Çap elədiyi tapmacaya görə güllələnən dilçi - Onun qəbri əslində, haradadır?
Bu gün ədəbiyyatşünas və publisist Vəli Xuluflunun anım günüdür.
Kulis.az Məleykə Qasımqızının "Azərbaycan naminə yaşanan, repressiya tufanında qırılan ömür" yazısını təqdim edir.
Azərbaycanın mədəniyyət tarixində özünəməxsus yeri olan görkəmli ədəbiyyatşünas və publisist, dilçi və folklorşünas, ictimai xadim, repressiya qurbanı Vəli Məmmədhüseyn oğlu Xuluflu bu dünyada cəmi 43 illik bir ömür yaşayıb. Ancaq bu qısa ömürdə çox böyük işlər görüb, tarix, dilçilik və ədəbiyyatşünaslıqla bağlı 10 kitab (1925-1932 illər arasında) bəxş edib.
Alimin əsərlərindən və həbsxana günlərindən bəhs etməzdən əvvəl onun şəxsiyyəti haqqında yığcam məlumata nəzər salaq:
Vəli Xuluflu 1894-cü il may ayının 26-da Şəmkir rayonunun Xuluf kəndində (bu qədim kənd Şəmkir SES dəryaçasının altında qalıb) anadan olub. İbtidai təhsilini 1905-1907-ci illərdə mollaxanada alan Vəli Xuluflu sonra “Mədrəseyi-ruhaniyyə” məktəbində oxuyub. 1912-ci ildə mədrəsəni müvəffəqiyyətlə bitirib, 1913-cü ildə həmin məktəbdə müəllim kimi fəaliyyətə başlayıb. 1917-ci ildə Gəncədə Müəllimlər İnstitutunu bitirib, müəllimlik edib, 1920-1922-ci illərdə Gəncə quberniyasında Qəza Partiya Komitəsinin katibi vəzifəsində işləyib.
1921-ci ildə partiya sıralarında “təmizləmə işləri” ilə əlaqədar Sov. İKP üzvlüyündən çıxarılıb. 1922-1927-ci illərdə ADU-nun Şərqşünaslıq fakültəsində təhsilini davam etdirib. Eyni zamanda Yeni Türk (Azərbaycan) əlifbası komitəsində təlimatçı işləyib və paralel olaraq “Bakı fəhləsi” kooperativ nəşriyyatı və “Azərnəşr”in bədii-ədəbiyyat şöbəsi ilə əməkdaşlıq edib. 1927-ci ildə yenidən partiya üzvlüyünə bərpa edilib.
1929-1932-ci illərdə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunda elmi katib vəzifəsində çalışıb, institutun yenidən təşkili zamanı isə Dil-Ədəbiyyat və İncəsənət İnstitutuna direktor təyin edilib.
Vəli Xuluflu şifahi xalq ədəbiyyatı nümunələrinin toplanması və nəşrinə xüsusi qayğı göstərib. İşlədiyi Dil Ədəbiyyat və İncəsənət İnstitutu ləğv edildikdən sonra, 1933-cü ildə bir müddət Mərkəzi Arxiv İdarəsinin müdiri, Dövlət Elmi Şurasının sədr müavini vəzifələrində çalışıb. 1933-cü ildən SSRİ EA-nın Azərbaycan şöbəsinin mütəxəssisi olub. 1936-cı ildən SSRİ EA Azərbaycan filialının Tarix İnstitutunun direktor müavini və digər vəzifələrdə çalışıb.
Vəli Xuluflu Azərbaycanda yeni əlifba ideyasının qızğın tərəfdarlarından olub. Alimin ideya silahdaşı Xalid Səid Xocayevin yazdığına görə, o, yeni türk əlifbasına keçmək işinə lap əvvəldən əməli işi ilə yardım edib. 1920-30-cu illərdə Azərbaycanın elmi və mədəni həyatında çox böyük rol oynayıb. Rəsmi sənədlərdə tarixçi kimi tanıdılsa da, onun dilçiliyə və ədəbiyyatşünaslığa aid əsərləri heç də tarixə həsr edilmiş əsərlərindən az deyil. Məsələn, 1925-ci ildə yazmış olduğu “Yeni türk əlifbası ilə yazı qaydaları” adlı kitabçasında o, savadlı bir dilçi alim kimi diqqəti cəlb edir.
