Zəfər bayramı - təqvimimizin QIZIL hərflərlə yazılmış tarixi
Cəmiyyət7 noyabr 2024 14:23
Azərbaycan öz tarixinin ən şərəfli dövrlərindən birini yaşayır. 2020-ci ilin 27 sentyabrdan başlanan və Azərbaycan xalqının tarixinə şanlı ZƏFƏR SƏLNAMƏSİ kimi yazılan 44 günlük müharibənin başa çatmasından 4 il keçir.İnsan həyatında bir ömrə bərabər anlar olduğu kimi, xalqların və dövlətlərin də tarixində əsrlərə bərabər anlar olur.30 ilə yaxın düşmən işğalında olan tarixi torpaqlarımızı azad edəndə, hər birimiz bir ömrə bərabər anlar yaşamaqla, həm də birlikdə, tariximizdə əsrlərə bərabər şanlı səhifələr yaratdıq.Həmin səhifələr arasında 44 günlük Vətən müharibəsindəki böyük qələbəmizin davamı və qürur gətirən möhtəşəm səhifə kimi tariximizə əbədi yazılan 19-20 sentyabr 2023-cü il xüsusi yer tutur.Həmin günAzərbaycanın bütün əraziləri üzərində süverenliyini təmin olundu. Azərbaycan əsgəri hərb tarixinin “44 gün+23 saat 43 dəqiqə =Azərbaycanın süverenliyinin bərpası” formulunu yaratdı! Azərbaycan ordusu bu tarixi qələbəsi ilə 30 ilə yaxın düşmən tapdağı altında olan tarixi torpaqlarımızı azad etməklə yanaşı,həm də iki əsrlik bir problemi həll etdi.Ona görə də ötən il sentyabrın 19-u və 20-də anti-terror əməliyyatı həyata keçirilib süverenliyimizi tam bərpa etdiyimiz həmin günü iki əsrə barəbər gün adlandırmaq olar.Həmin möhtəşəm gündən sonra qalib Azərbaycanımız yeni tarixi eraya qədəm qoydu. Azərbaycan Prezidentinin xüsusi sərəncamı ilə bundan sonra hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.
Bu möhtəşəm qələbənin əhəmiyyəti uzun illər həsrətində olduğumuz torpaqlarımızı düşmən tapdağından azad etməyimizlə yanaşı, həm də hər an müqəddəs torpaqlarımız uğründa ölüm-dirim savaşına girməyi bacaran millət olduğumuzu, milli maraqları qorumaq üçün hər cür fədakarlığa hazır olduğumuzu dünyaya nümayiş etdirə bilməyimizdə və savaşdan sadəcə qalib dövlət kimi yox, həm də daha böyük hədəflərə nail olmağa qadir güclü dövlət kimi çıxmağımızdadır.
Bu taleyüklü zamanda Azərbaycan xalqı möhtəşəm birlik və yüksək vətənpərvərlik nümayiş etdirərək Ali Baş Komandanın ətrafında yumruq kimi birləşib,30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızı işğalına son qoydu. Bu birlik həm də bizim qələbəmizin çox etibarlı təməl daşı oldu.Bu zəfər həm də xalqımıza çoxəsrlik yaddaşını, kimliyini xatırlatdı, genlərində var olan cəsarətini ayağa qaldırdı, xalqın milli mənliyini bərpa etdi. Xalqımızın əzmkarlığı, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına,şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini deyil, həm də ERMƏNİ MİFİNİ də darmadağın etdi. Azərbaycan bu savaşda təkcə Ermənistan üzərində deyil,həm də dünya erməniliyi və onun havadarları üzərində də qələbə çaldı.
İşğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən 44 günlük Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan əsgəri böyük qəhrəmanlıq göstərib,Vətən uğrunda şərəflə vuruşub öz adını Azərbaycan tarixinin, Azərbaycan xalqının adını isə QALİB XALQ kimi dünya tarixinın şanlı səhifəsiinə yazdırdı.Azərbaycan övladları Vətən naminə ölümün gözünə dik baxaraq vuruşdular.Bu şanlı qələbənin sevincini yaşamaqla yanaşı, həm də bu yolda canlarından keçən, ölçüyəgəlməz fədakarlıq, heyrət olunası cəsarət, şücaət təcəsümü olan şəhidlərimizi ehtiramla yad edir, ruhları qarşında baş əyirik.
