Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər

II dünya müharibəsi dövründə İtaliyada Mussolini rejimi nasist Almaniyasının tərəfində olsa da, yerli əhali faşizmə qarşı mübarizə aparıb. Mübarizənin qarşısını almaq üçün nasistlər qətliam törədərək partizanları, onlara kömək edən yerli əhalini qorxutmaq və mənəvi cəhətdən məhv etmək istəyiblər.
Qətliamlardan biri 1944-cü ilin payızında, İtaliyanın şimalındakı Monte-Sole təpələrinin yanında baş verib. Bolonya şəhərinin Marzabotto qəsəbəsi üzüm bağları və qədim kilsələri ilə məşhur olsa da, tarixə II dünya müharibəsinin ən amansız qırğınlarından birinin baş verdiyi ərazi kimi düşüb.
1944-cü ilə qədər İtaliya müqavimətinin üzvləri fəallaşıb, partizanlar alman qarnizonlarına hücum edib və rabitəni pozmağa nail olublar. Sentyabr ayına qədər müttəfiqlər bir sıra strateji qələbələr əldə ediblər. Artıq Roma iyunda azad edilib və yaya qədər Amerika-İngiltərə qoşunları Apennin yarımadasının şimalına doğru irəliləyiblər.
İtaliyanların uğurları nasizmin tezliklə çökəcəyinə inamı gücləndirib və partizanları aktiv fəaliyyətə ruhlandırıb. Bundan əlavə, SSRİ ordusunun şərq cəbhəsində, xüsusilə Stalinqradda və “Baqration” əməliyyatı zamanı qazandığı qələbələr İtaliyadakı alman qoşunlarını ruhdan salıb. Üçüncü reyxin hərbçiləri işğal etdiyi ərazilərə artıq ciddi nəzarət edə bilməyiblər.
1944-cü ilə qədər parçalanmış vəziyyətdə olan müqavimət hərəkatı yayda möhkəmlənib. İyun ayında vahid partizan ordusu - “Azadlıq könüllüləri korpusu” yaradılıb. Bu qrupa kommunistlər, sosialistlər, xristian-demokratlar və digər birləşmələr daxil olub.
Nəticədə qrupun üzvləri əlaqəli şəkildə körpülərin və dəmir yollarının partladılması, alman qarnizonlarına hücumlar kimi irimiqyaslı əməliyyatlar həyata keçiriblər. 1944-cü ilin payızına qədər partizanların sayı 130 min nəfərə çatıb. Onlar işğalçılar üçün ciddi təhlükəyə çevriliblər.
Buna cavab olaraq nasistlər “yandırılmış torpaq” taktikasına əl atıblar. Onlar repressiyaları gücləndirməklə yanaşı, işçiləri kütləvi surətdə deportasiya edərək ərzaq və avadanlıqları məhv etməyə başlayıblar.
Dinc əhaliyə qarşı qətliam isə həyata keçirilməli olan ən vacib əməliyyət hesab olunub. 1944-cü ilin payızında nasistlər Marzabottoda partizanların hərəkətlərinə cavab olaraq kütləvi qırğın törədiblər.
Marzabottoda evlər, quyular dağıdılıb, mal-qara, ümumiyyətlə, partizanların sağ qalmasına kömək edə biləcək hər şey məhv edilib.
27 sentyabr 1944-cü il tarixli SS rəhbərlərindən birinin göndərdiyi gizli məlumatda deyilir: “Küldən başqa heç nə qalmamalıdır. Əhali başa düşməlidir ki, müqavimət ölümlə bərabərdir”. Almanlar cəza əməliyyatı ilə Monte-Sole ərazisindəki partizan bazalarını dağıtmaq və üsyançıları dəstəkdən məhrum edərək yerli əhalini qorxutmaq istəyiblər.
1944-cü ilin payızında müttəfiqlər Bolonyaya yaxınlaşıblar. Almanlar şimala geri çəkilməyə hazırlaşan zaman cinahlardan gələn hücum təhlükəsini aradan qaldırmaq istəyiblər.
Bir növ Marzabottodakı əməliyyat çarəsizlik aktı olub. Nasistlər hərbi məğlubiyyətlərini güc nümayişi ilə kompensasiya etməyə çalışsalar da, əksinə nail olublar. Onların qəddarlığı İtaliyadakı rejimin süqutunu sürətləndirib.
1944-cü ildə 29 sentyabrdan 5 oktyabr tarixinədək nasistlər kəndləri mühasirəyə alıblar, insanları evlərindən çıxararaq qruplara bölüblər. Alman hərbçiləri uşaqlar da daxil olmaqla bütün yerli əhalini güllələyiblər.
Tarixçilərin məlumatına görə, 5 gün ərzində 1830 nəfər həlak olub. Öldürülənlərin 45%-i qadın və uşaqlardır. Ən kiçik körpə 2 günlük olub. Marzabottodan olan 29 yaşlı keşiş Covanni Fornasinin son sözləri isə belə olub: “Allah hər şeyi görür. Bizi öldürsələr də, həqiqət üzə çıxacaq”. Kütləvi edamlardan sonra o, 18 yaşlı köməkçisi Ubaldo Marçi ilə birlikdə dəfn üçün cəsədləri toplamağa başlayıb. Bu, nasistləri qəzəbləndirib.
Onlar keşişi və gənci “quldurlara kömək etməkdə” ittiham edərək tutublar. 13 oktyabr 1944-cü ildə hər ikisi Serravalle-a-Monte qəbiristanlığına aparılıb. Fornasini başının arxasından güllələnərək qətlə yetirilib, keşiş köməkçisinin cəsədi isə parçalanıb.
