Bu gün Gürcüstanda parlament seçkiləri keçiriləcək
Bu gün Gürcüstanda parlament seçkiləri keçiriləcək.
“Report” xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) yerli vaxtla saat 8:00-da başlayıb, saat 20:00-da (Bakı ilə eyni vaxtda - red.) yekun vurulacaq seçkilərdə 3 milyon 508 min 294 vətəndaşın iştirak edəcəyini, onlardan 3 milyon 113 min 747 nəfərin elektron texnologiyalardan istifadə ilə iştirak edəcəyini bildirib. Gürcüstanda və xaricdə 3 111 seçki məntəqəsi açılacaq ki, onlardan 67-si 42 ölkədə olacaq.
Seçkilərdə MSK-ya partiya siyahılarını təqdim edən 18 subyekt iştirak edir, onlardan sosial sorğulara görə, 5 %-lik baryeri aşaraq deputat mandatı almaq üçün beşinin şansları realdır: hakim "Gürcü Arzusu" Partiyası və müxalif "Vahid Milli Hərəkat" Partiyası, "Dəyişikliklər Koalisiyası", "Güclü Gürcüstan" və "Gürcüstan uğrunda" partiyaları.
Seçkiləri 111 yerli və 76 beynəlxalq təşkilat, həmçinin 199 media qurumu müşahidə edəcək.
Gürcüstan parlamentinə 150 deputat seçiləcək.
ATƏT/DTİHB-nin uzunmüddətli müşahidə missiyası oktyabrda Gürcüstanda seçkiqabağı vəziyyətlə bağlı aralıq hesabatında onu son dərəcə qütblü adlandırıb. Hakim “Gürcü arzusu” Partiyasının nümayəndələri seçkiləri sülh və müharibə haqqında referendumla müqayisə edirlər. Öz növbəsində, müxalifət hakim partiyanın ölkəni hər gün Rusiya orbitinə yaxınlaşdırdığını əsas gətirərək vətəndaşların Avropa və Rusiya arasında seçim etməli olduğunu deyir.
Seçkilərə bir neçə gün qalmış həm “Gürcü Arzusu”, həm də müxalifət Tbilisidə öz tərəfdarlarının kütləvi mitinqləri keçirərək, xalqın seçilmiş nümayəndəsi olduqlarını bəyan etdilər.
Gürcüstan Prezidenti Salome Zurabişvili müxalifəti açıq dəstəkləməklə və liderlərini müxalifət qüvvələrinin qələbəsi halında bir ildən sonra yeni parlament seçkilərinin təyin edilməsini nəzərdə tutan “Gürcüstan Xartiyası”nı imzalamağa inandıraraq seçkilərdə öz rolunu oynayır.
Gürcüstanın həbsdə olan keçmiş prezidenti, sosial şəbəkələrdən istifadə edən Mixeil Saakaşvili gündəlik mesajlarında tərəfdarlarını təşviq edir.
“Gürcü arzusu”nun nümayəndələri müxalifətin seçkilərdə məğlub olacağı təqdirdə destruktiv hərəkətini istisna etmirlər.
- Rusiya qalib gəldi - Zelenski
30 oktyabr 2024 23:19
- Ramiz Mehdiyev qabağa getməyə qoymurdu - Deputatla MÜSAHİBƏ
30 oktyabr 2024 20:50
- Türkiyə Cümhuriyyətinin qurulmasının 101 illiyidir
29 oktyabr 2024 00:22
- Prezident və müxalifət dövlət çevrilişinə hazırlaşır – Şalva Papuaşvili
28 oktyabr 2024 13:07
- ÖZBƏKİSTANDA 5 partiya parlamentə düşdü
28 oktyabr 2024 12:21
- Bu ölkələr Gürcüstandakı seçkiləri TANIMADI - ŞOK SİYAHI
28 oktyabr 2024 00:17
- Gürcüstanda iki müxalifət partiyası deputat mandatlarından İMTİNA edib
27 oktyabr 2024 23:10
- Saakaşvilidən gürcü xalqına ÇAĞIRIŞ - Etirazlara qalxın !
27 oktyabr 2024 22:21
- Özbəkistanda parlament seçkiləri baş tutmuş hesab edilib
27 oktyabr 2024 15:02
- Bu gün Özbəkistanda parlament seçkiləri KEÇİRİLİR
27 oktyabr 2024 11:19
- Deputat - Bu məsələdə narazılıqlar getdikcə artır, QAZ LİMİTİNƏ yenidən baxılmalıdır
01 noyabr 13:24
- Parlamentdə GƏRGİNLİK - Dediklərinizin arxasında fakt yoxdur
01 noyabr 13:02
- Milli Məclisin iclası başladı: 9 məsələyə baxılacaq
01 noyabr 12:24
- Radiatorun üstünə bir neçə DƏFNƏ YARPAĞI qoyun və ... - MÖCÜZƏ
01 noyabr 12:10
- NAR AzTU-da mobil rabitə təlimlərini davam etdirir
01 noyabr 12:03
- Azərsun Holdinq-dən daha bir layihəyə dəstək - Fotolar
01 noyabr 11:23
- Nazirlikdə iki yüksək vəzifəyə təyinat
01 noyabr 10:35
- Prezident 28 May-da aparılan abadlıq işləri ilə tanış oldu
01 noyabr 10:29
- Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....
01 noyabr 10:16
- Badamdarda uçqun: Laçın QAÇQIN məktəbində oxuyan uşaqların həyatı təhlükədə! - FOTO
01 noyabr 10:00
- İsraildə İrana casusluq edən azərbaycanlı ər-arvad həbs olundu
31 oktyabr 23:11
- Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı
31 oktyabr 21:50
- Hikmət Həsənovun köməkçisinə hökm oxundu - FOTO
31 oktyabr 19:57
- Urmiyada beş məhbusun barmaqları kəsiləcək
31 oktyabr 19:47
- Tağı Əhmədovun hakim oğlu CƏZALANDIRILACAQ - Məhkəmə qərarı
31 oktyabr 14:50
- Şahin Bağırov aparat rəhbəri və idarə rəisi vəzifələrini onlara tapşırıb
31 oktyabr 14:28
- Rusiyanın təhvil verdiyi şəxs məşhur biznesmen imiş... - ŞOK DETALLAR
31 oktyabr 14:22
- İqlim dəyişikliyi və COP29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!
31 oktyabr 14:15
- Ərdoğandan Öcalana edilən çağırışa reaksiya
31 oktyabr 13:38
- Planetar düşüncəli lider…
31 oktyabr 13:29
- Beynəlxalq axtarışa verilən 5 şəxs Azərbaycana gətirildi
31 oktyabr 13:15
- Dünya fəlakətlə üz-üzə - Rusiya nüvə DÜYMƏSİNƏ BASIR!
31 oktyabr 12:09
- SAYT rəhbəri həbs edildi
31 oktyabr 11:59
- Prezident yeni səfirin etimadnaməsini QƏBUL ETDİ - FOTOLAR
31 oktyabr 11:42
- Rusiya qalib gəldi - Zelenski
30 oktyabr 23:19
- Dörd nəfər onu axtarmağa gedəndə həlak olmuşdu...
30 oktyabr 23:05
- Ramiz Mehdiyev qabağa getməyə qoymurdu - Deputatla MÜSAHİBƏ
30 oktyabr 20:50
- Ərdoğandan müsəlman ölkələrinə ÇAĞIRIŞ
30 oktyabr 18:20
- Azərbaycanda 300-ə yaxın ömürlük məhbus var
30 oktyabr 17:47
- İsrail Prezidenti Bakıya gəlir
30 oktyabr 15:24