Sadıkovun bacısı oğlu “Tərtər işi”ndən DANIŞDI: “Hamısı orada idi”
O, işgəncələrin şahidi olsa da, kiməsə nəsə deməyə ehtiyac görmədiyini deyib: “Çünki səlahiyyətlilər hamısı orada idi”; Zərərçəkənlər israrla sabiq Baş Qərargah rəisinin dindirilməsini tələb edir
Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi”ndəki işgəncələrə görə bir qrup hərbi qulluqçu - “N” saylı hərbi hissənin komandiri, polkovnik Vüsal Ələsgərovun, həmin hərbi hissənin qərargah rəisi, mayor Rəşid Niftəliyevin, əsgər Ramil Qarayevin və çavuş Rüstəm Ələsgərovun məhkəməsi davam edir.
Məhkəmə iclaslarına hakim Zeynal Ağayev sədrlik edir. 2017-ci ilin may-iyun aylarında Tərtərdə hərbçilərə qarşı kütləvi işgəncələrə görə zərərçəkənlərin ittiham etdiyi səlahiyyətlilərdən biri də o dövrdə Baş Qərargah rəisi olan Nəcməddin Sadıkovdur. Zərərçəkənlər Nəcməddin Sadıkovun heç olmasa, məhkəməyə çağrılıb dindirilməsini tələb edirlər.
“Mən orada bəlkə də
10-cu adam idim. Mənim kiməsə nəsə deməyimin mənası yox idi...”
Nəcməddin Sadıkov özü olmasa da, onun bacısı oğlu, general-mayor Ramil Əsgərov “Tərtər işi” üzrə məhkəməyə çağrılaraq dindirilib. O, həmin hadisələr vaxtı işgəncə verməkdə ittiham olunanlardan 4 nəfərin məhkəməsində şahid qismində ifadə verib. Ramil Əsgərov Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi olub. O, məhkəmədə sualları cavablandırarkən məlum olub ki, 2020-ci ildə 44 günlük müharibə gedən dövrdə vəzifəsindən azad edilib. Məhkəmədə deyib ki, həmin il oktyabrın 23-də öz ərizəsi ilə işdən çıxıb. Ramil Əsgərov bildirib ki, 2017-ci il mayın 7-də rəhbərliyin göstərişi ilə Tərtərə gedib. Həmin vaxt Tərtərdə gedən istintaqa kömək məqsədilə göndərilib. Çünki onun rəhbərlik etdiyi idarədə də təcrübəli təhqiqatçılar olub. General-şahid etiraf edib ki, orada hərbçilərə qarşı bir sıra qanunsuz hərəkətlərin şahidi olublar. Məsələn, dindirməyə cəlb olunanların əlləri, gözləri bağlı vəziyyətdə saxlanması, pəncərədən atılma halları və s. Məhkəmədə zərərçəkənlər də, vəkillər də Ramil Əsgərovdan soruşub ki, bəs niyə hərbçilərə qarşı qanunsuzluqlara, işgəncə hallarına müdaxilə etmədi, baş verənlər barədə Müdafiə Nazirliyinin rəhbərliyinə məruzə eləmədi?
“Mən orada bəlkə də 10-cu adam idim. Mənim kiməsə nəsə deməyimin mənası yox idi...”, - deyən Ramil Əsgərov əlavə edib ki, məruzə eləməyə ehtiyac yox idi: “Çünki Hərbi Prokurorluq da daxil olmaqla, səlahiyyət sahibləri orada idi”.
Onun sözlərinə görə, üstəlik, korpus komandiri, general Hikmət Həsənov da telefonla mütəmadi rəhbərliyə məruzə edirdi. Bununla belə, Ramil Əsgərov təsdiqləyib ki, Nəcməddin Sadıkovun bacısı oğlu olduğuna görə müəyyən qədər ondan çəkinirdilər.
Ali Məhkəmənin kollegiya sədrinin polkovnik oğlu da ifadə verdi - məhkəmədə gərginlik yaşandı
Tərtərdəki işgəncələrdə ən çox adı hallananlardan biri Cəfər Seyidovdur. O, 2007-2017-ci illərdə Bakı şəhər prokuroru, ondan sonra isə Ali Məhkəmənin hakimi olan Əziz Seyidovun oğludur. Məhkəmədə dindirilən zərərçəkmişlər deyir ki, işgəncələr mayın 1-dən başlasa da, bir neçə gün sonra Tərtərə Cəfər Seyidovun rəhbərliyi altında “Sualtı Hücum” (SAH) Dəniz Xüsusi Təyinatlıları gətirilib. Onlar saxlanılan hərbçilərə uzun müddət ağlasığmaz işgəncələr verib.