O, bütün fəaliyyəti boyu harada işləməsindən asılı olmayaraq bütün ömrünü Azərbaycan xalqının mədəni həyatının yüksəlişinə, savadlanmasına, maariflənməsinə həsr edib. Həmin ağır dövrdə çətinliklə də olsa bir çox kitablar nəşr etdirib: “Yeni türk əlifbası ilə yazı qaydaları” (1925), “Yeni türk əlifbası ilə yazı qaydaları” (1926-cı il, II nəşri), “Koroğlu” (1927), “Koroğlu” (1929-cu il, II nəşri), “İmla lüğəti” (1929), “Tapmacalar” (1929), “Panislamizm, imperializm və ruhaniyyət” (1929), “Din və qadın” (1930), “Din və mədəni inqilab” (1930), “Səlcuq dövlətinin tarixi quruluşuna dair” (1930), “Məhərrəmlik münasibətilə” (1932)... O, eyni zamanda yüzlərcə qəzet və jurnal məqaləsinin müəllifidir.
Vəli Xuluflu aşıq yaradıcılığını çox sevirdi. Ədibin toplayıb nəşr etdirdiyi “Koroğlu” dastanında da qəhrəmanın aşıqlığına xitabən yazırdı ki, aşıq yaradıcılığı, elin ruhudur, o, lazım olanda qılıncdan da kəsərlidir.
37-ci il repressiyaları yüzlərlə azərbaycanlı ziyalı kimi Vəli Xulufludan da yan keçmədi.
Məlum olduğu kimi, Birinci Ümumittifaq Türkoloji Qurultayında məruzəçi olmuş və hətta kiçik bir məlumatla çıxış etmiş türkoloqların hamısı qara siyahıya salınaraq məhv edilib. Bunun üçün bəhanə tapmaq o qədər də çətin deyildi. Vəli Xuluflu 1928-ci ildə Mirzə Fətəli Axundovun vəfatının 50 illiyi münasibətilə Azərbaycan tapmacalarını toplayıb nəşr etdirmişdi. Bəlkə də əsrlərlə xalq arasında dolaşan tapmacalardan sətiraltı məna tapan DTK əməkdaşları alimə qarşı bir vasitə kimi istifadə etmişdilər. Məsələn, cavabını, açmasını uşaqların da əzbər bildiyi bir tapmaca: “Hamını bəzər, özü lüt gəzər”. Bu tapmacada sətiraltı məna tapan müstəntiq: “Siz bununla düşmənin dəyirmanına su tökürsüz, yəni sovet adamları hamını geyindirir, özü lüt gəzir...” deyə ona irad tutmuşdu.
Heç bir izahata ehtiyac yoxdur. Bədxahlar alimi aradan götürmək istəyirdilər. Bunun üçün də onun fəaliyyətində sovet hökumətinə qarşı nöqsan axtarırdılar. Belə bir arayış tərtib edildi: “Xuluflu Vəli Məmmədsöyün oğlu (Məmmədhüseyn əvəzinə) əksinqilabçı, millətçi təşkilatın üzvüdür. Buna əsaslanaraq, Vəli Xuluflunun həbs edilməsini zəruri hesab edirik”.
Cinayət işinin üstündə isə ittiham 73, 64, 69, 17, 70 maddələri ilə göstərilir. Bu qərarı 28.1. 1937-ci ildə AXDİK idarə rəisi 3-cü dərəcəli komissar Sumbatov təsdiq edib. Sumbatovun təsdiqi ilə Vəli Xuluflunun həbsinə qərar verilir. Həbs qərarını üçüncü şöbənin rəisi, dövlət təhlükəsizlik leytenantı Qalstyan qəbul edir; Qərara alıram: “Vətəndaş Xuluflu Vəli Məmmədsöyün oğlu Azərbaycan SSR SM-in 73, 64, 69, 17, 70-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilsin” (27.1 1937). Həbsdən bir gün əvvəl isə alimin evində axtarış aparılır.
Axtarış zamanı guya onun evindən müxtəlif kitablar (Buxarinin, Kamenevin, Trotskinin, Zinovyevin), şəkil və məktublar götürülüb. 29 yanvar 1937-ci ildə alimi dindirməyə başlayırlar.
Nəhayət, 1937-c il oktyabr ayının 5-də Vəli Xulufluya ittiham elan edilir və ona qarşı irəli sürülən ittiham 6 maddədən ibarət olur.
Qondarma dəlillərlə alimin həyatına son qoymağa çalışırdılar. 1937-ci il oktyabrın 11-də sədr İ.O.Matuleviç (hərbi hüquqşünas), üzvlər İ.M.Zaryanov və Y.K.Yiqur (hüquqşünaslar), katib Kostyuşenko (hərbi hüquqşünas) və SSRİ Baş Prokurorluğunun baş köməkçisi R.S.Rozovskinin iştirakı ilə iclas keçirildi.
