Bakının mərkəzində general-leytenantı KİM ÖLDÜRDÜ ?

16 il öncə, Bakının mərkəzində törədilən terror bir anın içində bütün ölkənin silkələmişdi. Bu hadisə dünya mediasının diqqət mərkəzində idi, xəbərlər hazırlayır, Azərbaycanın hava məkanına cavabdeh olan general-leytenant Rail Rzayevə qarşı terrorun səbəbləri haqda ən müxtəlif versiyalar tirajlayırdılar.
Həmin gün, 2009-cu il fevralın 11-də Bakıda yağmurlu qış günlərindən biri idi. Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı (1993-2009), general-leytenant Rail Rzayev yaşadığı ünvandan çıxıb xidməti maşınına əyləşmişdi. Maşın Rail Rzayevi iş yerinə - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə çatdırmalı idi. Yolüstü sürücü maşını o zamankı milli təhlükəsizlik naziri Eldar Mahmudovun eyvanı altında saxlamış, sürücü düşüb yaxınlıqdakı zibil qutusuna Rail Rzayevin evindən götürdüyü tullantıları atıb geri qayıtmışdı. Arxaya çevriləndə Rail Rzayevin başının aşağı oldu]unu, ağzından qan gəldiyini görmüşdü.
Sürücü nə baş verdiyinə fərq etmədən Rail Rzayevi birbaşa Hərbi Hospitala çatdırmışdı. Orada Rail Rzayevi müayinə edən həkimlər başından güllə yarası aldığını müəyyən etmişdilər. Sonradan istintaq belə qənaətə gəlmişdi ki, Rail Rzayevə qarşı terror sürücü maşını zibil qutularının yanında saxlayan zaman gerçəkləşib. O ərazidəki “Təhlükəsiz Şəhər” kameralarının yaddaşına həkk olunan səhnədən belə görünürdü ki, Rail Rzayevin olduğu maşın zibil qutularının yanında dayanır. Sürücü maşından düşür, zibili qutuya atdığı zaman maşına arxa sağ tərəfdən kapişonlu gödəkçədə olan şəxs yaxınlaşır və geri qayıdır. Xidməti maşının salonunda, arxa sağ tərəfdəki oturacaqda əyləşmiş Rail Rzayevin baş nahiyəsinə atəşi də məhz həmin vaxt açdığı ehtimal olunur. Silahın səsboğucusu olduğundan maşından düşən sürücü Rail Rzayevə atəş səsini eşitməyib.
Əfsus ki, ölkənin təcrübəli bir general-leytenantının ölümü ilə bağlı müəmma hələ də qalır. Bu qanlı terrorun üzərindən sirr pərdəsi bu günədək götürülməyib.
Rail Rzayevə qarşı terrordan 1 gün sonra o zaman Müdafiə Nazirliyinin Baş Qərargah rəisi vəzifəsində olan Nəcməddin Sadıkov “Röyters” Agentliyinə açıqlama vermiş, demişdi ki, general Rail Rzayevi ölümündən 1 neçə gün əvvəl izləyiblər. Yəni Rail Rzayevin izlənməsi barədə Müdafiə Nazirliyinin rəhbərliyində məlumat olub. Bu isə o deməkdir ki, Müdafiə Nazirliyinin rəhbərliyinə daxil olan şəxslər generalın güdülməsindən xəbərdarmış. Belə olduqda ortaya sual çıxır - niyə nazir müavinini güdənlər barəsində heç bir tədbir görülməyib?
Vaxtilə Milli Təhlükəsizlik Nazirliyində çalışmış İlham İsmayıl o günlərdə bu məsələyə münasibətinə diqqət edək.
Sitat:
“Nəcməddin Sadıkova belə bir fakt məlum olubsa, bu barədə generalın özünə və nazirliyin rəhbərliyinə məlumat verilməli idi. Ola bilər ki, Sadıkov Rzayevə bu barədə deyib. Bu hadisə ilə bağlı Nəcməddin Sadıkova nə isə məlumdur”.
Nəcməddin Sadıkovun bu məsələ ilə bağlı istintaqa nə deməsi bəlli deyil.
Həmin günlərdə aktual olan suallar isə bu gün də açıq qalır.
Nəcməddin Sadıkov Rail Rzayevə izlənildiyini, güdülməsini deyibsə, onu güdənlər, izləyənlər zamanında niyə ələ keçirilməyib?
