13 ildir Babəkin heykəlini qoymağa Bakıda YER TAPILMIR
Cəmiyyət5 oktyabr 2024 22:37
13 ildir yerinə qovuşa bilməyən abidə - Babəkin heykəlinin bəxti nə vaxt açılacaq?
Bu günlərdə açılışı olan Aşıq Ələsgərin abidəsi ilə bağlı sosial şəbəkədə aparılan müzakirələr çoxdan unudulan bir mövzunu yenidən gündəmə gətirdi. Söhbət uzun illərdir paytaxt əhalisinin ucaldılmasını gözlədiyi Xürrəmilər hərəkatının rəhbəri, ərəb xilafətinə qarşı azadlıq müharibəsinə rəhbərlik etmiş sərkərdə Babəkin heykəlindən gedir.
Qeyd edək ki, 6 sentyabr 2011-ci ildə Prezident İlham Əliyev Bakıda görkəmli Azərbaycan sərkərdəsi Babəkin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Sərəncamın imzalanmasından 13 il keçsə də, hələ icra olunmayıb.
Xatırladaq ki, həmin iş o zaman mərhum Xalq rəssamı, heykıltaraş Arif Qazıyevə həvalə olunmuşdu.
O da 3 il öncə dünyasını dəyişənədək heykəlin bu gün-sabah qoyulacağı haqda açıqlamalar versə də, gözlənilənlər olmadı.
Qafqazın ən hündür heykəli olacağı deyilən abidənin Babək prospektində yolunu gözləyən postamenti hələ də boşdur. Necə deyərlər, Babəkin bəxti açılmır ki, açılmır.
Kimi məsələnin siyasi səbəb - İran amili, kimi maliyyə, kimi də yaradıcı işdəki əyər-əskiklər üzündən yubandığını dedi.
Bəs, 13 ildir ucaldılacağı gözlənilən heykəlin aqibəti necə olacaq? Bu il paytaxt sakinləri nəhayət ki, Babəkin heykəlini görə biləcəklərmi?
"Sən evin üçün heykəl düzəltmirsən axı...”
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Xalq rəssamı, memar Cəlil Hüseynovun fikrincə, heykəlin yubanmasının səbəbi maliyyə çatışmazlığı ilə bağlı deyil:
"O heykəlin indiyədək qoyulmamasının günahkarı yüzdə yüz müəllifin özüdür. Rəhmətlik bu işi yubatdı-yubatdı, gətirib bu yerə çıxardı. "Onu istəmirəm”, "belə olmasın”, deyə-deyə işi soyutdu. Biz o heykəli rahatlıqla 2014-cü ildə qoya bilərdik. Mən bilirəm ki, orda maliyyə problemi yox idi. O zaman yetərli qədər maliyyə vəsaiti ayrılmışdı. Bir il sonra artıq problemlər yarandı. Hər şey də ondan sonra oldu. Bürüncün də qiyməti artdı, dəmirin də, əməkhaqqı da qalxdı. Hamısı arta-arta gedir”.
Müsahibimiz deyir ki, o zaman həmin heykəllə bağlı Ukraynadan mütəxəssis də dəvət edib:
"O vaxt rəhmətlik məni məcbur elədi ki, "yuxarı” ilə danışıb heykəl üçün Ukraynadan böyüdücülər (heykəlin kiçik modelinin böyüdülüb gipsdən hazırlanması ilə məşğul olan mütəxəssislər -red.) gətirim.
Ona görə Ukraynaya getdim. Ən yaxşı böyüdücülərı gətirdim. Onlarla birgə deyə-gülə işlədi. Məndə onların işlədiyi zaman çəkilən videoları da var. Amma onlar işi qurtarandan sonra narazılıq elədi. Ora-bura şikayət elədi ki, ukraynalılar işi pis görüblər. Dedi, yox, özümüzünkülər eləsin. Halbuki, mən daha əvvəl bizim iki mütəxəssisimizi təklif eləmişdim, razılaşmamışdı.
