeni səfir təyin etdi
12 yanvar 23:58