DTK Arxivlərinin möhürlü qalması çox ağır fəsadlar verdi və onun nəticəsi 4 iyun 1993-cü ildə oldu...
Dünya16 fevral 2025 18:46

İsgəndər Həmidov canlı yayımda dedi ki, Sülhəddin Əkbər, arxivləri açın, sizin agentləriniz ölkəni qarışdırır...”
“Mən DTK arxivlərinin açılması mövzusunda kiminləsə canlı efirdə diskussiya apararam, yalnız bir şərtlə ki, o bu məsələdə səriştəli, peşəkar şəxs olsun...”
“Bilirsiz, keçmiş “KQB” arxuvləri mövzusu ətrafında işin mahiyyətinin bilən və bilməyən insanlar öz rəylərini cəmiyyətə mütləq həqiqət kimi çatdırmağa çalışırlar. Amma əksəriyyətinin işin nəinki mahiyyətindən, heç onun ümumi mənzərəsindən belə xəbəri yoxdur. Mənim bu mövzudakı açıqlamalarım yalnız və yalnız faktlara əsaslanır. Qaldı həmin faktları kiminsə necəsə manipulyasiya etmək cəhdi, kimlərinsə onları hansısa siyasi konyukturaya uyğunlaşdırmaq istəyinə, açığı, reaksiya vermək istəmirəm. O adamlar səriştəsiz adamlardır, o adamların dünyadan xəbəri yoxdur. Onlar hansısa qəzetdən, ordan-burdan kontekstdən çıxarılmış fikirləri söyləyirlər”.
Bu fikirləri Moderator.az əməkdaşıyla söhbətində siaysi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu özünün keçmiş DTK arxivlərinin açılması barəsində mediadakı son açıqlamalarına sosial şəbəkələrdə tutulan bəzi iradlara münasibət bildirərkən ifadə edib.
“Bu, artıq həmin dövrdə parlamentdə deputat olmuş və digər vəzifələr tutmuş Elçibəy hökumətinin rəsmiləri tərəfindən də dəfələrlə təsdiqlənib ki, o vaxt arxivlər parlament qərarıyla bağlanıb. İrad tuturlar ki, əslində arxivləri cəbhənin hakimiyyətə gəldiyi ilk qarışıq günlərdə hər yoldan keçənin müdaxilə etməməsi üçün möhürləmək lazım idi... Bu nə absurd iddialardır? DTK arxivləri bəyəm nə idi ki, hər yoldan ötən gedib ora girsin. Bununla nəyə bəraət qazandırmaq istəyirlər – mən anlamıram...
Bir daha deyirəm ki, mən bu məsələdə məmnuniyyətlə peşəkarlarla polemika apararam və dediyim hər bir sözün də arxasında dayanıram. Dünyadan xəbəri olmayan, mövzudan primitiv şəkildə belə məlumatı olmayan adamlarla isə polemika aparmağın əhəmiyyəti yoxdur. Onlar kor tutduğundan əl çəkməyən kimi öz dediklərində dayanacaqlar”, -deyə davamında həmsöhbətimiz bildirib.
“Artıq AXC hakimiyyətə gəldikdən sonrakı həmin dövrə aid müxtəlif qəzetlərdən müxtəlif məlumatlar paylaşılır. Orada dövlətin o vaxtkı ən yüksək rəsmiləri belə, bildirirlər ki, arxivləri açmaq olmaz. Əbülfəz Elçibəyin də, İsa Qəmbərin də, Pənah Hüseynin də, Fəxrəddin Təhməzovun da, Sülhəddin Əkbərin də arxivlərin açılmasının qeyri-mümkünlüyü haqda fikirləri var. Niyə açmaq olmaz? Məsələ ondadır ki, həmin dövrdə də bir çox insanlar belə düşünürdülər ki, arxivləri açmaq “KQB” arxivlərindəki sənədləri götürüb, oradakı agentlərin siyahısını qəzetdə dərc etmək deməkdir. Xeyr, elə deyil. O vaxt hələki heç bir postsovet ölkəsində lüstrasiya prosesi aparılmamışdı. Amma söhbət o açmaqdan getmirdi. Arxivlərin açılması dedikdə mənim məqsədim respublikanın təhlükəsizlik orqanının iş fəaliyyətini bərpa etmək üçün açılması olub. Yəni mən bunu Azərbaycan dilində demişəm. İnsanlar ya özlərini ağıllı sayaraq mənim dediklərimi təhrif etməyə çalışırlar, ya da bilmirəm, özləri nədirlər. Mən sizinlə bəhs edilən ötən söhbətlərimdə iki məsələni vurğuladım. Əvvəla, lüstrasiya prosesinin necə həyata keçirildiyini göstərdim. Belə ki, müvafiq qanunverici baza yaradılır. Həmin bazada arxivlərin açılmasının, “KQB” agentlərinin dövlət vəzifələrindən və siyasi fəaliyyətdən kənarlaşdırılmasının hansı şəkildə həyata keçirilməsi göstərilir. İkincisi də arxivlərin orqanın fəaliyyəti üçün açılmasından danışdım. Bunlar ayrı-ayrı şeylərdir. Bunu bilməyən, bunu oxuyub dərk edə bilməyən adamlar mənimlə polemikaya girmək istəyirlər. Bağışlayın, mən elələri ilə polemika aparmıram, getsinlər öz işləri ilə məşğul olsunlar. Onlar mənə opponent deyillər, ola da bilməzlər...