Bu iclasın qərarını həmin gün müttəhimə vermişdilər: Qərarda deyilirdi ki, iş məhkəməyə göndərilsin, işə şahidsiz, prokurorsuz və vəkilsiz baxılsın.
Ertəsi gün oktyabrın 12-də saat 18:00-da “məhkəmə” başlayır və 18:20-də sona çatır.
Məhkəmə qərara alır: “Vəli Məmmədsöyün oğlu Xuluflu ən yüksək cəzaya – güllələnməyə məhkum edilsin”.
Səhərisi gün, yəni oktyabrın 13-də (1937) alimi güllələyirlər.
İndi isə “xalq düşməninin ailəsi” barədə qısa məlumat verək. Vəli Xuluflu həbs edildikdən sonra Fatma (həyat yoldaşı) xanımın evində axtarış aparılır. Evin axtarışı zamanı şübhəli heç nə tapılmır. Evin əşyalarının bir çoxu götürülür, bir qismi isə (1 ədəd yemək stolu, kuşetka, yazı stolu, divar asılqanı) evdə saxlanılır. Lakin 9 iyul 1937-ci ildə Oktyabr rayon xalq məhkəməsi belə bir qərar qəbul edir: “Xuluflu Fatma Əli qızı özü ilə yaşayan bütün ailə üzvləri – oğlu, qızı və anası ilə birlikdə Bakı şəhər soveti tərəfindən verilmiş evdən çıxarılsın. Boşaldılmış ev Bakı şəhər mənzil idarəsinə verilsin”.
Beləliklə, Fatma xanımı ailəsi ilə birlikdə bayıra atırlar. Hələ utanmadan, həyasızcasına ondan arayış da alırlar ki, guya evi boşaldanda ona qaşı kobudluq etməyiblər. Nəhayət, Fatma xanım da həbs edilir. Oğlu Çingiz və qızı Sunquz Fatma xanımın anasının himayəsində qalır. Həbs edildikdən sonra Fatma xanım ərizə ilə xahiş edir ki, götürülən ev əşyaları anasının himayəsində olan uşaqlara verilsin. Fatma xanımın ərizəsinə cavab olaraq yazırlar: “Xahiş edirik, məhbus Xuluflu Fatma Əli qızına bildirəsiniz ki, onun həbs edildiyi zaman evdən götürülən əşyalar satılmış və ondan gələn gəlir dövlətin hesabına keçirilmişdir”.
Fatma xanımı cəmi bircə dəfə dindirirlər və ona 8 il həbs hökmü oxunur.
1957-ci il fevralın 1-də Azərbaycan SSR prokuroru A.S.Babayev Xuluflu Fatma Əli qızının həbsi haqqındakı qərarın ləğv edilməsini istəyir. Fevralın 15-də (1957) məhkəmə keçirilir, sədr M.Əliyev, üzv Y.Quliyev və prokuror İ.Hacıyevin iştirakı ilə işə yenidən baxılır. Kollegiya qərara alır: “SSRİ XDİK xüsusi müşavirəsinin Xuluflu Fatma Əli qızı barəsində 29.02.1938-ci il tarixli qərarı ləğv edilsin. Onun işində cinayət tərkibi olmadığı üçün işə xitam verilsin” və işə xitam verilir. Bundan ruhlanan Fatma xanım 26.09.1957-cı ildə ərizə ilə müraciət edir ki, Vəli Xuluflu haqqında ona qəti cavab verilsin və bu ləkə onun üzərindən götürülsün. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarı ilə Vəli Xuluflu haqqında 12.10.1937-ci il tarixli qərar ləğv edilir, cinayət tərkib olmadığı üçün işə xitam verilir.
Vəli Xuluflunun qəbri bilinmədi, doğma kəndi isə Şəmkir dəryaçasının altında qaldı. Amma əsərləri əbədi olaraq doğma xalqına qaldı, işıqlı ruhu səmalara çəkilərək, ucaldıqca ucaldı.
Bu gün Şəmkir rayonunda mərkəzi küçələrindən biri, orta məktəb və mədəniyyət evi Vəli Xuluflunun adını daşıyır. Görkəmli şəxsiyyətin xatirəsi uca tutularaq, fəaliyyəti dəyərləndirilərək, onun adının əbədiləşdirilməsi üçün paytaxtımızın ən böyük küçələrindən birinə məhz Vəli Xuluflunun adı verilib.
Ruhu şad olsun!