Məhkəmədə şahid qismində dindirilən polkovnik Cəfər Seyidov özünün və komandiri olduğu qüvvələrin işgəncələrdə iştirakı haqda zərərçəkənlərin dediklərini qəbul eləməyib. O bildirib ki, işgəncələrdə iştirak etməyiblər. Tərtərə gəlişlərinin məqsədi isə sorğuya cəlb olunan hərbçilərin saxlandığı köhnə qərargah binasının mühafizəsinin təşkili olub. Həmçinin həmin hadisələr zamanı yaralı hərbçiləri hospitallara aparmaq lazım olanda, bu işləri də görüblər. Cəfər Seyidov iddia edib ki, işgəncələrin şahidi olmayıb. Hərçənd, orada olduğu müddətdə kiminsə sözügedən qərargah binasının ikinci mərtəbəsindən özünü atıb öldürdüyünü eşidib. Onda da təəccüblənib: “Fikirləşdim ki, axı pəncərədə barmaqlıq var, necə atıb özünü?”
Cəfər Seyidovun ifadəsi, onun suallara cavablarından sonra onunla zərərçəkənlər arasında gərginlik yaşanıb. Zərərçəkmişlər Cəfər Seyidovun yalan danışdığını bildiriblər. Onlar vurğulayıb ki, Tərtərdəki işgəncələrə görə həbs olunmalı əsas şəxslərdən biri məhz Cəfər Seyidovdur.
Xatırladaq ki, ötən prosesdə şahid qismində Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinə rəhbərlik etmiş, 2 il yarımdır ehtiyatda olan general-mayor Rasim Əliyev ifadə verərkən Cəfər Seyidovun adı hallanmışdı.
Rasim Əliyev məhkəmədəki ifadəsində bildirib ki, 2017-ci ilin may-iyun aylarında Tərtərdə hərbçilərə qarşı işgəncələr Baş Qərargah rəisi Nəcməddin Sadıkovun razılığı ilə həyata keçirilib. İşgəncə prosesi 2017-ci il mayın 1-dən başlayıb. Rasim Əliyevin sözlərinə görə, Tərtərə mayın 9-da ezam olunub. Orada işgəncəyə məruz qalmış, əlləri, gözləri bağlı yüzlərlə hərbçi görüb: “Həmin vaxt Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Rauf Kişiyev də orada idi. Rauf Kişiyev dedi, bunları başa sala bilmirəm ki, belə olmaz. Tərtərdə proseslərə rəhbərlik edən şəxs o zaman korpus komandiri olan general Hikmət Həsənov, korpusun hüquqşünası Fuad Ağayev idi”. Şahid ifadəsində “Dəniz piyadaları”nın komandiri Cəfər Seyidov və tabeliyindəki heyətin Tərtərə gəlib, orada hərbçilərə qarşı işgəncələrdə iştirak etməsindən də danışmışdı...
Ötən prosesdə də Tərtər hadisələrində işgəncəyə məruz qalmış zərərçəkənlər o dövrdə Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıqovun məhkəməyə gəlməsini tələb ediblər.
Tərtər hadisələri zamanı dövlətə xəyanət ittihamı ilə həbs olunub, 2022-ci ilin dekabrında bəraət alaraq, azadlığa çıxan Müşfiq Əhmədli məsələyə belə münasibət bildirib: “Sizin kimi generalların ucbatından mənim həyatım məhv olub. Ailəm dağılıb. Çünki məni vətən xaini hesab edib yoldaşım. İllərim həbsxanada keçib. Psixoloji vəziyyətim bu gün də gərgindir. Bunları heç nə ilə geri qaytara bilməzsiniz”.
Vəkillərdən biri şahid general-mayor Rasim Əliyevdən Hikmət Həsənovun ona zəng eləməsi, Baş Qərargah rəisindən göstəriş alması, nə qədər ölən olsa belə, dayanmayacaqları, sorğu-sual və işgəncələri davam etdirəcəkləri barədə istintaqdakı ifadəsini təsdiq edib-etmədiyini soruşub. General-mayor suala belə cavab verib:
“Hikmət Həsənov mənə dedi ki, Baş Qərargah rəisi mənə ”dobro" verib. Ölənlər olsa belə, davam edəcək".