Azərbaycanın bütün əraziləri üzərində dalğalalanan üçrəngli bayrağımız süverenliyin bərpa edilməsi ilə yanaşı, həm də zaman-zaman bizi böyük insan və torpaq itkilərinə, dağıntılara və humanitar fəlakətə məruz qoyan qüvvələrin acınacaqlı sonluğunu,Azərbaycan ərazilərinin işğalına,xalqımzın iztirablarına göz yuman 30 illik beynəlxalq riyakarlığın,ikili standartların aqibətini ifadə edir.
İşğal altına düşmüş torpaqların geri alınması dünya tarixində çox nadir hadisə,MDB məkanında isə ilkdir.Azərbaycanın bu möhtəşəm qələbəsi sözlə ifadəsi çox çətin olan milli qürurun və milli iradənin təntənəsidir.
27 sentyabrdan başlanan 44 günlük Vətən Müharibəsi fikirdə, sözdə və əməldə əsil dostlarımızın və bədnam düşmənlərimizin kimliyini əyani şəkildə ortaya qoydu.Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı, işbirliyi növbəti dəfə də sınaqdan çox uğurla çıxdı.Bu birlik daha da möhkəmlənib,daha geniş planda yeni reallıqlar yaratmağa başlayıb,regionumuzda dayanıqlı sülh, əmin-amanlıq və təhlükəsizliyi təmin edən güclü amilə,düşmənlərimizə münasibətdə çəkindirici güçə çevrilib.
Azərbaycanın 44 günlük Vətən müharibəsində və bir günlük antiterror əməliyyatı zamanı mümkünsüz görünən nəticələr əldə etdidiyi kimi, postmüharibə dövründəki səyləri nəticəsində də bir zamanlar mükünsüz görünən nəticələr seriyasını davam etdirir və bölgəmizdə beynəlxalq hüquqa və ədalətə əsaslanan yeni reallıqlar yaradıb. Məhz həmin reallıqlar sayəsində bölgədəki rus hərbi kontingenti Azərbaycan ərazisini nəzərdə tutulan müddətdən xeyli tez tərk etməli oldu. İndi Azərbaycan öz inkişaf perspektivlərini reallığa çevirmək imkanlarını ön plana çəkmək şansı qazanıb və Qarabağ regionunda dağıdılmış şəhərləri yenidən tikir.Azərbaycanın səyləri nəticəsində Ermənistanın 30 illik işğal dövründə öz havadlarının köməyi ilə müharibə, geosiyasi oyunlar arenasına, xarabazara,hər qarışı minalanmış döyüş meydanına çevirdiyi ərazilərimiz tikinti meydanına,sülh və əməkdaşlıq arenasına çevrilib.Qarabağa Böyük Qayıdışın başlanması bu zəfərin təntənəsi olmaqla yanaşı, həm də Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcıdır.
Böyük Qayıdışın reallaşdırılasına, vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasına və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə inteqrasiyasına yönəlik işlər gedir.Bu istiqamətdə çox müasir və perspektivli layihələr həyata keçirilir.Böyük Qayıdışın vüsəti getdikcə artır.Məktəblər,Qarabağ Universiteti fəliyyətə başlayıb və proseslər Azərbaycanın xeyrinə inkişaf edir.
