Anar Məmmədov deputat olmaq istəyir - Ziya Məmmədov qalmaqal çempionu oğlu üçün çalışmalara başladı
Musavat.com -a verilən məlumata görə iş adamı Anar Məmmədov deputat olmaq istəyir. Sabiq nəqliyyat nazirinin qalmaqallar çempionu olan oğlu Azərbaycan parlamentində oturmaq və imicini ‘’sil başdan’’ yeniləmək istəyir. İddialara görə, bu məqsədlə Ziya Məmmədov əlaqələrini işə salaraq, əli çatan instansiyalara xahişdə bulunub. Sadəcə, Məmmədovlar klanının bu planını zədələyən amil Anar Məmmədovla bağlı xarici mediada qəflətən ortaya çıxan məlumatlardır. Bu kampaniya imic təzələməyə hazırlaşan Anar Məmmədovun və bütövlükdə klanın planlarını suya gömə bilər.
Öncə həmin məlumatları xatırlayaq. ABŞ-a məxsus olan Azadlıq Radiosu qəflətən azərbaycanlı iş adamı ilə bağlı sensasion syıla biləcək materiallar dərc etməyə başladı. Həmin materiallar görə, "...Amerika qızartma toyuq zənciri KFC-nin İngiltərədə françayzinqinə 43 yaşlı Anar Məmmədovun milyonlarla dollar xərclədiyini üzə çıxıb. KFC şəbəkəsinə yatırımları Məmmədovun Britaniyadakı biznesinin bir hissəsidir. “Transparency International UK” təşkilatının Britaniya torpaq reyestrindən əldə etdiyi qeydlərə görə, bu portfolioya Londonun ən bahalı küçələrində toplam dəyəri 30 milyon dolları aşan daşınmaz əmlak da daxildir".
Materialda daha sonra vurğulanır: "Azərbaycan mediasında Məmmədovun Britaniyada KFC restoranlarını satın alması barədə 2022-ci ilin sonlarında ilk dəfə məlumat yayılanda onun atası, keçmiş nəqliyyat naziri Ziya Məmmədov oğlunun Britaniyada bir dənə də restoranının olmadığını söyləmişdi.
Ancaq Azadlıq Radiosunun araşdırması A. Məmmədovun hazırda İngiltərənin şimal-qərbində azı 20 restoranının olduğunu üzə çıxarıb. O, anonim ofşor şirkətindən yararlanaraq, azı, 10 il öncədən həmin sərmayəsini yatırmağa başlayıb".
Daha sonra materialda bu məqamlar əks olunub: ‘A.Məmmədov İngiltərənin Liverpul, Uiqan, Bolton və Preston kimi şəhərlərindəki daşınmaz əmlak portfoliosu, yaxud KFC restoranları ilə bağlı açıqlama xahişlərinə cavab verməyib. KFC və onun ABŞ-dakı “Yum! Brands” ana şirkətinə sorğular araşdırma dərc olunanadək cavabsız qalıb.
Telefonla əlaqə saxlanılan Z.Məmmədovsa Azərbaycanın nəqliyyat naziri olduğu dövrdə ona qarşı irəli sürülən ittihamlarla bağlı şərh verməkdən boyun qaçırıb. “Qoy kim nə istəyir, danışsın. Allah hər şeyi görür”, - ata Məmmədov AzadlıqRadiosuna belə deyib.
Z.Məmmədov oğlunun Britaniyadakı KFC biznesinə dair daha öncəki müsahibəsi haqda suala cavab olaraq “Çox sağ olun, salamat qalın. Sağ olun!” deyərək dəstəyi asıb.
A.Məmmədovun İngiltərədəki KFC portfoliosuna indi, azı, 20 restoran daxildir. Bu restoranlar onun Britaniyadakı şirkətinin üç törəmə şirkətinə aiddir.
Britaniyanın Torpaq Reyestrinə aid qeydlər Məmmədovun “Amber Restaurants Limited”, “BJR Foods Limited” və “Colonel Foods Limited” adlı bu üç törəmə şirkətdən burada, azı, 26 məkanı icarəyə götürmək üçün istifadə etdiyini göstərir.
