Nərminin valideynləri qanuni nəticə istəmir - İlkin Süleymanov səbəbi AÇIQLADI
Gəncə Apellyasiya Məhkəməsində İlkin Süleymanovun apellyasiya şikayətinə baxılır. İ.Süleymanov Tovuzun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə suçlanaraq 4 ildən çoxdur həbsdə saxlanılır.
Musavat.com-un xəbərinə görə, o, apellyasiya instansiyasında deyib ki, nə vaxtsa bəraət alacağına inanır.
Təqsirsiz olduğu halda cəza çəkdiyini deyən İlkin Süleymanov hesab edir ki, tez-gec məhkəmələr onun günahsızlığını təsdiqləyəcək.
“Əsl cinayətkarı tapa bilmirlərsə, tapmaq istəmirlərsə, o demək deyil ki, kiminsə yerinə cəzanı mən çəkməliyəm. Təcridxanada müstəntiq Nadir Mirzəyevə dedim ki, mənim bu işə aidiyyətim olmadığını özünüz də yaxşı bilirsiniz. Cavab verdi ki, “neyləmək olar, bəzən təqsirsiz adamlar da tutulur, sonradan buraxılır, buraxılmayanlar da olur. İnanıram ki, bu proses gec-tez mənim xeyrimə bitəcək. Mən törətmədiyim cinayətin cəzasını çəkmək istəmirəm”.
İlkin Süleymanov 18 il həbsə məhkum edilib.
Azyaşlını oğurlayıb öldürməkdə suçlanan İlkin Süleymanov deyir ki, ona törətmədiyi cinayətə görə, saxta sübutlarla 18 il cəza verilib. Onun sözlərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanov məhkəmədə ortaya çıxan həqiqətlərə əhəmiyyət verməyib, ittiham aktında yazılanları hökmə köçürməklə işini bitmiş sayıb.
İlkin Süleymanov apellyasiya şikayətini əsaslandırarkən evlərinin qarşısındakı yanğını necə görməsindən tutmuş, işgəncələrə məruz qalması, Nərminin valideynlərinin ifadələrindəki ziddiyyətlər, ekspert rəylərinə qədər bir çox məsələlərdən danışıb. O vurğulayıb ki, yandırılan meyitin Nərminə məxsus olduğuna ciddi şübhələr var:
“Nərminin qan qrupu IV qrup olub. Bunu onun şəxsiyyət vəsiqəsi də, sonradan Tovuz rayon Xəstəxanasının mənim vəkilimə göndərdiyi cavab da təsdiqləyir. İşin içində genetik ekspertizanın rəyi var ki, guya tapılan meyit bu ata-ananın övladıdır. Ekspert rəyinə görə, meyitdən ekspertiza üçün cəmi 30 millilitr qan götürülüb. Amma genetik ekspertizaya 80 millilitr təqdim olunub. Bu necə ola bilər? Deməli, o qanın başqasından götürüldüyünü düşünməyə əsas var”.
İlkin Süleymanov vurğulayıb ki, azyaşlının valideynləri bu işin üstünün açılmasında, gerçək cinayətkarın tapılmasında maraqlı deyil. O yada salıb ki, tapılan meyitin Nərmin olmasıyla əlaqədar şübhələrə görə onlar eksqumasiya (məzarın açılması və ekspertiza keçirilməsi) barədə vəsatət qaldırıblar. Lakin valideynlər etiraz ediblər:
“Bu işə qanuni qiymət verilməsini istəməyənlərdən biri də onlardır. Başa düşürlər ki, qanuni nəticə həm də onların özlərinin ziyanına ola bilər. Uşaq itkin düşən gün məktəbdən icazə alıb tez gəlib. Valideynləri deyir ki, xəstə olub. Ata sağlam qızını qoyub, niyə xəstə uşağı gödəkçə arxasınca göndərirdi? O biri qızı gəlib bacısının əmisigildə olmadığını deyəndən sonra da uşağı axtarmır, kiməsə zəng eləmir. Əksinə, axşam qardaşlarıyla qonşu kəndə şadlıq məclisinə gedir...”
