Arvadımın ölümündə mənim əlim olub - Qazaxıstanın sabiq naziri
Həyat yoldaşı Səltənət Nukenovanı öldürməkdə təqsirləndirilən Qazaxıstanın sabiq iqtisadiyyat naziri Kuandıq Bişimbayevin məhkəməsi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.
Qeyd olunub ki, sabiq nazir həyat yoldaşı Səltənət Nukenovanın qətlində təqsirli bilinərək məhkəmə qarşısına çıxarılıb.
Dindirilmə zamanı K.Bişimbayev deyib ki, həyat yoldaşını xüsusi amansızlıqla, qəsdən, şüurlu, planlı şəkildə qətlə yetirməyib, ona görə də özünü bunda təqsirli hesab etmir:
“Etiraf edim ki, onun ölümündə mənim əlim olub. Mübahisəmiz olmasaydı, həmin axşam aramızda baş verən bəzi hərəkətlər olmasaydı, bəlkə də, heç nə olmazdı”.
Məlumata görə, hadisə 2023-cü il noyabrın 9-da Bişimbayevin ailəsinə məxsus restoranda baş verib.
Süfrə arxasında ər-arvad arasında mübahisə yaranıb və bu zaman S. Nukenova ərinə ondan ayrılmaq istədiyini deyib. Bundan sonra sərxoş əri ona hücum edərək şiddətlə döyməyə başlayıb.
Restoranın kənar şəxslər üçün bağlı olması səbəbindən cütlük arasında bir neçə saat davam edən dava zamanı Nukenovanın köməyinə çatan olmayıb. Səltənətin baş və bədən nahiyələrinə zərbələr endirən Bişimbayev onun həyat əlamətləri göstərmədiyinin fərqinə vardıqdan sonra əl saxlayıb.
Bişimbayevin çağırması ilə hadisə yerinə gələn əmisi oğlu Baxıtjan Bayjanov huşunu itirmiş və qeyri-təbii xırıltılar çıxaran Səltənəti divana uzandırıb. Amma hadisə yerinə təcili yardım çağırmayıb. Bir neçə dəqiqə sonra Bayjanov Səltənətin öldüyünü bilib.
Bundan sonra qohumlar izləri məhv etməyə başlayıblar. Onlar əvvəlcə hadisəni qeydə alan kameraların görüntülərini sildiriblər. Bütün bu hadisələrdən sonra Bişimbayev və Bayjanov saxlanılıblar. Keçmiş nazirə və Bayjanova cinayət işi açılıb.
İstintaq zamanı məlum olub ki, keçmiş nazir qısqanclıq zəminində mütəmadi olaraq arvadını döyürmüş.
Qətldən 6 ay əvvəl Səltənət qardaşına döyülmə izləri olan şəklini göndərib. Lakin cütlük tezliklə barışıb.
Xatırladaq ki, 2023-cü il noyabrın 9-da keçmiş nazir Kuandıq Bişimbayevin saxlanılması ilə bağlı məlumat yayılıb. Bildirilib ki, noyabrın 8-də axşam saatlarında Astanada restoranlardan birində ziyarətçilər arasında mübahisə baş verib, nəticədə bir qadın aldığı xəsarətdən ölüb. Mərhumun keçmiş nazirin həyat yoldaşı Səltənət Nukenova olduğu məlum olub.
Qeyd edək ki, Qazaxıstanın sabiq milli iqtisadiyyat naziri Kuandıq Bişimbayev və Səltənət Nukenova Astanada vətəndaş nikahı ilə yaşayıblar.
- Rüstəm Behrudi - Həmişə gəlib görürdüm ki, Mirşahin oturub kreslomda...
12 sentyabr 2024 21:16
- Novella Cəfəroğlu yeni partiya qurmaq istəyir
12 sentyabr 2024 20:22
- Bir ildə 18800-dən çox nikahsız- BIC- doğulan uşaq
12 sentyabr 2024 18:45
- Türkiyə Azərbaycana yeni hərbi attaşe TƏYİN ETDİ
12 sentyabr 2024 11:41
- Telman İsmayılovun işində daha bir qətlin üstü açıldı
12 sentyabr 2024 11:14
- Nazir qəzalı məktəblərlə bağlı tədbir görür? - Bəs, Bakıdakı gecəqondu məktəb niyə yada düşmür?
