Şeyx Şamilin büstünü partladıb, hərbi hissəyə hücum ediblər
Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən İlham və Emin Baqqayev qardaşları yenidən məhkəməyə müraciət edib.
"Report” xəbər verir ki, qardaşlar bir müddət əvvəl Qaradağ rayon Məhkəməsinə ərizə ilə müraciət edərək 20 ildən artıqdır cəza çəkdiklərini, barələrindəki hökmlərin müddətli cəzaya dəyişdirilməsini və azadlığa buraxılmalarını xahiş ediblər.
Qaradağ rayon Məhkəməsi hər iki qardaşının müraciətini təmin etməyib. Qərardan narazı qalan ömürlük məhkum qardaşlar apellyasiya şikayəti verib. Onların şikayəti Bakı Apellyasiya Məhkəməsinin icraatına verilib.
Baqqayev qardaşlarının şikayətinə yaxın günlərdə baxılacaq.
Qeyd edək ki, 2001-ci il avqustun 19-da naməlum şəxslər Zaqatala rayon polis şöbəsinin qarşısında xidmət aparan polis əməkdaşlarını avtomat silahlardan atəşə tutublar. Nəticədə 5 əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Polisin açdığı cavab atəşindən sonra silahlı cinayətkarlar hadisə yerindən qaçıblar.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, qeyd olunan bu ağır cinayəti təxribatlar törətmək, milli zəmində münaqişə yaratmaq və beləliklə, bölgədə sabitliyi pozmaq məqsədi ilə bu il iyulun 30-da daxili qoşunların Zaqatala rayonunun Qala adlanan ərazisində yerləşən hərbi hissəsinin növbətçi hissəsinə silahlı hücum edən, avqustun 17-də həmin rayonun Car kəndindəki İmam Şamilin büstünü partladan cinayətkar qrupun üzvlərindən Zaqatala rayonunun Kebeloba kənd sakinləri - İlham Baqqayev, Emin Baqqayev, Emin Mollayev, Qurban Həsənov, İslam Xiniyev, Abdulhəmid və İbrahim Bulayevlər və digər şəxslər müəyyən olunub.
Daxili İşlər Nazirliyinin, Respublika Prokurorluğunun və Milli Təhlükəsizlik Nazirliyinin birgə əməliyyatı zamanı hadisələri törətməkdə şübhəli olunan 23 nəfər tutulub.
İstintaqla müəyyən edilib ki, 3 nəfərin ölümü, 7 nəfərin ağır yaralanması, dövlət mülkiyyətinin və şəxsi mülkiyyətin məhv edilməsi ilə müşayiət olunan hərəkətlərin törədilməsində başlıca məqsəd respublikada ictimai-siyasi sabitliyi pozmaq, bu bölgədə etnik münaqişə ocağı yaratmaq, separatizm meyillərini qızışdırmaq olub. Cinayətkar dəstənin ayrı-ayrı üzvləri bu məqsədlə İrəvanda və Rusiyanın müxtəlif şəhərlərində Ermənistan xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşüb, onlardan gizli təlimat, pul, silah, döyüş sursatı alıblar.
Qanunsuz silahlı qrupun əsas rəhbərlərindən olan Emin Mollayev, İlham və Emin Baqqayev qardaşları ömürlük, Nəcməddin Məmmədov və Şaban Buşdiyev 15 il, Fazil Davudov 13 il, Soltan Qazıxanov 11 il, Qurban Həsənov 10 il, digərləri isə 7-8 il müddətinə azadlıqdan məhrum ediliblər. İstintaq prosesində 16 nəfər barədə axtarış elan olunub.
