Onunla evlənməyən oğlanı öldürdü - Bakıda qadının ŞOK CİNAYƏTİ

CİNAYƏT İŞİ
Qısa arayış...
2024-cü il mayın 30-du saat 9-da Bakının Sabunçu rayonunda qətl hadisəsi olur. Bu barədə cinayəti törədən 1976-cı il təvəllüdlü Ruhiyyə Tahirova özü Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, məlumat verib.
Polis və prokurorluq əməkdaşları qətl törədilən ünvana yollanıblar. Məlum olub ki, hadisə Ramana qəsəbəsi, 12-ci mədən, ev 43-də baş verib. Yataq otağında, masa ilə çarpayının arasında, üzü üstə uzanılqlı, yarıçılpaq vəziyyətdə, ətrafında qan ləkələri olan Samir İsrəfilovun meyiti, masa üzərində isə məişət təyinatlı bıçaq aşkar edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibb ekspertizasının rəyinə görə, Samir İsrəfilovun ölümünə — ürəyin zədələnməsi nəticəsində massiv qanitirmə səbəb olub.
Ruhiyyə Tahirova 1976-cı ildə Xocavənd rayonunda anadan olub, əvvəllər məhkum olunub.
Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, mayın 30-da səhər Ruhiyyə Tahirova qeyri-rəsmi münasibətdə olduğu Samir İsrəfilova münasibətlərini rəsmləşdirib, nikaha daxil olmaq istədiyini söyləyib. Samir isə Ruhiyyənin təklifinə biganə yanaşaraq, onunla vaxtını keçirdiyini bildirib. İsrəfilovun rədd cavabını qadın özünə qarşı təhqir kimi qəbul edib. Aralarında baş vermiş mübahisə zamanı əvvəl əlbəyaxa olublar. Samirin fiziki cəhətdən daha güclü olduğunu görən Ruhiyyə, qəzəblənərək, qisas məqsədi ilə masada olan bıçağı götürüb, onun döş qəfəsinin sol yarısına bir dəfə zərbə endirib. Nəticədə Samir İsrəfilov ölüb.
İş üzrə dindirilmiş Ruhiyyə Tahirova bildirib ki, rəsmi nikahda olduğu əri Mətbağır Məmmədov insult keçirdiyindən 2024-cü il fevralın 21-də vəfat edib. Bir həftə sonra Samir İsrəfilovla tanış olaraq, onunla birlikdə yaşamağa başlayıb:
“Samir mənə əvvəllər ailəli olduğunu, 3 övladı olduğunu, arvadı ilə boşandığını və anası ilə birlikdə NZS qəsəbəsində yaşadığını demişdi. Bundan əlavə, o demişdi ki, 2012-ci ildə atasını qətlə yetirdiyi üçün məhkum olunub. Samirin mənə qarşı münasibəti ciddi deyildi, buna görə aramızda mübahisə yaranmışdı. Belə ki, mən hər dəfə evlənməli olduğumuzu söyləyəndə, Samir hələ tez olduğunu deyirdi.
Ruhiyyə Tahirova
Mayın 29-dan 30-na keçən gecə evdə yeyib-içdik. Səhər saat 8 radələrində söhbət edərkən, birlikdə yaşamalı olduğumuz halda evlənməli olduğumuzu ona bir daha xatırlatdım. Samir isə israrla mənimlə vaxtını keçirəcəyini dedi. Bu cür danışmasının düzgün olmadığını söyləyəndə, Samir sözlərimə məhəl qoymadı. Onu “vuracağımı” deyəndə, o, “vurmayanın biqeyrət” olduğunu bildirdi. Oturduğu çarpayıdan qalxaraq, mənə yumruqla zərbələr vurdu, mərhum ata-anamı söydü. Həmin an masa üzərində olan bıçağı götürüb, çarpayıda oturmuş Samirin ürək nahiyəsinə zərbə endirdim. Samir sağ əli ilə yarasını tutub üzü üstə döşəməyə yıxıldı. Öz mobil nömrəmdən 102 xidmətinə zəng edib birlikdə yaşadığım insanı bıçaqla vurub öldürdüyümü bildirdim. Sonra müdirim Sadiq Allahverdiyevə də zəng vurub hadisə barədə məlumat verdim. Qonşuluqda yaşayan Səid adlı uşağa Samiri yerdən qaldırmağa kömək etməsini xahiş etsəm də, o, qorxduğu üçün içəri girmədi. Oturub evdə polis əməkdaşlarının gəlməsini gözlədim”.
Məhkəmə iclasında Ruhiyyə Tahirova bildirib ki, Şabranda yaşayan dayısı qızının yanına getmək üçün iş yerindən 2 günlük icazə alsa da, Samir ona rayona getməsinə icazə verməyib:
“Buna görə də aramızda mübahisə yarandı. Samir evin qapısını bağlayaraq, açarları cibinə qoymuşdu. Məni söyüb döyməyə başladı. Mən də bıçağı Samirin əlindən aldım və sinəsinə xəsarət yetirdim”.
İbtidai istintaqda verdiyi ifadəsindən fərqli olaraq, qadın bildirib ki, hadisə günü aralarında “evlənmək” söhbəti olmayıb.
