Onlara Qarabağ Universitetində vəzifə verildi (SİYAHI)
![](https://www.nuh.az/uploads/posts/2024-05/thumbs/big_1716994592_qaruniv.jpg)
Xankəndi şəhərində fəaliyyətə başlayan Qarabağ Universitetinə fakültə dekanları (proqram rəhbərləri) seçilib.
Bu barədə Qaynarinfo-ya Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Belə ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramovun əmri ilə Pedaqoji fakültəyə dekan Kəklik Gözəlova, Sosial elmlər fakültəsinə dekan Elmar Mustafayev, İncəsənət fakültəsinə isə dekan Türkər Qasımzadə təyin olunub.
Pedaqoji fakültənin dekanı Kəklik Gözəlova filologiya elmləri namizədidir. Kəklik Gözəlova Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsində bakalavr və magistr təhsili alıb. ABŞ-nin Corc Vaşinqton Universitetində strateji layihə idarəetməsi üzrə magistratura təhsili alan Kəklik Gözəlova bir müddət Azərbaycan Dillər Universitetində baş müəllim, dosent işləyib. Müxtəlif illərdə Bakı Ali Neft Məktəbində İngilis dili və humanitar fənlər kafedrasının müdiri, Davamlı təhsil fakültəsinin dekanı işləyən Kəklik Gözəlova daha sonra Qərbi Kaspi Universitetində Filologiya və tərcümə fakültəsinin dekanı və prorektor olaraq fəaliyyətini davam etdirib. Bu günədək isə Azərbaycan Universitetində Tərcümə və filologiya kafedrasının müdiri vəzifəsində çalışıb.
Sosial elmlər fakültəsinin dekanı Elmar Mustafayev beynəlxalq münasibətlər tarixi üzrə fəlsəfə doktorudur. Elmar Mustafayev İtaliyanın Sapienza Universitetinin Beynəlxalq münasibətlər fakültəsində magistr təhsili alıb. O, 2016-cı ildə Xəzər Universitetində Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasında akademik koordinator və müəllim, 2019–2021-ci illərdə isə Siyasi elmlər və fəlsəfə kafedrasının müdiri işləyib. Xəzər Universitetindəki fəaliyyəti dövründə nüfuzlu "Jean Monnet” layihəsinin qalibi və koordinatoru olub. 2021–2024-cü illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyində Akkreditasiya və lisenziya şöbəsinin müdiri vəzifəsində çalışıb. Hazırda Xəzər Universitetinin müəllimidir. Elmar Mustafayev İtaliya Siyasi Assosiasiyasının (SISP) Rusiya və postsovet məkanı üzrə daimi qrupunun üzvüdür.
İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadə "Cadenza” orkestrinin bədii rəhbəridir. Bakı Musiqi Akademiyasını bəstəkarlıq ixtisası üzrə bitirən Türkər Qasımzadə ABŞ-nin Manhetten Musiqi Məktəbində eyni ixtisas üzrə magistratura, Sinsinnati Universitetində isə doktorantura təhsili alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rektorun müşaviri olan Türkər Qasımzadə həm də Bakı Musiqi Akademiyasında müəllim işləyir. Türkər Qasımzadə ixtisası üzrə Küveytdə yerləşən Orta Şərqin Amerika Universiteti, Azərbaycan Dövlət Milli Konservatoriyası, ADA Universiteti, Sinsinnati Universitetində professor olaraq çalışıb. Türkər Qasımzadə həmçinin Moldovanın Musiqi, Teatr və Rəqs Akademiyası, ABŞ-nin Manhetten Musiqi Məktəbi, San-Fransisko Dövlət Universiteti və Norveçin Stavanger Universitetində ustad dərsləri keçib.
Oxşar xəbərlər
- Prezident Şuşada açılışlar etdi (YENİLƏNİB)
5 iyul 2024 13:18
- Rasputini öldürən, Stalinin qorxduğu azərbaycanlı
5 iyul 2024 12:35
- Müsavatdan 10 nəfərə vəzifə veriləcək - ŞOK PLAN
5 iyul 2024 11:57
- Azərbaycanda anormal istilər - Günün altında 50 dərəcə...