- Nazirlikdə iki yüksək vəzifəyə təyinat
1 noyabr 2024 10:35
- Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....
1 noyabr 2024 10:16
- Badamdarda uçqun: Laçın QAÇQIN məktəbində oxuyan uşaqların həyatı təhlükədə! - FOTO
1 noyabr 2024 10:08
- İsraildə İrana casusluq edən azərbaycanlı ər-arvad həbs olundu
31 oktyabr 2024 23:11
- Hikmət Həsənovun köməkçisinə hökm oxundu - FOTO
31 oktyabr 2024 19:57
- Rusiyanın təhvil verdiyi şəxs məşhur biznesmen imiş... - ŞOK DETALLAR
31 oktyabr 2024 14:22
- İqlim dəyişikliyi və COP29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!
31 oktyabr 2024 14:15
- Planetar düşüncəli lider…
31 oktyabr 2024 13:29
- Dünya fəlakətlə üz-üzə - Rusiya nüvə DÜYMƏSİNƏ BASIR!
31 oktyabr 2024 12:09
- Ramiz Mehdiyev qabağa getməyə qoymurdu - Deputatla MÜSAHİBƏ
30 oktyabr 2024 20:50
- Deputat - Bu məsələdə narazılıqlar getdikcə artır, QAZ LİMİTİNƏ yenidən baxılmalıdır
01 noyabr 13:24
- Parlamentdə GƏRGİNLİK - Dediklərinizin arxasında fakt yoxdur
01 noyabr 13:02
- Milli Məclisin iclası başladı: 9 məsələyə baxılacaq
01 noyabr 12:24
- Radiatorun üstünə bir neçə DƏFNƏ YARPAĞI qoyun və ... - MÖCÜZƏ
01 noyabr 12:10
- NAR AzTU-da mobil rabitə təlimlərini davam etdirir
01 noyabr 12:03
- Azərsun Holdinq-dən daha bir layihəyə dəstək - Fotolar
01 noyabr 11:23
- Nazirlikdə iki yüksək vəzifəyə təyinat
01 noyabr 10:35
- Prezident 28 May-da aparılan abadlıq işləri ilə tanış oldu
01 noyabr 10:29
- Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....
01 noyabr 10:16
- Badamdarda uçqun: Laçın QAÇQIN məktəbində oxuyan uşaqların həyatı təhlükədə! - FOTO
01 noyabr 10:00
- İsraildə İrana casusluq edən azərbaycanlı ər-arvad həbs olundu
31 oktyabr 23:11
- Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı
31 oktyabr 21:50
- Hikmət Həsənovun köməkçisinə hökm oxundu - FOTO
31 oktyabr 19:57
- Urmiyada beş məhbusun barmaqları kəsiləcək
31 oktyabr 19:47
- Tağı Əhmədovun hakim oğlu CƏZALANDIRILACAQ - Məhkəmə qərarı
31 oktyabr 14:50
- Şahin Bağırov aparat rəhbəri və idarə rəisi vəzifələrini onlara tapşırıb
31 oktyabr 14:28
- Rusiyanın təhvil verdiyi şəxs məşhur biznesmen imiş... - ŞOK DETALLAR
31 oktyabr 14:22
- İqlim dəyişikliyi və COP29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!
31 oktyabr 14:15
- Ərdoğandan Öcalana edilən çağırışa reaksiya
31 oktyabr 13:38
- Planetar düşüncəli lider…
31 oktyabr 13:29
- Beynəlxalq axtarışa verilən 5 şəxs Azərbaycana gətirildi
31 oktyabr 13:15
- Dünya fəlakətlə üz-üzə - Rusiya nüvə DÜYMƏSİNƏ BASIR!
31 oktyabr 12:09
- SAYT rəhbəri həbs edildi
31 oktyabr 11:59
- Prezident yeni səfirin etimadnaməsini QƏBUL ETDİ - FOTOLAR
31 oktyabr 11:42
- Rusiya qalib gəldi - Zelenski
30 oktyabr 23:19
- Dörd nəfər onu axtarmağa gedəndə həlak olmuşdu...
30 oktyabr 23:05
- Ramiz Mehdiyev qabağa getməyə qoymurdu - Deputatla MÜSAHİBƏ
30 oktyabr 20:50
- Ərdoğandan müsəlman ölkələrinə ÇAĞIRIŞ
30 oktyabr 18:20
- Azərbaycanda 300-ə yaxın ömürlük məhbus var
30 oktyabr 17:47
- İsrail Prezidenti Bakıya gəlir
30 oktyabr 15:24