Parlament qərarıyla möhürlənmiş, bağlanmış arxivi açmaq nə Sülhəddin Əkbərin, nə Fəxrəddin Təhməzovun, nə İsa Qəmbərin, nə də Elçibəyin səlahiyyətinə aid olub. Bunu yenə də parlamentin qərarıyla açmaq olardı. Məsələ parlamentə çıxarılmalıydı... Yaxşı, tutalım ki, ilk günlərdə bir qarışıqlıq vardı, buna görə də arxivlər möhürləndi. Bəs sonra? Bəs bir il ərzində onlar niyə açılmadı?”, -deyə Ərəstun Oruclu sual edib.
“Onu da deyim ki, mən burada tərəf deyiləm, mən sadəcə həmin dövrü yaşamış əks-kəşfiyyat əməkdaşı kimi deyirəm ki, arxivlərin orqanın, əməkdaşların fəaliyyəti üçün açılmaması, möhürlü qalması çox ağır fəsadlar verdi və onun nəticəsi 4 iyun 1993-cü ildə oldu. Nöqtə... Bundan artıq heç nə demək istəmirəm...
Parlamentdə mövqelərin necə olmasını dəqiq bilmirəm, mən parlament üzvü olmamışam, iclaslarda iştirak etməmişəm. Yalnız yadımdadır ki, bir dəfə parlament iclası canlı yayımla gedirdi və orada İsgəndər Həmidovla Sülhəddin Əkbər arasında polemika oldu. İsgəndər Həmidov dedi ki, Fəxrəddin Təhməzov, Sülhəddin Əkbər, arxivləri açın, sizin agentləriniz ölkəni qarışdırır və s. Sülhəddin Əkbər isə buna cavab olaraq dedi ki, çox “arxivləri açın” deyirsiz, amma mən əvvəlcə “NKVD” arxivlərini açacam, onda çoxları peşiman olacaqlar. Bu polemika yaxşı yadımdadır. Və bir daha təkrar edirəm ki, o dövrdə arxivlər yalnız parlamentin qərarıyla açıla bilərdi...
Və icazənizlə mən artıq bu mövzuya nöqtə qoymaq istəyirəm. Çünki görürəm ki, kimlərsə ölkədəki əsas problemlərdən diqqəti yayındırmaq üçün durmadan bu mövzunu istismar edir. Şəxsən mənim üçün öz bilgilərim əsasında istər Elçibəy dövründə, istər digər dövrlərdə “KQB” agenti olan şəxslərin hamısı bəllidir... Və bir daha deyirəm ki, mən bu mövzuda kiminləsə canlı efirdə diskussiya apararam, yalnız bir şərtlə ki, o bu məsələdə səriştəli, peşəkar şəxs olsun”, -deyə ekspert yekunlaşdırıb.
Oxşar xəbərlər
- Süni dişlər Azərbaycana xaricdən 28 qəpiyə gətirilir – Ölkələrin siyahısı
20 fevral 2025 22:29
- Heydər Əliyev gənc yaşlarınızda sizi qabağa çəkərək, önəmli vəzifələrə təyin edib
20 fevral 2025 20:13
- Ramiz Mehdiyevin adı Şabran dağlarındakı adam oğurluqlarına qarışıb - SENSASİON ARAŞDIRMA +FOTOLAR, VİDEO
20 fevral 2025 18:36
- Rusiya yavaş-yavaş Trampın oyununa gəlir...
20 fevral 2025 16:45
- Artur Rasizadə 27-ci oldu – =Heydər Əliyev= ordeni daha kimlərə verilib?
