Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür.
1885-ci il sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəyli dünyaya göz açıb.
Bu tarix Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur və 2009-cu ildən başlayaraq Ü.Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir.
Bu gündən sentyabrın 28-dək Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Festival çərçivəsində Bakı, Gəncə, Qəbələ və Şuşada açıq havada və müxtəlif məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans, ustad dərsləri və digər tədbirlər nəzərdə tutulur.
Sentyabrın 18-də ilk olaraq Azərbaycan Milli Konservatoriyasında Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək. Daha sonra ev muzeyi ziyarət edilərək ədəbi-musiqili tədbirin keçirilməsi nəzərdə tutulur. Sentyabrın 21-də isə Şuşa şəhərində Ü.Hacıbəylinin heykəlinin qarşısında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında “Leyli və Məcnun” operası nümayiş olunacaq.
ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Sinqapur və digər ölkələrdən tanınmış musiqiçi və kollektivlərin də iştirak etdiyi festival günlərində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Milli İncəsənət Muzeyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyasında və digər məkanlarda müxtəlif proqramlar təqdim olunacaq.
Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 116 il əvvəl tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlanıb. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.
Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış “Leyli və Məcnun” yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. Qoca Şərqin opera tarixi məhz bu gündən başlanıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) kimi milli operalar yazıb.
Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi “Koroğlu” operasıdır. “Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. “Koroğlu” operası Moskva tamaşaçılarını da məftun edib. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə göstərilib.
Üzeyir Hacıbəylinin “Füruzə” adlı yarımçıq qalmış bir operası da olub. Xalq rəvayətləri əsasında hazırlanan bu operanın musiqi parçaları arasında “Füruzə”nin ariyası xüsusilə diqqətəlayiqdir. Bəlkə elə buna görədir ki, opera yarımçıq qalsa da, ariya uzun illər müğənnilər tərəfindən məharətlə ifa edilib.
Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət “Ər və arvad”dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.
Müəllifin ikinci musiqili komediyası “O olmasın, bu olsun”dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.
Ölməz sənətkarın üçüncü və sonuncu musiqili komediyası “Arşın mal alan”dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. “Arşın mal alan” beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.
Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub. Müstəqilliyimizi qazandıqdan sonra xalqımıza azadlıq şərafəti çatdıran ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.
Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salaraq, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb, yaradıb. O, Azərbaycan musiqisində köklü dönüş yaratmış əsl dahidir. Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni inkişaf yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq.//Report
- Albaniya Parlamentinin sədri Azərbaycana GƏLDİ
15 noyabr 2024 19:17
- Prezidentdən Mahmud Abbasa təbrik məktubu
15 noyabr 2024 11:18
- Prezident görüşlər keçirir - Fotolar - Yenilənib
14 noyabr 2024 15:08
- Milli Məclisin üzvləri Şimali Kiprə səfər etdi - Fotolar
14 noyabr 2024 14:27
- Bakcell - Ən Uğurlu Rebrendinq- mükafatına layiq görüldü
14 noyabr 2024 11:58
- Azərbaycanda İLK : Bakıda ÖZƏL AEROPORT tikilir
14 noyabr 2024 11:09
- Azərbaycanlıların sevimli qidası şəkər xəstəliyi yaradır
14 noyabr 2024 10:16
- Ərdoğan: Uğurlu tədbirə və səmimi ev sahibliyinə görə İlham Əliyevi təbrik edirəm
13 noyabr 2024 10:27
- Azərbaycanlı general və şəriki tərliklə 10 milyonlarla pul -yuyub
12 noyabr 2024 18:58
- Azərbaycanda Konstitusiya Günüdür
12 noyabr 2024 17:14
- Tanınmış vəkil nitqini itirib - Ailəsi açıqladı
15 noyabr 22:32
- Nəzakət Məmmədovaya 13 illik həbs cəzası verildi – SƏBƏB VƏ TƏFSİLATI
15 noyabr 21:39
- Albaniya Parlamentinin sədri Azərbaycana GƏLDİ
15 noyabr 19:17
- Uşaq pornosu yayan azərbaycanlı saxlandı
15 noyabr 12:13
- Bu 5 qidanı yumaq olmaz – Mütəxəssislər xəbərdarlıq etdi
15 noyabr 11:57
- Prezidentdən Mahmud Abbasa təbrik məktubu
15 noyabr 11:18
- Prezident görüşlər keçirir - Fotolar - Yenilənib
14 noyabr 15:08
- Milli Məclisin üzvləri Şimali Kiprə səfər etdi - Fotolar
14 noyabr 14:27
- Bakı Apellyasiya Məhkəməsi Mikayıl İsmayılovun oğlunun şikayətinə baxacaq -Hakim Fuad Babayev
14 noyabr 12:53
- Bakcell - Ən Uğurlu Rebrendinq- mükafatına layiq görüldü
14 noyabr 11:58
- Azərbaycanda İLK : Bakıda ÖZƏL AEROPORT tikilir
14 noyabr 11:09
- İlham Əliyev BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti ilə görüşüb
14 noyabr 10:34
- Azərbaycanlıların sevimli qidası şəkər xəstəliyi yaradır
14 noyabr 10:16
- Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi FUTBOL oynayarkən ÖLDÜ
13 noyabr 22:58
- ABŞ Polşada AES tikintisinə 1 milyard dollardan çox vəsait ayırıb
13 noyabr 22:33
- Azyaşlı xanəndə səsi ilə sammitdəki liderləri valeh etdi: MÖHTƏŞƏM GÖRÜNTÜLƏR
13 noyabr 22:12
- İlham Əliyev İranın vitse-prezidenti ilə görüşdü
13 noyabr 19:33
- Bakıda inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilir - İlham Əliyev tədbirdə iştirak edir
13 noyabr 12:45
- Yunanıstanın baş naziri Bakıda jurnalistlərə açıqlama verdi - FOTO
13 noyabr 10:51
- Ərdoğan: Uğurlu tədbirə və səmimi ev sahibliyinə görə İlham Əliyevi təbrik edirəm
13 noyabr 10:27
- Ərdoğan və xanımı Prezidentin ailə üzvləri ilə görüşdü (FOTOLAR)
12 noyabr 22:17
- Prezident Böyük Britaniyanın Baş naziri ilə görüşdü
12 noyabr 21:57
- Azərbaycanlı general və şəriki tərliklə 10 milyonlarla pul -yuyub
12 noyabr 18:58
- Azərbaycanda Konstitusiya Günüdür
12 noyabr 17:14
- Şəfəq Günəş Elektrik Stansiyasının TƏMƏLİ QOYULDU
12 noyabr 14:32
- Prezident Ərdoğan və xanımını belə qarşıladı - FOTO
12 noyabr 12:58
- 11 günümüz var, 100 milyardlarla dollar... - Babayev
12 noyabr 12:03
- Nə olur olsun, burada ev almalıyam - Abel Məhərrəmov - VİDEO
12 noyabr 11:16
- Baba Pünhanın qızı: Mirşahin atamın üstünə gəlmişdi ki... - Müsahibə
11 noyabr 20:52
- Prezident İlham Əliyev BMT-nin Baş katibi ilə görüşüb
11 noyabr 18:57