5 iyul 2024 11:03
- Prezident "Zəngilan" tankerinin istismara verilməsi mərasimində iştirak etdi (FOTO/YENİLƏNİB)
2 iyul 2024 11:55
- Ötən ay Bakıda 198 ağac və kol kəsilib, təbiətə 413 min manatdan artıq ziyan vurulub
1 iyul 2024 15:39
- Əminik ki, Azərbaycan dövləti, nəhayət, Zakir Fərəcova və əlaltılarına ciddi dərs verəcək..
1 iyul 2024 12:48
- Baş həkim azadlığını qorusa da, 1 MİLYON dəyəri olan QAMO-nu itirdi
1 iyul 2024 10:48
- Azərbaycanlı qıza görə dinini dəyişdi: Virtual dünyadan başlayan eşq (FOTOLAR)
29 iyun 2024 15:37
- Nə qədər ki, o, hakimiyyətdədir, Azərbaycanla yeni savaş başlanmasına yol verməyəcək...
29 iyun 2024 11:54
Xəbər lenti
- Prezident Şuşada açılışlar etdi (YENİLƏNİB)
05 iyul 13:18
- Elektrik dirəyi aşdı - Mantyor yerə yıxılıb ÖLDÜ
05 iyul 13:10
- Rasputini öldürən, Stalinin qorxduğu azərbaycanlı
05 iyul 12:35
- Sərdar Cəlaloğlu niyə Naxçıvanı seçdi? - Sonuncu seçkimdir
05 iyul 12:22
- Müsavatdan 10 nəfərə vəzifə veriləcək - ŞOK PLAN
05 iyul 11:57
- Kafedə müştəri xanım ofisiantın başına külqabı ilə vurdu - QƏRAR
05 iyul 11:37
- Azərbaycanda anormal istilər - Günün altında 50 dərəcə...
05 iyul 11:03
- Anar Cəbrayıllı yeni vəzifəyə təyinat aldı
05 iyul 10:50
- İranda prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb
05 iyul 10:32
- İlham Əliyev Xocalı hava limanında olub
05 iyul 10:23
- Ersin Tatar Azərbaycana gəldi
05 iyul 10:10
- Azərbaycanlı boksçu RUS DONUZU dedi və yarışlardan ömürlük kənarlaşdırıldı
04 iyul 23:34
- Prezidentin Qazaxıstana səfəri başa çatdı
04 iyul 22:25
- BAKCELL ölkədə ilk dəfə VoWiFi texnologiyasını təqdim edib
04 iyul 22:19
- Filarmoniyada ƏMƏLİYYAT keçirildi
04 iyul 21:59
- Müsavat seçkilərlə bağlı qərarını verdi
04 iyul 21:51
- DİQQƏT! Yeməklərdə istifadə etdiyimiz bu qida insanları qəfil öldürür
04 iyul 08:32
- Yoldaşı vəfat etmiş Cavan Zeynallı tanınmaz hala düşdü (FOTO)
04 iyul 00:03
- Bu yolla qara ciyərinizi təmizləyə bilərsiniz
03 iyul 21:38
- İlham Əliyev, Ərdoğan və Şahbaz Şərif arasında üçtərəfli görüş oldu - Fotolar
03 iyul 21:11
- Azərbaycanda məmurun qulağını KƏSDİLƏR – FOTO
03 iyul 20:37
- İlham Əliyev Astanaya getdi
03 iyul 12:28
- Rəfail Mehdiyev işdən çıxarıldı - Yeni təyinat
03 iyul 12:16
- Dövlət bir şagirdə 6400 manat xərcləyir” – Adambaşı maliyyələşmənin DETALLARI
03 iyul 11:47
- Səlim Müslümova ağır itki
03 iyul 00:23
- Hazırda nişanlı olan qohumların nikahına icazə veriləcək?
02 iyul 12:13
- Prezident "Zəngilan" tankerinin istismara verilməsi mərasimində iştirak etdi (FOTO/YENİLƏNİB)
02 iyul 11:55
- Fəxrəddin Qoca işdən çıxarıldı
02 iyul 10:41
- Azərbaycan Polisinin yaranmasından 106 il ötür
02 iyul 00:37
- Edamdan əvvəl lüt soyundurulan admiral – bu cəza Hitlerin şəxsi göstərişi olub..
02 iyul 00:10
Video & Fotoqalereya
Video
Fotoqalereya