Oxşar xəbərlər
- Deputat - İçəri Şəhərə giriş PULLU OLSUN - SƏRT CAVAB
5 oktyabr 2024 14:05
- Prezident ailəsi film təqdimatında - Fotolar
5 oktyabr 2024 11:43
- Putinin şəxsi həyatı və övladları - yeni rezonans doğuran ARAŞDIRMA
4 oktyabr 2024 21:55
- Ağdamda da Müəllimlər Günü qeyd edildi - Fotolar
4 oktyabr 2024 20:16
- Mürsəl İbrahimov Qaradağın VOYENKOM-unu İŞDƏN ÇIXARDI
4 oktyabr 2024 17:53
- Prezident və xanımı Cəbrayılda açılışda iştirak etdilər
4 oktyabr 2024 13:08
- Prezident və birinci xanım Cəbrayıla səfər edib
3 oktyabr 2024 16:00
- Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür
3 oktyabr 2024 10:20
- Hindistanda 11 yaşlı şagirdi QURBAN KƏSDİLƏR
2 oktyabr 2024 23:21
- Prezidentdən Natiq Qasımovla bağlı SON DƏQİQƏ AÇIQLAMASI
2 oktyabr 2024 13:37
Xəbər lenti
- Azərenerji-nin BABA-sına ŞİDDƏTLİ TÖHMƏT - RƏSMİ
05 oktyabr 15:34
- Deputat - İçəri Şəhərə giriş PULLU OLSUN - SƏRT CAVAB
05 oktyabr 14:05
- Onlara Prezident təqaüdü veriləcək - Siyahı
05 oktyabr 13:37
- Komitə sədrinin müavini - Cərimələri artırmaqla büdcə doldurmaq yanlış iqtisadi üsuldur
05 oktyabr 12:33
- Prezident ailəsi film təqdimatında - Fotolar
05 oktyabr 11:43
- Zəncəfil, sarımsaq və limon qarışımının nələrə qadir olduğunu bilirdinizmi?
05 oktyabr 10:48
- Bu gün Beynəlxalq Müəllimlər Günüdür
05 oktyabr 10:29
- COP29 tədbiri ilə bağlı Bakıda toylar QADAĞAN OLUNACAQ ?
04 oktyabr 22:07
- Putinin şəxsi həyatı və övladları - yeni rezonans doğuran ARAŞDIRMA
04 oktyabr 21:55
- Ağdamda da Müəllimlər Günü qeyd edildi - Fotolar
04 oktyabr 20:16
- Tanınmış həkim generalın klinikasını məhkəməyə verdi - Əmək haqqı tələb edir
04 oktyabr 19:08
- Mürsəl İbrahimov Qaradağın VOYENKOM-unu İŞDƏN ÇIXARDI
04 oktyabr 17:53
- Laçın İcra Hakimiyyəti yarım MİLYONU görün nəyə xərcləyəcək - Bir sıra işlər...
04 oktyabr 16:35
- Əhaliyə at əti satanlar tutuldu - Fotolar
04 oktyabr 14:53
- Cəlilabadda 4 KİSƏ NOXUDA görə 2 fəhləyə 2 İL 5 ay 26 gün + 2 İL 2 ay 28 gün CƏZA
04 oktyabr 13:42
- Japarov qırğız milyarderləri pullarını xaicdə saxlamamağa çağırıb
04 oktyabr 13:17
- Prezident və xanımı Cəbrayılda açılışda iştirak etdilər
04 oktyabr 13:08
- Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
04 oktyabr 11:34
- Hindistanda mağarada 188 yaşlı kişi tapıldı
03 oktyabr 22:20
- Ona Zəngilanda vəzifə verildi
03 oktyabr 22:02
- Prezident və birinci xanım Cəbrayıla səfər edib
03 oktyabr 16:00
- Prezident İlham Əliyev Cəbrayıla GETDİ
03 oktyabr 13:46
- Zakir Qaralovun əmisi qızına yeni vəzifə verilib
03 oktyabr 13:36
- Ali Məhkəməyə yeni hakimlər təyin edilir - ADLAR
03 oktyabr 13:28
- Şahdağa qar yağdı
03 oktyabr 11:03
- Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür
03 oktyabr 10:20
- Hindistanda 11 yaşlı şagirdi QURBAN KƏSDİLƏR
02 oktyabr 23:21
- Prezident sahibkarlarla bağlı Fərman imzaladı
02 oktyabr 21:02
- Tüpürüm döşünün medallarına, Şalvarı baftalı GENERALLARIN
02 oktyabr 20:17
- Milli Məclis: Heyvanlarla rəhmsiz rəftar edənləri cəza...- BƏS MİLLƏTLƏ..?
02 oktyabr 20:00
Video & Fotoqalereya
Video
Fotoqalereya