Azərbaycanın bu uğurlu səyləri təkcə Azərbaycanın özü üçün yox,bölgəmizdə yaşayan bütün xalqların və dövlətlərin də xeyrinədir.Bu zəfərimiz təkcə 30 il işğal altında olan torpaqlarımızn dirçəlişini deyil,həm də bu zəfər sayəsində Azərbaycanın regionda yaratdığı yeni situasiya Cənubi Qafqazin sülh və sabitlik mərhələsinə keçmək, regionmuz üçün öz potensialına layiq səviyyədə sosial-iqtisadi tərəqqiyə nail olmaq ümidini artıran etibarlı və perspektivli bir amildir.İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan regionumuzda sülhə,tərəqəqiyə xidmət edən fəalaiyyəti ilə yanaşı TÜRK DÖVLƏTLƏRİNİN birliyinin güclənməsində də çox fəal rol oynayır.Bütün bunlar həm də ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artmasında mühüm rol oynayır.Qardaş və dost ölkələr,eləcə də reallıq hissini itirməyən dövlətlər bunu görür,dəyərləndirir və müxtəlif formalarda həmin quruculuq işlərində iştirak edir və ya bu və ya digər formada dəstək verir. Azərbaycanın bu tarixi qələbəsini, qələbə nəticəsində yaranan yeni reallıqlıqları və işğaldan azad edilmiş ərazilərdə həyata keçirməyə başladığı layihələri dəstəkləyənlərlə yanaşı, onu həzm etməyənlər də az deyil və bəziləri pozuculuq əməllərinini açıq və gizli formada davam etdirir.Avropa Parlamentinin son anti-Azərbaycan qətnaməsi göstərir ki,ölkəmizə qarşı hibrid müharibənin bütün istiqamətlərində işlər aparılır.Həmin qüvvələr Azərbaycanı yeni münaqişələrə cəlb etmək istəyirlər.
Amma onlar çox əbəs yerə vaxt,maliyyə və digər resurslarını itirməkdən başqa heç bir real nəticəsi görünməyən işlə məşğuldurlar…Bədxahlarımız bu reallığı nə qədər tez nəzərə alıb,həzm etsələr,Cənubi Qafqazda dayanıqlı sülh bir o qədər tez bərqərar olmuş olar.Azərbaycanın bütün fəaliyyəti beynəlxalq hüquqa,haqq-ədalətə əsaslanır.Azərbaycanın regionumuzda ümumi sabitlik, təhlükəsizlik və rifaha hesablanmış səylərinin gerçəkləşdirilməsi qlobal sülh, sabitlik və əmin-amanlığa da öz töhfəsini vermiş olar və dünyanın qaynar nöqntələri kimi tanınan digər regionlar üçün də örnək ola bilər.Ona görə də həmin qüvvələr Azərbaycana münasibətdə pozuculuq fəaliyyətlərinə son qoyub fikirdə,sözdə və əməldə Qarabağda başlanan və regiona təhlükəsilik,sabitlik, iqtisadi inkişaf,sosial tərəqqi və digər cəhətlərdən şəksiz müsbət təsir edəcək quruculuq işlərinə qoşulmalı,buna səmiyyətləri çatmırsa,onda sülh prosesinə, Qarabağ və Şərqi Zəngəzurda getdikcə genişlənən bərpa və quruculuq işlərinə mane olmamalıdır.
ZƏFƏR GÜNÜ-təqvimimizin qızıl hərflərlə yazılmış tarixidir. Azərbaycanımızın Qarabağda və bütün ərazilərimizdə yüksələn üçrəngli bayrağı həmişə uca,bu sevinci, uğur və qələbələri bizə yaşadan, canını Vətən yolunda fəda edən şəhidlərimizin ruhu şad, qazilərilərimizin canı sağ olsun!ZƏFƏR BAYRAMINIZ, MİLLİ QÜRUR, MİLLİ İRADƏ GÜNÜNÜZ mübarək olsun!
Milli Məclisin deputatı Əli Məsimli
Oxşar xəbərlər
- Ter-Petrosyandan Köçəryana güllə kimi cavab
26 dekabr 2024 14:21
- Təyyarə qəzasında xəsarət alanların siyahısı açıqlanıb
25 dekabr 2024 18:38
- Ot öz kökü üstündə bitməyəndə... -Puşkin və Tolstoyun nəvələri Hitlərin əsgəri olublar
25 dekabr 2024 15:32
- Türk Dövlətləri Təşkilatında Turan xəritəsi qərarı
25 dekabr 2024 11:26
- Oğlan sosial şəbəkədə tanış olduğu qızdan tələb etdi: o, evdən qaçdı, ailəsi... – ŞOK
24 dekabr 2024 20:13
- Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır?