Təqsirləndirilən şəxsin sözlərinə görə, ittihamda onun Nərmini övladlığa götürmək niyyətilə oğurladığı iddia olunur, bu da absurddur.
İlkin Süleymanov deyir ki, uşaq götürüb saxlamaq istəsəydi, bacı-qardaşlarının, başqa qohumlarının xeyli övladları var, onlardan birinə qayğı göstərərdi.
O, ifadəsinin sonunda yada salıb ki, istər başqa ölkələrdə, istərsə də Azərbaycanda təqsirsiz adamların törətmədiyi qətl hadisələrində suçlanıb, uzun illər həbsdə saxlandıqdan sonra bəraət alması halları çox olub.
İ.Süleymanov bu yaxınlarda Azərbaycanda baş vermiş iki nümunəni sadalayıb. Bunlardan birində iki nəfərin qətlində təqsirli bilinib, ömürlük həbsə məhkum edilən Aydın Qəhrəmanov 9 il 5 ay sonra bəraət alaraq, azadlığa buraxıldı. İkincisi isə qətl ittihamıyla 11 il cəza alıb, 4 ilə yaxın həbsdə saxlandıqdan sonra 2023-cü ilin dekabrında bəraət hökmüylə azadlığa buraxılan Polad İsmayılovdur.
Nərminin atası, zərərçəkmişin hüquqi varisi qismində tanınan Şərif Quliyevin çıxışı isə qısa olub. O deyib ki, İ.Süleymanov tutulandan sonra cinayəti etiraf edib. Onun etiraf videosu da var:
“Boynuna alıb, etiraf edib. Bu törədibsə, boynuna alıbsa, bu cəzalansın...”
Ş.Quliyevin vəkili isə bildirib ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin İlkin Süleymanova kəsdiyi 18 il azadlıqdan məhrumetmə yüngül cəzadır. O, təqsirləndirilən şəxs və müdafiəçilərinin birinci instansiya məhkəməsində ədalətli araşdırma aparılmaması barədə dediklərilə də razılaşmayıb. Vurğulayıb ki, iki ilə yaxın məhkəmə araşdırması gedib.
Prokuror isə deyir ki, İlkin Süleymanova verilən cəzanı obyektiv hesab edirlər. Onun sözlərinə görə, məhkəmə dövlət ittihamçısının təklifinə uyğun cəza kəsib.
Prokuror tapılan meyitin Nərmin olmasıyla bağlı şübhələrin əsassız olduğunu bildirib. O əlavə edib ki, genetik ekspertiza bunu təsdiqləyib.
11 yaşlı Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində əmisigildən çıxandan sonra itkin düşüb. 47 gün sonra kənddə yandırılmış meyit aşkarlanıb və onun azyaşlıya məxsus olduğu bildirilib.
Azyaşlını oğurlayıb qətlə yetirməkdə suçlanan İlkin Süleymanova CM-in 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham verilib. Lakin o, ittihamları qəbul etmir və işgəncə altında etiraf ifadəsi verdiyini deyir.
Baş Prokurorluq isə İlkin Süleymanovun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq işgəncə faktının təsdiqini tapmadığı bildirilib.
- Edamdan əvvəl lüt soyundurulan admiral – bu cəza Hitlerin şəxsi göstərişi olub..
2 iyul 2024 00:10
- Oqtay Əsədova bağlı olduğu deyilən şirkət 370 minlik tender qazandı
1 iyul 2024 21:24
- Əminik ki, Azərbaycan dövləti, nəhayət, Zakir Fərəcova və əlaltılarına ciddi dərs verəcək..
1 iyul 2024 12:48
- Makronun koalisiyası seçkidə uduzdu - Video - Yenilənib
1 iyul 2024 10:53
- İranda prezident seçkilərində vəziyyət - Necədir? + Yenilənib
29 iyun 2024 09:20
- Bu məmurlar çalışacaq ki, MM-ə düşməyək - Qüdrət Həsənquliyev
29 iyun 2024 00:10
- Rəsulzadə və XIX əsr Azərbaycan ədəbiyyatında yeni SİMA
28 iyun 2024 17:57
- Qara siyahı-ya düşən boks müəllimi Sumqayıt küçələrində dərs keçir - VİDEO
27 iyun 2024 23:07
- Musiqi məktəbinin direktoru 1 MİLYON MƏNİMSƏYİB
27 iyun 2024 18:06
- Ermənistan ya konstitusiyasını dəyişməlidir, ya da dəyişməlidir: İlham Əliyev dedisə, bitdi!