20 fevral 2025 15:15
- Millət vəkili Azər Kərim oğlu Allahverənovun doğum günüdür
20 fevral 2025 14:14
- Ölkə birincisi Fidan oldu
20 fevral 2025 00:57
- Oğlumun adını İlham qoymuşam, nəvəm olsun, onun da adını İlham qoyacağam
19 fevral 2025 21:50
- Paşinyan yeni konstitusiya üçün xalqa müraciət etdi: Azərbaycanın əsas şərti yerinə yetirilir?
19 fevral 2025 20:56
- Azərbaycan 15,47 TON göyərçini ƏTİNİ xaricə satıb
19 fevral 2025 20:49
Xəbər lenti
- Süni dişlər Azərbaycana xaricdən 28 qəpiyə gətirilir – Ölkələrin siyahısı
20 fevral 22:29
- Heydər Əliyev gənc yaşlarınızda sizi qabağa çəkərək, önəmli vəzifələrə təyin edib
20 fevral 20:13
- Ramiz Mehdiyevin adı Şabran dağlarındakı adam oğurluqlarına qarışıb - SENSASİON ARAŞDIRMA +FOTOLAR, VİDEO
20 fevral 18:36
- Rusiya yavaş-yavaş Trampın oyununa gəlir...
20 fevral 16:45
- Şəhid bacısı sədr seçildi - FOTO
20 fevral 15:55
- Bakıda 5 GÜN qar yağacaq
20 fevral 15:46
- Artur Rasizadə 27-ci oldu – =Heydər Əliyev= ordeni daha kimlərə verilib?
20 fevral 15:15
- Prezident Artur Rasi-zadəni qəbul etdi
20 fevral 14:55
- Millət vəkili Azər Kərim oğlu Allahverənovun doğum günüdür
20 fevral 13:47
- Prezident qəbul keçirdi - Yenilənir
20 fevral 12:16
- Bakıda ayı əti satan mağaza sahibi onları görən kimi qaçdı ..
20 fevral 12:07
- Prezidentdən Artur Rasi‑zadə ilə bağlı SƏRƏNCAM
20 fevral 11:49
- Ölkə birincisi Fidan oldu
20 fevral 00:57
- Oğlumun adını İlham qoymuşam, nəvəm olsun, onun da adını İlham qoyacağam
19 fevral 21:50
- Paşinyan yeni konstitusiya üçün xalqa müraciət etdi: Azərbaycanın əsas şərti yerinə yetirilir?
19 fevral 20:56
- Azərbaycan 15,47 TON göyərçini ƏTİNİ xaricə satıb
19 fevral 20:49
- İcra başçısı .... - Azadlığa çıxdı
19 fevral 20:24
- Həbsdə olan bəstəkarla bağlı yeni xəbər: Avropa Məhkəməsi işə qarışdı
19 fevral 19:27
- General Mədət Quliyevin oğlu yenə soyundu: İndi də şalvarı -yoxa çıxıb- FOTOLAR
19 fevral 13:23
- İndiyədək verdiyimiz şəhidlərin sayı açıqlandı - 18 MİN 500 ŞƏHİD
19 fevral 12:25
- Ukraynanın Türkiyədəki səfiri 3 İL ƏSİR OLUB Rusiyаdа
19 fevral 11:54
- Prezident Xankəndidə hotelin açılışında iştirak etdi
19 fevral 11:10
- Danışıqlardan sonra Ukraynaya KÜTLƏVİ ZƏRBƏ - 500-dən çox ev, uşаq bаğçаsı...
19 fevral 11:03
- Ötən il ölkədə RÜÇVƏTLƏ bağlı CƏMİ 30 cinayət qeydə alınıb ))– Rəsmi
19 fevral 01:41
- Oqtay Əsədov ortaya çıxdı - FOTO
19 fevral 01:23
- Bu ərəb ölkəsində türk dili ikinci rəsmi dil oldu
19 fevral 00:48
- Çingiz Mustafayev belə öldürülüb
19 fevral 00:33
- Mirmahmud Mirəlioğluna nə olub? (AÇIQLAMA/YENİLƏNİB)
18 fevral 21:56
- Yetim qalmışdım, hara gedəcəyimi bilmirdim, axşama kimi ağladım – 94 yaşlı Nəriman Həsənzadə ilə MÜSAHİBƏ
18 fevral 19:29
- İlham Əliyev yenidən MOK-un prezidenti seçildi - Fotolar
18 fevral 17:41
Video & Fotoqalereya
Video
Fotoqalereya