24 dekabr 2024 15:32
- Prezidentin doğum günüdür
24 dekabr 2024 00:08
- Dünyanın 77 il susduğu cinayət – Ermənistanın cavabsız qalan əməlləri
23 dekabr 2024 18:34
- Almaniya: kansler yenidən xanım ola bilər - LGBT üzvü, nasist babanın nasist nəvəsi
23 dekabr 2024 12:47
- İlham Əliyev Roma Papasına məktub göndərdi
23 dekabr 2024 12:13
Xəbər lenti
- Üzünü tam örtən qadınlar 20 MİN cərimələnəcək
26 dekabr 18:06
- 13 yaşlı məktəbli də qəzada həlak olub - Foto
26 dekabr 16:00
- DGK Xəlil Göyüşovun qalmaqallı şirkətini nədə ittiham edir?
26 dekabr 15:11
- Ter-Petrosyandan Köçəryana güllə kimi cavab
26 dekabr 14:21
- Qəzada həlak olan Hökümənin anası DANIŞDI: Həmişə deyirdi ki, mənimlə fəxr edin
26 dekabr 13:36
- MİLLİ MATƏM - Sumqayıtda 105 000 abonent qazsız qalıb
26 dekabr 12:59
- Nazirlik 19 milyonluq təlim xidməti alır - Qalib şirkətin sahibi kimdir?
25 dekabr 21:54
- Özünü təqsirli bilməsə də, 400 min manat ödəyib
25 dekabr 20:46
- Təyyarə qəzasında xəsarət alanların siyahısı açıqlanıb
25 dekabr 18:38
- Eks-Deputat öldü
25 dekabr 18:17
- SON DƏQİQƏ: Azərbaycanda matəm ELAN OLUNDU
25 dekabr 16:01
- Ot öz kökü üstündə bitməyəndə... -Puşkin və Tolstoyun nəvələri Hitlərin əsgəri olublar
25 dekabr 15:32
- İlham Əliyevin təyyarəsi Bakıya eniş etdi
25 dekabr 14:40
- Mehriban Əliyeva başsağlığı verdi
25 dekabr 14:05
- 2024 bizim üçün böyük dəyişikliklər ili kimi yadda qaldı - Bakcell-in baş icraçı direktoru
25 dekabr 13:56
- Qazaxıstan: Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub (YENİLƏNİB/VİDEO)
25 dekabr 12:12
- Türk Dövlətləri Təşkilatında Turan xəritəsi qərarı
25 dekabr 11:26
- Pişiyə görə ərini məhkəməyə verdi
24 dekabr 23:55
- Prezidentin ad günündə ailə FOTOSU
24 dekabr 21:51
- Əmək haqqı, pensiya, müavinət artımı haqqında - Millət vəkili Əli Məsimli
24 dekabr 20:42
- Oğlan sosial şəbəkədə tanış olduğu qızdan tələb etdi: o, evdən qaçdı, ailəsi... – ŞOK
24 dekabr 20:13
- Ərdoğan İlham Əliyevə ZƏNG ETDİ
24 dekabr 18:37
- Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım
24 dekabr 18:04
- 14 milyonluq dələduzluq işi – Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq
24 dekabr 16:25
- Şahin Bağırovun rəis etdiyi qadın kimdir? - DETALLAR
24 dekabr 16:03
- Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır?
24 dekabr 15:32
- Nəvəsi Prezidenti bu FOTO ilə təbrik etdi
24 dekabr 14:27
- Putin İlham Əliyevə ZƏNG ETDİ
24 dekabr 13:04
- Azərbaycanda onların saxlanılması -bayram oldu - Polisə təşəkkür etdilər
24 dekabr 12:29
- Putin - Tramp görüşü Bakıda keçirilə bilər - SON DƏQİQƏ!
24 dekabr 11:41
Video & Fotoqalereya
Video
Fotoqalereya