26 iyun 2024 21:14
- Səlim Müslümova ağır itki
03 iyul 00:23
- Hazırda nişanlı olan qohumların nikahına icazə veriləcək?
02 iyul 12:13
- Prezident "Zəngilan" tankerinin istismara verilməsi mərasimində iştirak etdi (FOTO/YENİLƏNİB)
02 iyul 11:55
- Fəxrəddin Qoca işdən çıxarıldı
02 iyul 10:41
- Azərbaycan Polisinin yaranmasından 106 il ötür
02 iyul 00:37
- Edamdan əvvəl lüt soyundurulan admiral – bu cəza Hitlerin şəxsi göstərişi olub..
02 iyul 00:10
- NAR-ın bu departamentinə yeni direktor təyin edildi
01 iyul 21:39
- Oqtay Əsədova bağlı olduğu deyilən şirkət 370 minlik tender qazandı
01 iyul 21:24
- Zakir Sultanov azadlığa buraxıldı
01 iyul 21:08
- Ötən ay Bakıda 198 ağac və kol kəsilib, təbiətə 413 min manatdan artıq ziyan vurulub
01 iyul 15:39
- NAR komandası Breyn Rinq yarışının qalibi oldu
01 iyul 15:24
- ƏHD Partiyasından YAP-a çağırış - 83 dairədən çox namizəd irəli sürmə!
01 iyul 13:34
- Ziyarət başa çatıb, HƏCİLƏRİMİZ Vətənə qayıdır
01 iyul 13:10
- Əminik ki, Azərbaycan dövləti, nəhayət, Zakir Fərəcova və əlaltılarına ciddi dərs verəcək..
01 iyul 12:48
- Natiq Cəfərli qərarını verdi - Bu dairədən namizəd olacaq
01 iyul 12:23
- Bu gündən qadınların pensiya yaşı 64 oldu
01 iyul 11:40
- İlham Əliyev səfirləri qəbul etdi - Yenilənir
01 iyul 11:19
- Makronun koalisiyası seçkidə uduzdu - Video - Yenilənib
01 iyul 10:53
- Baş həkim azadlığını qorusa da, 1 MİLYON dəyəri olan QAMO-nu itirdi
01 iyul 10:48
- ZİBİL PULU 3 dəfədən çox artırıldı – Rəsmi
01 iyul 02:02
- Avtobus və metroda gedişhaqqı 50 qəpik oldu
30 iyun 21:26
- BENZİN BAHALAŞDI
30 iyun 20:57
- Məni döyə-döyə apardılar, pullarım dağıntılar altında qaldı - Video
30 iyun 20:47
- İzmirdə çörək sexində partlayış - 5 ölü, 57 yaralı - VİDEO
30 iyun 19:01
- Dörd gün YOX-a çıxan baş katib – vəfat edib xəbəri yayılan Brejnev efirdə qədəhlə görünüb...
30 iyun 15:14
- Rusiyanın hərbi gəmiləri Bakı limanını tərk edib-FOTO
30 iyun 13:54
- Tələbəsiylə evləndi, efirdən qovuldu, oğlunu qətlə yetirdilər - Məşhur diktorumuzu kim öldürmək istəyirdi?
30 iyun 12:05
- Yeni qanun qüvvəyə mindi: Elektron siqaretlər ancaq apteklərdə satılacaq
30 iyun 11:56
- Azərbaycanlı qıza görə dinini dəyişdi: Virtual dünyadan başlayan eşq (FOTOLAR)
29 iyun 15:37
- İranda seçkilərin ikinci turu olacaq - iyulun 5-də
29 iyun 14:13