San-Martino di Monte-Sole kilsəsində xidmət edən Fornasini partizanlara fəal köməklik göstərib. Keşiş qaçqınları qoruyub, müqavimət hərəkatının dağlarda gizlənən üzvlərinə yemək və dərmanlar aparıb, ölüləri basdırıb.
Fornasinin cəsədi yalnız 1945-ci ilin yazında tapılıb. Onun cəsədi cübbəsi və xaçı ilə tanınıb. Qətliamdan bir həftə sonra keşişin vəfatı müqavimət və insanlıq simvoluna çevrilib. 1998-ci ildə Roma Papası II İohann Pavel ona “iman şəhidi” adını verib və onun şərəfləndirilməsi prosesi 2021-ci ildə başlayıb.
Qətliama rəhbərlik edənlərdən biri, 15-ci SS diviziyasının komandiri Valter Reder ifadəsində nasistlərin addımlarını “hərbi zərurət” adlandırıb və deyib: “Biz sadəcə olaraq əmrləri yerinə yetirirdik”.
1951-ci ildə Valter Reder İtaliyada hakim qarşısına çıxarılıb. O, ömürlük həbs cəzasına məhkum edilsə də, 1985-ci ildə səhhətinə görə azadlığa çıxıb, 1991-ci ildə isə öz əcəli Almaniyada ölüb.
2007-ci ildə yeni proses başlayıb və daha 10 SS üzvü qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib, lakin onların heç biri tutulmayıb. Almaniya onları ekstradisiya etməkdən imtina edib.
Ədalət qarşısında əsas maneə Romada cinayət arxivlərinin onilliklər ərzində saxlanıldığı gizli saxlanc yeridır. Sənədlər yalnız 1994-cü ildə ictimaiyyətə açıqlanıb.
Marzabotto sadəcə tarixin bir səhifəsi deyil. Bu, siyasi sövdələşmələrin həqiqəti necə basdıra biləcəyinə dair bir dərsdir. Belə ki, qırğında iştirak edən 1200 nasistdən yalnız bir neçəsi cəzalandırılıb.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
- Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı
6 aprel 2025 00:18
- Qonaqpərvərliyə görə təşəkkür etdi - Fotolar
3 aprel 2025 13:24
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 2025 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Tramp Putini HƏDƏLƏDİ: Davranışına görə qəzəblənmişəm
30 mart 2025 18:36
- Şeyxə görə məni niyə narahat edirsiz? - Paşazadədən sərt açıqlama
30 mart 2025 16:32
- Dəhşətli zəlzələdə ölənlərin sayı 1700-ü keçdi - minlərlə yaralı var
30 mart 2025 12:50
- İmamoğluya görə 2,2 MİLYONLUQ mitinq - Fotolar
29 mart 2025 21:52
- Biləsuvarda film kimi cinayət - İki qadın, iki quzu...
27 mart 2025 22:50
- Günahsız yerə 47 il həbsdə qaldı: 1,4 milyon dollar təzminat ALACAQ
25 mart 2025 16:04
- Ağdaban faciəsindən 33 il ötür
08 aprel 00:39
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
07 aprel 23:35
- Prezident onların vəzifədə olma yaş həddini artırdı....
07 aprel 23:17
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
07 aprel 21:58
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
07 aprel 20:59
- Prezident İlham Əliyev fərman imzaladı
07 aprel 20:14
- Ədalət Verdiyevə bəraət verildi
07 aprel 19:38
- Robot itlərə baxıcı axtarılır - İŞ RƏSMİDİR
07 aprel 18:06
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
07 aprel 15:59
- Almaniyada saxta -Türk viaqrası- qadağan edildi və İSTİNTАQ ...
07 aprel 15:35
- Sabah 31 dərəcə isti olacaq
07 aprel 15:17
- Bəxtiyar Vahabzadəni şantaj etdim - Flora Kərimova
07 aprel 14:45
- Türkiyə LİMON ixracını dayandırır
07 aprel 13:46
- Vahid Əhmədovun oğluna yeni vəzifə verilir
07 aprel 13:19
- Xaçmazda MOLLА аrvаdını boğaraq ÖLDÜRDÜ
07 aprel 12:43
- -Biz riskin tam ortasındayıq - Əkrəm İmamoğlu həbsxanadan daha bir MƏKTUB YAZDI
07 aprel 12:06
- Əmiraslanovdan -bu milli xəyanətdir- iddiası- ŞOK AÇIQLAMA
07 aprel 11:43
- Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 aprel 11:26
- Suriya Prezidenti Türkiyəyə səfər edəcək
07 aprel 11:16
- Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR
07 aprel 10:50
- ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş - Foto
06 aprel 23:01
- Halal Zəhmət-in 21 manatlıq kolbasasından görün nə çıxdı?- VİDEO -Fotofakt
06 aprel 22:05
- Paşinyan kiminlə evlənir?- TOY OLACAQ...
06 aprel 21:46
- Azərbaycanda atların sayı niyə AZALIR?
06 aprel 21:31
- Uşaqlıq hobbisini təsərrüfata çevirən Xudat sakini: 60 dovşanı var
06 aprel 21:12
- V kurs tələbəsi dəm qazından boğulub
06 aprel 20:47
- Əbülüfos Qarayev ötən il Rusiyada təkcə balıq biznesindən 147 milyon gəlir əldə edib..
06 aprel 20:16
- Kaliforniya müstəqilliyini elan etdi – qubernatordan Trampa ŞOK addım!
06 aprel 18:28
- Yenidən CHP sədri seçildi
06 aprel 17:45
- Milli rəqsə ilk monumental əsər Şamaxıda! - Fotolar
06 aprel 17:25