Zərərçəkmiş şəxsin hüquqi varisi Tural İsrəfilov ifadəsində göstərib ki, Samir qardaşı olsa da, münasibətləri soyuq olub:
“Mayın 30-da xalam oğlu qardaşımın öldürülməsi haqda məlumat verdi. Həmin gün Samirin meyitini patoloji anatomiya şöbəsindən təhvil alıb dəfn etdik”.
Tural İsrəfilov Ruhiyyə Tahirovaya qarşı şikayəti və tələbi olmadığını bildirib.
Şahid Sərilə İsrafilova bildirib ki, fevralın 26-da oğlundan həmin qadının kim olduğunu soruşub:
“Samirə Ruhiyyədən xoşum gəlmədiyini dedim və evimə elə bir qadını gətirməsinə etiraz etdim. Mayın 30-da oğlumun yatdığı yerdə öldürülməsini eşitdim”.
Məhkəmə nəticəyə gəlib ki, Ruhiyyə Tahirovanın Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilib. Odur ki ona, həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruhiyyə Tahirova 10 il müddətinə azadlıqdan məhrum olunub.
Hadisə olan ev
- Boykot tarixi: 19-cu əsrdən bu günə qədər gələn müqavimət hekayəsi
28 mart 2025 14:57
- Evi vətəndaşın başına uçuran -Melissa- görün kimin imiş - DETALLAR
28 mart 2025 00:27
- Goranboyda həkimin başına oyun açdılar: Dələduzların qurduqları hiyləgər plan
27 mart 2025 23:40
- Paşinyan üç eks-prezidentə dedi: - Əsəblərimlə oynamağı dayandırın... Sizi tapdalayacağam
26 mart 2025 21:08
- Azərbaycanlı məşhur müğənni Rusiyada saxlanıldı
26 mart 2025 16:31
- Azərbaycanda sabah 20 dərəcə isti olacaq
26 mart 2025 14:05
- Hərəmiz 9-10 min qazanırdıq - Bakıda kazino təşkil edənlərin işinin TƏFƏRRÜATI
25 mart 2025 22:54
- Stomatoloq qadının səhvən çıxardığı dişini zorla yerinə saldı - müəmmalı ölüm
25 mart 2025 22:00
- Ağcabədidə 13 yaşlı qız uşaq dünyaya gətirdi - Ailəsi ondan imtina etdi
25 mart 2025 18:35
- Bakıda icra başçısı olmaq istəyən şəxs 400 min rüşvət verməyə razılaşıb və ...
25 mart 2025 17:51
- Türkün qanının su yerinə axdığı çay
28 mart 15:23
- Boykot tarixi: 19-cu əsrdən bu günə qədər gələn müqavimət hekayəsi
28 mart 14:57
- O ünsürlər buna layiq deyillər - Prezident
28 mart 14:33
- Bakı şəhərində cəmi 7 EŞŞƏK VАR
28 mart 14:07
- Tələbə qız vəfat etdi- Atasının məzarı yanında məhlul içib
28 mart 13:30
- 106 yaşlı DTX: Kimlər rəhbər olub? – ARAYIŞ
28 mart 12:56
- Evi vətəndaşın başına uçuran -Melissa- görün kimin imiş - DETALLAR
28 mart 00:27
- Heç vaxt qorxmamışam - Zelenski
28 mart 00:16
- Ramazanın 28-ci gününün duası - İmsak və iftar vaxtı
27 mart 23:47
- Goranboyda həkimin başına oyun açdılar: Dələduzların qurduqları hiyləgər plan
27 mart 23:40
- Prezident Ağdam səfərindən paylaşım etdi
27 mart 23:25
- Qrenlandiya bizə lazımdır
27 mart 23:12
- Biləsuvarda film kimi cinayət - İki qadın, iki quzu...
27 mart 22:50
- Azərbaycanda alimlər nə qədər maaş alırlar? - RƏQƏMLƏR
27 mart 22:38
- Elçibəyin əkiz nəvələri oldu
27 mart 22:18
- Danimarkada qadınlar məcburi hərbi xidmət edəcək
27 mart 22:09
- Mirvari Qəhrəmanlı prokurorluğa çağırıldı
27 mart 21:44
- Moldovada saxlanılan qaqauz başkan Qutsul Putinə dəstək üçün müraciət etdi
27 mart 21:25
- Bu ailələr hər ay 315 azn VERİLƏCƏK
27 mart 21:12
- Prezident və Birinci xanımın Sarıcalıdan YENİ GÖRÜNTÜLƏRİ
27 mart 20:55
- Millimiz 10 : 2 hesabı ilə uduzdu
26 mart 22:53
- Futbolçularımız bozbaş yeməyə öyrəşiblər deyə .... – Aqil Abbas
26 mart 22:24
- Eks- deputаt Hacı Qalib 55-ci dəfə Həccə getdi
26 mart 21:42
- Paşinyan üç eks-prezidentə dedi: - Əsəblərimlə oynamağı dayandırın... Sizi tapdalayacağam
26 mart 21:08
- Paşinyan: Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasını müzakirə etməyə hazırdır
26 mart 17:33
- Pezeşkian Urmiya gölünə getdi
26 mart 17:24
- Tramp Ərdoğanı tərifləyib....
26 mart 16:53
- Azərbaycanlı məşhur müğənni Rusiyada saxlanıldı
26 mart 16:31
- 42 yaşlı qadın dəm qazından öldü
26 mart 16:22
- -Sumqayıt Nəqliyyat-a yeni direktor təyin edilib
26 mart 15:57