Başqa bir xüsusata da diqqət edək. Rail Rzayevin ölümündən bir gün əvvəl ölkənin hərbi prokuroru Xanlar Vəliyev tərəfindən dindirilib.
1 gün sonra öldürülən general istintaqa niyə cəlb olunub? Onu niyə şəxsən hərbi prokuror dindirib? Həmin dindirmə ilə Rail Rzayevə qarşı terrorda bağlılıq ola bilərmi? Hörmətli hərbi prokuror ölümündən bir gün əvvəl Hərbi Hava Qüvvələri komandanına hansı sualları verib?
Hadisə baş verəndən bir müddət sonra o vaxtkı baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında Rail Rzayevin qətlə yetirilməsindən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə olunduğunu və oradan bəzi maddi əşyaların oğurlandığını bildirmiş, general-leytenantın köməkçisi Aydın Rəfiyev başda olmaqla daha bir neçə şəxsin bu qanunsuz əməllərin gizlədilməsində iştirak etdiyini vurğulamışdı. Baş prokuror həmçinin saxlanılan şəxslərin Rail Rzayevin qətlində bilavasitə iştirakının olub-olmamasının da araşdırıldığını qeyd eləmişdi.
2010-cu ilin noyabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin(indiki Bakı Ağır Cinayətlər Məhkəməsi – E.M) qərarı ilə Aydın Rəfiyev 9, onun oğlu Anar Rəfiyev 7 il 6 ay, generalın yavəri Anar Həşimov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.
Rail Rzayev sıradan biri yox, müharibə vəziyyətində olan bir dövlətin olduqca mühüm, strateji əhəmiyyətli qoşun növünün komandanı idi. O, Azərbaycan müstəqillik əldə etdikdən sonra öldürülən 3-cü yüksək rütbəli hərbçi idi. Buna qədər 1993-cü ildə Ali Hərbi Dənizçilik Məktəbinin admiralı Eduard Hüseynov, 1994-cü ildə isə Prezident yanında Xüsusi İdarənin rəhbəri Şəmsi Rəhimov qətlə yetirilmişdi.
Qətllə bağlı bu günə qədər istintaqın, rəsmilərin cavab vermədiyi suallar var. Məsələn, müdafiə nazirinin müavini olan Rail Rzayevin Azərbaycanın Müdafiə Nazirliyindəki kabinetinə ondan icazəsiz kim girməyə cürət edərdi? Xaincəsinə öldürülən generalın yavərinə onun kabinetindəki seyfi kim açdıra bilərdi? Seyfi açdıran şəxs oradan hansı sənədləri götürüb?
Aydındır ki, Rail Rzayevin qətli birmənalı olaraq xaincəsinə siyasi terror olayıdır. Qətldən sonra Eldar Mahmudovun nağılvari versiyaları ortaya atması da məsələnin mahiyyətindən yayındırılmasına xidmət edirdi.
Rail Rzayev 1992-ci ildən etibarən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edirdi. O, bir sıra orden və medallara layiq görülmüş, o cümlədən Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdi.
Keçmiş hərbçilər Rail Rzayevin qətlinin səbəblərini onun tutduğu vəzifədə axtarmağı doğru sayırlar. Deyirlər ki, bu terror aktı onun xidməti fəaliyyəti ilə bağlı olan məsələdir. Ona görə ki, Rail Rzayev 17 il ərzində Müdafiə Nazirliyinin rəhbər şəxslərindən biri olub. Bu illər ərzində o, çox məsələləri dərindən bilib. Üstündən 16 il ötsə də, əmindirlər ki, bir sıra məsələlərin içərisində olan Rail Rzayevin qətlinin sırf onun işi ilə bağlı olmasını araşdırmaq gərəkdir.