12 sentyabr 2024 10:44
- Sel zooparkı dağıtdı: Timsahlar və ilanlar qaçdı (FOTO)
11 sentyabr 2024 23:12
- Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verdi
11 sentyabr 2024 16:26
- Ramiz Zeynalovun sabiq icra başçısı olan qardaşı vəfat etdi
11 sentyabr 2024 16:08
- 2-yə işləmiş oğluma zəng gəlib, çoban ona deyib ki... -9 aydır itkin düşən Rasimin atası danışdı
11 sentyabr 2024 16:00
- Rüstəm Behrudi - Həmişə gəlib görürdüm ki, Mirşahin oturub kreslomda...
12 sentyabr 21:16
- Novella Cəfəroğlu yeni partiya qurmaq istəyir
12 sentyabr 20:22
- Xalq artisti: Tələbələr Zeynəb Xanlarovadan mənə şikayət edirdilər
12 sentyabr 19:01
- Bir ildə 18800-dən çox nikahsız- BIC- doğulan uşaq
12 sentyabr 18:45
- Bu liseylərin direktorları vəzifələrindən azad edildi
12 sentyabr 18:13
- O, iki gəlinləri ilə də gizli eşq yaşayır - Narin cinayətində yeni detal - FOTO
12 sentyabr 13:13
- Türkiyə Azərbaycana yeni hərbi attaşe TƏYİN ETDİ
12 sentyabr 11:41
- Tanınmış jurnalistə vəzifə verildi
12 sentyabr 11:24
- Telman İsmayılovun işində daha bir qətlin üstü açıldı
12 sentyabr 11:14
- Nazir qəzalı məktəblərlə bağlı tədbir görür? - Bəs, Bakıdakı gecəqondu məktəb niyə yada düşmür?
12 sentyabr 10:44
- Kərə yağı BAHALAŞDI
12 sentyabr 08:19
- Sel zooparkı dağıtdı: Timsahlar və ilanlar qaçdı (FOTO)
11 sentyabr 23:12
- Hər gün yumurta yeyin, bu xəstəlikdən xilas olun
11 sentyabr 22:30
- İlqar Məmmədov REAL sədrliyindən istefa verdi - SƏBƏBİ...
11 sentyabr 21:09
- Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verdi
11 sentyabr 16:26
- Toğrul bəyin Bizans imperatoruna yazdığı məktub üzə çıxdı - FOTO
11 sentyabr 16:17
- Ramiz Zeynalovun sabiq icra başçısı olan qardaşı vəfat etdi
11 sentyabr 16:08
- 2-yə işləmiş oğluma zəng gəlib, çoban ona deyib ki... -9 aydır itkin düşən Rasimin atası danışdı
11 sentyabr 16:00
- Məhkəmə Rövşən Novruzoğlu barədə QƏRAR VERDİ
11 sentyabr 15:47
- Şirkət rəsmisi Azərbaycan qəzetini məhkəməyə verdi
11 sentyabr 14:29
- Putin naharda səni yeyər, dostun olan o diktator… – Harrislə Tramp arasındakı debatın MƏTNİ
11 sentyabr 13:57
- Türkiyə ilə Azərbaycanı necə düşmən etməli? - Amerikadakı daşnaklar
11 sentyabr 13:43
- NAR yüksək bal toplayanların sevincinə sevinc qatdı - Fotolar
11 sentyabr 13:27
- Bu ixtisasların məzunları gələcəkdə iş tapa bilməyəcək - SİYAHI
11 sentyabr 13:06
- Narin cinayəti: Şübhəli ifadəsini dəyişdi, əmisinin vəkili ondan imtina etdi
11 sentyabr 12:16
- Türk dünyasını birləşdirəcək 14 HƏRF ...
11 sentyabr 12:03
- İmişlidə 9 aydır itkin düşən uşağın yaxınları yolu bağlayaraq etiraz aksiyası keçirir
11 sentyabr 11:47
- Azərbaycanda tələbə yataqxanalarının qiyməti (SİYAHI)
11 sentyabr 11:42
- Azərbaycanda paytaxtın köçürülməsinə ehtiyac varmı?
11 sentyabr 11:38
- Qazaxda 11-ci sinif şagirdi intihar etdi- Foto
11 sentyabr 11:17