- Agentliyin sədr müavinini döyən QAZİ-yə 2 İL CƏZA VERİLDİ
2 yanvar 2025 17:29
- Qazi bacısını niyə öldürüb? - ŞOK TƏFƏRRÜAT
2 yanvar 2025 15:12
- Natiq Qasımovun doğum günüdür
2 yanvar 2025 13:13
- Lalə Şövkət siyаsətə qаyıdır
2 yanvar 2025 00:11
- Zelenski azərbaycanlını yüksək vəzifəyə TƏYİN ETDİ
1 yanvar 2025 11:21
- Bu gündən minimum aylıq əməkhaqqı 400 manat oldu
1 yanvar 2025 11:06
- Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)
31 dekabr 2024 15:03
- Qazımız, liftimiz yoxdur, 12-ci mərtəbəyə ayaqla qalxırıq - Kat Holding
31 dekabr 2024 00:03
- Rus hərbçilər Ermənistan-İran sərhədinini TƏRK ETDİLƏR
30 dekabr 2024 18:51
- Azərbaycanın xanım Milli Qəhrəmanları: Onlar neçə nəfərdi? - ADLAR
30 dekabr 2024 13:31
- Agentliyin sədr müavinini döyən QAZİ-yə 2 İL CƏZA VERİLDİ
02 yanvar 17:29
- Kimin yolkası daha hündür olub? – MDB ölkələrinin siyahısı
02 yanvar 17:00
- Qazi bacısını niyə öldürüb? - ŞOK TƏFƏRRÜAT
02 yanvar 15:12
- Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində
02 yanvar 13:41
- Natiq Qasımovun doğum günüdür
02 yanvar 13:13
- Tarif şurasından QƏRAR: Suyun, İşığın, Qozun QİYMƏTİ QАLXDI
02 yanvar 12:49
- Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ
02 yanvar 12:01
- 2700 illik hakimiyyət - tarixin ən uzunömürlü imperiyası
02 yanvar 11:53
- Milli Qəhrəman Polad Həşimovun doğum günüdür
02 yanvar 11:41
- Lalə Şövkət siyаsətə qаyıdır
02 yanvar 00:10
- Azərbaycanda 20 uşağa Ərdoğan adı qoyulub
01 yanvar 22:25
- Çingiz Abdullayevi Yazıçılar İttifaqına А.Mütəllibov göndərmişdi - Əkrəm Əylisli
01 yanvar 20:56
- Türk izləri İslandiyadan Skandinaviya yayılır: Odin’in nəvələri türkcə danışırmış
01 yanvar 14:37
- Mixeil Saakaşvili türmədən açıqlama verdi: İlham Əliyevin hərəkətlərinə heyranam
01 yanvar 13:17
- Ukrayna rus qazının tranzitini dayandırdı: Bu, tarixi hadisədir
01 yanvar 12:35
- Zelenski azərbaycanlını yüksək vəzifəyə TƏYİN ETDİ
01 yanvar 11:21
- Bu gündən minimum aylıq əməkhaqqı 400 manat oldu
01 yanvar 11:06
- Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib (YENİLƏNİB)
01 yanvar 10:55
- NАR Yeni il sevincini ucqar kəndlərdə yaşayan uşaqlarla paylaşıb
31 dekabr 21:36
- Elmi-lədun hesablama - Yaradanın riyazi möhürü: 286 rəqəminin sirri
31 dekabr 21:23
- Naringinin ...ziyanı
31 dekabr 17:24
- Həmrəylik milli varlığımızın əsas şərtidir - Millət vəkili Cavanşir Feyziyev
31 dekabr 15:25
- Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)
31 dekabr 15:03
- Suriya tarixində İLK DƏFƏ
31 dekabr 12:27
- İşdən çıxarılan general yeni vəzifəyə təyin edildi
31 dekabr 11:22
- Mehriban Əliyeva: Qoy yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsunlar
31 dekabr 11:13
- 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
31 dekabr 10:59
- Qazımız, liftimiz yoxdur, 12-ci mərtəbəyə ayaqla qalxırıq - Kat Holding
31 dekabr 00:03
- İlham Əliyevdən 31 Dekabr PAYLAŞIMI
30 dekabr 22:13
- Qadınları fahişəliyə cəlb edən gənclər cəzalandırıldı
30 dekabr 21:00