Onun ölümündən sonra yayılan və bu günə qədər təkzib edilməyən məlumatlara görə, Rail Rzayev fevralın 4-5-dən izləndiyini bilib. Hətta bu haqda raportla o dövrdə müdafiə naziri və birbaşa tabe olduğu Səfər Əbiyevə, həmin vaxt milli təhlükəsizlik naziri postunu tutan Eldar Mahmudova məlumat verib. 1 həftə sonra isə onu qətlə yetiriblər. Onun raportla izləndiyini məlumatlandırdığı 2 vəzifəli şəxsin sonrakı davranışları da müəmmalıdır. Hadisə baş verən gün ölkə Prezidenti Küveytdə səfərdə idi. Olay baş verəndən dərhal sonra Azərbaycana qayıdıb təcili olaraq Təhlükəsizlik Şurasının iclasını keçirdi. Həmin iclasa Rail Rzayevin raportuna reaksiya verməyən Eldar Mahmudov qatılmadı. Onu müavini Hilal Əsədov əvəzləyirdi. Rail Rzayevin raportunu almış Səfər Əbiyevdən də xəbər olmadı. Müavininin dəfnində, yasında belə iştirak etmədi. Mətbuata da açıqlama vermədi, qətlin açılması üçün səsini də qaldırmadı. Sonradan Eldar Mahmudov bu qətl işi haqda bir neçə dəfə mətbuata açıqlamalar vermiş, general-leytenantın qətlinin 2 ailəsi arasında mülk üstündə yaranmış mübahisəyə görə baş verə biləcəyini dilə gətirmişdi. Rail Rzayevin 2-ci həyat yoldaşı isə Eldar Mahmudovun bu açıqlamalarını özlərinə təhqir hesab edərək məhkəməyə sənədlər hazırlamışdı. Bu haqda general-leytenantın qızı Rahilə Rzayeva “Yeni Müsavat”a müsahibəsində də (bax bu linkdə: https://musavat.com/news/qetle-yetirilen-generalin-qizindan-sok-aciqlamalar-sirler-acilir_324354.html ) demişdi.
Həmin müsahibədən sitat: “Eldar Mahmudov vaxtilə Rail Rzayevin qətli ilə bağlı belə bir versiya səsləndirmişdi ki, guya anamın qohumları mülk üstündə onu qətlə yetiriblər. Bu, çox gülünc versiya idi. O dövrdə anam Eldar Mahmudovu məhkəməyə vermək istəyirdi. Sonradan məsləhət görülmədi. İstintaqda o vaxt məsələ qalxmışdı ki, işdə zərərçəkən kimi mənim anamı tanısınlar. Eldar Mahmudov yerində olan kadr deyildi. Yoxlanılmamış bir versiyanı, sadəcə, nəsə deməyin xətrinə ortaya atırdı. Əsl çekist, kəşfiyyatçı elə bir gülünc versiyanı dilinə gətirməzdi. Eldar Mahmudov həmin versiyanı deyəndən sonra anam güc nazirlərindən birinin yanına getdi. Dedi ki, versiyanız varsa, qoyun ortaya. Yoxdursa, onun versiyaları olan məqaləni ləğv edin.
Jurnalist deyilən versiyanı yazır, amma həmin versiyanın arxasında bizim həyatımızın olduğu nəzərə alınmır. Qətldən sonra elə qüvvələr ortaya çıxdı ki, 1-ci ailəsi ilə 2-ci ailəsinin arasını yalanları ilə qatıb-qarışdırmaq istədilər. O qədər primitiv söhbətlər ortaya atırlar ki... Mal-mülk... Amma həyat göstərdi ki, anam çox müdrik, gözütox qadındır. Anama dəfələrlə deyiblər, o da deyib ki, mən heç kəslə mal-mülk davası etməyəcəyəm. Nə verilir verilir, verilmirsə, verilmir".
Bundan başqa, Rahilə Rzayeva atasının qətlindən 1 həftə əvvəl izlənməsi haqda raportla o dövrdə müdafiə naziri olan Səfər Əbiyevə, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət etdiyini təsdiqləmişdi.
Sitat: “Rail Rzayev izlənirdisə, bu barədə rəhbərliyi, xüsusi xidmət orqanlarını məlumatlandırmışdı. Niyə onlar tədbir görməyiblər, hərəkətə keçməyiblər? MTN-ə, öz nazirinə müraciət etmişdisə, bunlar hara baxırdılar?”
Bu sualların cavabı bu günə qədər verilməyib. Rail Rzayevin qətlindən sonra Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə və ya sifarişlə qəsdən adam öldürmə) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə cinayət başlanan cinayət işi nəticəsizdir.
- Bu ərəb ölkəsində türk dili ikinci rəsmi dil oldu
19 fevral 2025 00:48
- Prezident və birinci xanım Ağdama səfər edib (YENİLƏNİB)
18 fevral 2025 15:18
- Bakıya bu tarixdə güclü qar gəlir!