Bunu özünə də dedim. Dedi, mən başqalarının sözünə qulaq asıb elə qərar verdim. Mən də dedim, sən evin üçün heykəl düzəltmirsən axı... Bu, ciddi işdir. Bununla bağlı dövlət başçısının sərəncamı var. Nəsə... Deməyim odur, belə kaprizləri vardı.
"Babək” söhbəti məni çox yordu...
Doğrusu, mən onun xasiyyətinə bələd deyildim. Bilsəydim, razılaşmazdım. İş üçün usta çağırırdılar, gəlib işləyirdilər, sonra narazı qalırdılar deyə onu məhkəməyə verirdilər. Mən də məcbur olurdum, onları işə götürən şirkət olaraq bu məsələdən ötrü məhkəməyə gedim. Yəni o işlə bağlı çox əziyyət çəkdim. Heykəl söhbəti məni həddən artıq çox yordu. Axırda da gəldi belə oldu”.
Cəlil Hüseynov deyir ki, "Babək”in hazırlanması lap əvvəldən başqa heykəltaraşlara - Akif Əsgərovla Natiq Əliyevə tapşırılacaqdı. Amma Arif müəllim o vaxt Babəkin sərgi üçün balaca heykəlini düzəltmişdi deyə sonradan ona veriblər:
"Bu iş bizim şirkətə həvalə olunanda mən Akif Əsgərovla Natiq Əliyevi dəvət eləmişdim. Hətta o zaman Akif müəllim mənə demədən gedib onunla danışmışdı. Onların emalatxanaları qonşu idi. Hətta o vaxt mən ondan bir az incimişdim ki, mənə demədən təklif edib”.
"Başqasına tapşırıla bilər...”
"Biz Nazirlər Kabinetinin rəhbəri Əli müəllimlə az qala bütün Bakını gəzib heykəlin əzəmətli görünməsi üçün yer axtardıq” deyən həmsöhbətimiz bu məsələ ilə bağlı bir neçə il qabaq Bakı şəhər İcra Hakimiyyətindən işin dayandırıldığı haqda cavab aldığını qeyd edib:
"Səbəb nədir, bilmirəm. Amma mənə dedilər, layihəyə yenidən baxılacaq. Belə başa düşdüm ki, iş başqa heykəltaraşa tapşırıla bilər”.
Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyi ilə əlaqə saxlanılıb. Bakı şəhər İcra Hakimiyyətindən "biz yalnız heykəlin yerləşdirilməsi ilə məşğuluq. Heykəlin hazırlanması, onun yenidən işlənilməsi məsələsinə Mədəniyyət Nazirliyi baxır” cavabını veriblər.
Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən isə suallara lakoniik olaraq "belə bir məlumatımız yoxdur” deyə reaksiya verilib.
Oxşar xəbərlər
- ƏMƏKDAR MÜƏLLİM və XANIMI NİYƏ ÖLDÜRÜLDÜ ?
23 oktyabr 2024 21:28
- Ehtiram Hüseynov istefa verib, Bakıdan köçdü
23 oktyabr 2024 18:26
- Bakıda DƏHŞƏT: Aktyor və arvadı qətlə yetirildi - FOTO
23 oktyabr 2024 10:50
- Həkimlərin əməliyyat masasında qoyub qaçdığı Nəzakət Məmmədova: Əri onu hər gün döyürdü
23 oktyabr 2024 01:45
- Su basan TUNELİ KİM TİKMİŞDİR ? - Fotolar
22 oktyabr 2024 23:38
- İlham Rəhimov - Putinin Bakıya gəlməsi bu qərardan asılıdır
22 oktyabr 2024 22:39
- Bakıda avtobus suyun içində qaldı - Sərnişinlər KƏNDİRLƏ xilas edildi
22 oktyabr 2024 22:27
- Kəmaləddin Heydərov su basmış ərazilərdə - Foto
22 oktyabr 2024 17:19
- Yağış zamanı Bakıda tuneldə 2 nəfər BATIB ÖLDÜ - VİDEO
22 oktyabr 2024 14:45
- Bakıda məktəbin hasarı uçdu, dərslər dayandırıldı - Foto
22 oktyabr 2024 12:22
Xəbər lenti
- Müdafiə Nazirliyi MƏLUMAT YAYDI: 50 YAŞADƏK KİŞİLƏR ....
