Baş həkim azadlığını qorusa da, 1 MİLYON dəyəri olan QAMO-nu itirdi
Masallı Rayon Mərkəzi Xəstəxanasının korrupsiyada ittiham olunan sabiq baş həkimi Cəlil Nəzərov və köməkçisi Təranə Əliyevanın məhkəməsi yekunlaşıb. Bir neçə gün əvvəl elan edilmiş hökmə əsasən, hər iki müttəhimə şərti cəza verilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəlil Nəzərovun Masallı rayonunun Miyankü kəndində yerləşən “Qamo” İstirahət Mərkəzi dövlət nəfinə müsadirə edilib.
Cənub zonasının məşhur istirahət mərkəzinin bazar dəyəri 1 milyon manatdan çoxdur. 68 yaşlı həkim “Qamo”nu oğlu Xaliq Nəzərovun adına rəsmiləşdirib. Mediada yayılan məlumatlarda yazılır ki, Masallının və ətraf rayonların vəzifəli şəxsləri vaxtaşırı istirahət mərkəzinin qonağı olurmuş.
Məlumat üçün deyək ki, prokuror Cəlil Nəzərova 12 il 6 ay həbs cəzası tələb etmişdi. Hakimlər keçmiş baş həkimin ağır xəstə olduğunu nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı cəza verməyib.
Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ardıcıl iki dəfə Masallı rayon mərkəzi xəstəxanasında əməliyyat keçirib. Birinci əməliyyatdan sonra baş həkim Cəlil Nəzərov və Təranə Əliyevə cinayət məsuliyyətinə cəlb edilib. Onlar vəzifə saxtakarlığı etməklə külli miqdarda dövlət vəsaitini mənimsəməkdə, rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda ittiham ediliblər.
İkinci əməliyyat zamanı isə sözügedən xəstəxanada daha sonrakı baş həkim Eşqin Əliyev korrupsiyada ittiham edilib, ona bir neçə ay əvvəl 8 il 6 həbs cəzası verilib.
Sail Ağasəlim
- Bu yolla qara ciyərinizi təmizləyə bilərsiniz
3 iyul 2024 21:38
- Rəfail Mehdiyev işdən çıxarıldı - Yeni təyinat
3 iyul 2024 12:16
- Dövlət bir şagirdə 6400 manat xərcləyir” – Adambaşı maliyyələşmənin DETALLARI
3 iyul 2024 11:47
- Hazırda nişanlı olan qohumların nikahına icazə veriləcək?
2 iyul 2024 12:13
- Prezident "Zəngilan" tankerinin istismara verilməsi mərasimində iştirak etdi (FOTO/YENİLƏNİB)
2 iyul 2024 11:55
- Edamdan əvvəl lüt soyundurulan admiral – bu cəza Hitlerin şəxsi göstərişi olub..
2 iyul 2024 00:10
- NAR-ın bu departamentinə yeni direktor təyin edildi
1 iyul 2024 21:39
- Oqtay Əsədova bağlı olduğu deyilən şirkət 370 minlik tender qazandı
1 iyul 2024 21:24
- Zakir Sultanov azadlığa buraxıldı
1 iyul 2024 21:08
- NAR komandası Breyn Rinq yarışının qalibi oldu
1 iyul 2024 15:24
- Yoldaşı vəfat etmiş Cavan Zeynallı tanınmaz hala düşdü (FOTO)
04 iyul 00:03
- Bu yolla qara ciyərinizi təmizləyə bilərsiniz
03 iyul 21:38
- İlham Əliyev, Ərdoğan və Şahbaz Şərif arasında üçtərəfli görüş oldu - Fotolar
03 iyul 21:11
- Azərbaycanda məmurun qulağını KƏSDİLƏR – FOTO
03 iyul 20:37
- İlham Əliyev Astanaya getdi
03 iyul 12:28
- Rəfail Mehdiyev işdən çıxarıldı - Yeni təyinat
03 iyul 12:16
- Dövlət bir şagirdə 6400 manat xərcləyir” – Adambaşı maliyyələşmənin DETALLARI
03 iyul 11:47
- Səlim Müslümova ağır itki
03 iyul 00:23
- Hazırda nişanlı olan qohumların nikahına icazə veriləcək?
02 iyul 12:13
- Prezident "Zəngilan" tankerinin istismara verilməsi mərasimində iştirak etdi (FOTO/YENİLƏNİB)
02 iyul 11:55
- Fəxrəddin Qoca işdən çıxarıldı
02 iyul 10:41
- Azərbaycan Polisinin yaranmasından 106 il ötür
02 iyul 00:37
- Edamdan əvvəl lüt soyundurulan admiral – bu cəza Hitlerin şəxsi göstərişi olub..
02 iyul 00:10
- NAR-ın bu departamentinə yeni direktor təyin edildi
01 iyul 21:39
- Oqtay Əsədova bağlı olduğu deyilən şirkət 370 minlik tender qazandı
01 iyul 21:24
- Zakir Sultanov azadlığa buraxıldı
01 iyul 21:08
- Ötən ay Bakıda 198 ağac və kol kəsilib, təbiətə 413 min manatdan artıq ziyan vurulub
01 iyul 15:39
- NAR komandası Breyn Rinq yarışının qalibi oldu
01 iyul 15:24
- ƏHD Partiyasından YAP-a çağırış - 83 dairədən çox namizəd irəli sürmə!
01 iyul 13:34
- Ziyarət başa çatıb, HƏCİLƏRİMİZ Vətənə qayıdır
01 iyul 13:10
- Əminik ki, Azərbaycan dövləti, nəhayət, Zakir Fərəcova və əlaltılarına ciddi dərs verəcək..
01 iyul 12:48
- Natiq Cəfərli qərarını verdi - Bu dairədən namizəd olacaq
01 iyul 12:23
- Bu gündən qadınların pensiya yaşı 64 oldu
01 iyul 11:40
- İlham Əliyev səfirləri qəbul etdi - Yenilənir
01 iyul 11:19
- Makronun koalisiyası seçkidə uduzdu - Video - Yenilənib
01 iyul 10:53
- Baş həkim azadlığını qorusa da, 1 MİLYON dəyəri olan QAMO-nu itirdi
01 iyul 10:48
- ZİBİL PULU 3 dəfədən çox artırıldı – Rəsmi
01 iyul 02:02
- Avtobus və metroda gedişhaqqı 50 qəpik oldu
30 iyun 21:26
- BENZİN BAHALAŞDI
30 iyun 20:57
- Məni döyə-döyə apardılar, pullarım dağıntılar altında qaldı - Video
30 iyun 20:47