17 fevral 2025 15:55
- Çar Nikolayı yıxan Kerenskinin SSRİ-ni qəzəbləndirən MÜSAHİBƏSİ
16 fevral 2025 19:57
- Səbail Bələdiyyəsinin namizədləri burada yaşamır. Hətta burada qeydiyyatları belə yoxdur..
14 fevral 2025 17:50
- KOBİA nümayəndə heyəti Veysəloğlu-na məxsus Məhəmmədi Logistika Mərkəzini ziyarət edib-FOTO
14 fevral 2025 13:12
- GƏMRİK generalı yüksək vəzifəyə təyin edildi
14 fevral 2025 12:32
- Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
10 fevral 2025 19:44
- Yalnız iki vedrə su və yorğanlardan istifadə ediblər
10 fevral 2025 18:42
- 13 il əvvəl Dəməşqdə generalları kim öldürmüşdü?- Əsədin BАLDIZI sirləri açdı
9 fevral 2025 22:34
- Ötən il ölkədə RÜÇVƏTLƏ bağlı CƏMİ 30 cinayət qeydə alınıb ))– Rəsmi
19 fevral 01:41
- Oqtay Əsədov ortaya çıxdı - FOTO
19 fevral 01:23
- Bu ərəb ölkəsində türk dili ikinci rəsmi dil oldu
19 fevral 00:48
- Çingiz Mustafayev belə öldürülüb
19 fevral 00:33
- Mirmahmud Mirəlioğluna nə olub? (AÇIQLAMA/YENİLƏNİB)
18 fevral 21:56
- Yetim qalmışdım, hara gedəcəyimi bilmirdim, axşama kimi ağladım – 94 yaşlı Nəriman Həsənzadə ilə MÜSAHİBƏ
18 fevral 19:29
- İlham Əliyev yenidən MOK-un prezidenti seçildi - Fotolar
18 fevral 17:41
- Prezident və birinci xanım Ağdama səfər edib (YENİLƏNİB)
18 fevral 15:18
- İlyas İsmayılov dəfn olundu - Fotolar - Yenilənib
18 fevral 13:30
- Veysəloğlu Şirkətlər Qrupu ərzaq sektorunda vergi ödəyiciləri arasında lider mövqeyə sahib oldu
18 fevral 13:17
- İlham Əliyevdən qambiyalı həmkarına məktub
18 fevral 12:34
- Azərbaycanda qadınların pensiya yaşı ARTIRILIR: YENİ RƏQƏM
18 fevral 11:54
- Xaricdən gətirilən palma yağının miqdarı 42%, qiyməti isə 10% artıb
18 fevral 00:46
- Zelenski Türkiyədə səfərdədir VİDEO
17 fevral 23:59
- Azərbaycanın Meksika ilə ticarəti 38 DƏFƏ artıb: Heç nə satmamışıq, amma...
17 fevral 22:10
- Şahin Bağırov elmlər doktoru elmi dərəcəsini satır - Ali Attestasiya Komissiyasının əngəlləri məni bezdirdi...
17 fevral 19:59
- Azərbaycandan bu ölkələrə 105 min manatlıq HEYKƏLLƏR satılıb
17 fevral 19:14
- Prezident Azər Qasımovu vəzifəsindən azad etdi
17 fevral 18:32
- Köçəryan Araikdən danışdı
17 fevral 16:39
- Cənubi Qafqazda ƏN BƏRBАD BАNK sektoru hansı ölkədədir?
17 fevral 16:26
- Bakıya bu tarixdə güclü qar gəlir!
17 fevral 15:55
- Bəy toy günü həyəcandan öldü - VİDEO
17 fevral 15:33
- İlyas İsmayılov vəfat etdi
17 fevral 14:21
- Prezident İlham Əliyev fərman imzaladı
17 fevral 13:23
- Bərdənin marşal deputatı - Brejnevin pilotu, nazir Buqayev 21 il ölkəmizi təmsil edib
17 fevral 13:12
- İran Prezidenti azərbaycanca şeir dedi - Video
17 fevral 00:35
- Azərbaycan QOZ və qoz ləpəsini hansı ölkələrdən və neçəyə alır?
16 fevral 23:55
- 3 uşaqlı valideynləri sevindirəcək təklif: 100 mindən çox ailə...
16 fevral 23:25
- Bu ərazilərimizdən imtina edəcəyik - Zelenskidən ŞOK
16 fevral 22:18
- Azərbaycanın ən böyük zavodlarından birinin 14 MILYON VERGİ BORCU var
16 fevral 21:30