24 oktyabr 00:08
- Ermənistandan GÖZLƏNİLMƏZ reaksiya: Türkiyədəki TERAKTI ...
23 oktyabr 23:16
- Ölkəmizdə diplomları tanınmayan universitetlərin siyahısı
23 oktyabr 23:08
- 105 yaşlı qadın uzunömürlülüyün sirrini açıqladı - Pivə və evlənməmək
23 oktyabr 22:25
- Ağadadaş Ağayev 450 MİN TƏLƏB EDİR - Məhkəməyə gəlmədi
23 oktyabr 21:42
- ƏMƏKDAR MÜƏLLİM və XANIMI NİYƏ ÖLDÜRÜLDÜ ?
23 oktyabr 21:28
- Putin Ərdoğanla görüşdü: Ərdoğana başsağlığı verdi
23 oktyabr 20:49
- Türkiyədə terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb
23 oktyabr 20:10
- Təcili yardımın sürücüsü qətlə yetirildi - FOTO
23 oktyabr 19:14
- Ehtiram Hüseynov istefa verib, Bakıdan köçdü
23 oktyabr 18:26
- Belarusda prezident seçkilərinin tarixi açıqlandı
23 oktyabr 17:44
- SON DƏQİQƏ! Türkiyədə DƏHŞƏTLİ TERROR - Ölən və yaralananlar var
23 oktyabr 17:34
- Minnixanov Əliyevə orden təqdim etdi - Foto
23 oktyabr 15:34
- Tuneldə seldə boğulub ölən Elnurla Köçəri DƏFN EDİLDİ
23 oktyabr 15:03
- 1 həftə ərzində İranda 35 məhbus EDAM EDİLİB - Siyasi məhbuslar aksiya keçirir
23 oktyabr 14:14
- Bu gün də Ramiz Mehdiyev və onun ətrafı Rolls-Royce-da, Maybach-da gəzirlər, nə üçün? — Aslan İsmayılov
23 oktyabr 13:52
- Hərbçimiz qəzada öldü
23 oktyabr 13:38
- İşsiz qadın vəfat edən həyat yoldaşının pensiyasını ala bilərmi?
23 oktyabr 13:32
- Azərbaycanda vəzifəli şəxslər həbs olundu - RƏSMİ
23 oktyabr 13:10
- Prezident Rusiyadadır
23 oktyabr 12:40
- Dönərxanalar cəmiyyətin bəlasına çevrilib - ŞOK AÇIQLAMA
23 oktyabr 12:23
- Səlim Müslümovun oğlu yenidən məhkəmə qarşısında
23 oktyabr 12:10
- MSK yenidən formalaşacaq - Məzahir Pənahov isə ...
23 oktyabr 12:01
- Prezident Viktor Orbanı təbrik etdi
23 oktyabr 11:55
- BRAVO qatığa görə 4 min manat cərimələndi
23 oktyabr 11:45
- Gəncənin və iki rayonun prokuroru dəyişdi
23 oktyabr 11:24
- DÖNƏR-lə bağlı YENİ QƏRAR
23 oktyabr 11:11
- Deputatdan krediti olan pensiyaçılarla bağlı banklara ÇAĞIRIŞ
23 oktyabr 10:59
- Bakıda DƏHŞƏT: Aktyor və arvadı qətlə yetirildi - FOTO
23 oktyabr 10:50
- Dövlət Baxçalı Öcalanla bağlı bu sözləri dedi
23 oktyabr 02:19
Video & Fotoqalereya
Video
Fotoqalereya