Ən son maliyyə hesabatlarına görə, Məmmədovun “1st Rate Investments (UK) Limited” şirkətinin 2021 və 2022-ci illər üçün orta dövriyyəsi 50 milyon dollar civarında, səhmdarların vəsaitləri isə 2022-ci ildə 7 milyon dollar məbləğində olub.
Maliyyə hesabatları Məmmədovun Britaniya Vircin adalarında nəzarət etdiyi “1st Rate Investments Limited” adlı şirkətin Britaniyadakı KFC bizneslərinə 10 milyon dollardan çox faizsiz kredit göndərdiyini göstərir.
Maliyyə sənədlərindən görünür ki, Məmmədov sonradan öz KFC biznesindən milyonlarla dolları kredit və dividentlər şəklində yenidən özünün Vircin adalarındakı şirkətinə köçürüb’’.
Musavat.com xatırladır ki, Anar Məmmədov Azərbaycan mediasının məşhur personajlarındandır. Bir zamanlar o, ayı əti yeməsi iddiası ilə aylarla gündəmdə olub. (Qəbələdə restoranların birinin həyətində saxlanan ayını böyük məbləğdə pul ödəyərək, kəsdirmiş, ətindən kabab bişirtdirərək, dostları ilə yemişdi - Red.)
"Yeni Müsavat" qəzeti də daxil olmaqla, bu iddia barədə yazan yerli medianı məhkəmələrə cəlb etmişdi.
Həmin zamanlar da Anar Məmmədov imicini dəyişmək üçün lobbiçilik fəaliyyətinə girişmişdi. Atası, ölkənin məşhur korrupsioneri Ziya Məmmədovun vəsaitləri hesabına ABŞ senatorları ilə münasibət quraraq, təm-təraqlı toplantılar keçirdir, onlarla birlikdə fotoları paylaşır, Azərbaycan dövləti üçün mühüm işlər gördüyü görüntüsü yaradırdı.
Paralel olaraq Azərbaycan mediasında ödənişli şərtlərlə reklam materiaları dərc olunurdu. Donald Tramp ABŞ prezidenti seçiləndən sonra daha da fəallaşan Anar Məmmədov Azərbaycan mediası vasitəsi ilə belə bir rəy yaratmağa başladı ki, Amerikanın yeni prezidenti onun və ailəsinin iş ortağıdır, yaxın münasibətləri var və dünyanın ən güclü ölkəsinin rəhbəri onun arxasında olacaq. Bakıda indiki The Ritz-Carlton Baku adlandırılan hotel o zamanlar Trump Tower Baku adlanırdı və Ziya Məmmədovun hesab olunurdu. Məmmədovlar klanı doğrudan da hələ prezident olmamışdan əvvəl Trampla əlaqə yaradaraq, onun marka adını bu binaya alaraq, gələcək ABŞ prezidentini özlərinə şərik edə bilmişdilər. Hətta bir ara Trampın milyarder iş adamı olaraq, Bakıya gələcəyi söz-söhbəti də yayılmışdı.
Lakin ‘’çoxbilmiş quş dimdiyindən tora düşər’’, deyib atalarımız. Məmmədovlar Trampla əlaqələrini o qədər görməmişcə və hay-küylü reklam etdilər ki, onlara arxa duracaq ortaqlarının iqtidarı dönəmində az qala hər şeylərini qeyb etdilər. Yenicə nazir postunu itirən Ziya Məmmədov az qala azadlığını da itirəcəkdi. Trump Tower Baku onun və çox güvəndiyi Trampın əlindən çıxdı, Anar Məmmədov ölkədən köçdü və uzunmüddətli sükuta qərq oldu. Son KFC – toyuq qızartması olayı olmasa idi, onu bir də deputatlığa namizəd olması barədə məlumatla xatırlayacaqdıq.
İndi isə onun və Məmmədovlar klanının vəzifəsi daha da çətinləşib. Ölkə gündəminə skandal məlumatlarla ‘’qayıdan’’birini necə deputatlığa namizəd edəsən.
Bu problem aşa bilsələr, üstəlik, Ziya Məmmədovun əlaqələri bu istiqamətdə işə yarayan nəticələr versə, Anar Məmədovu yaxın günlərdə Azərbaycan Milli Məclisinə seçkilərdə deputatlığa namizəd kimi görəcəyik.
Bir məsələni də qeyd edək. Tramp yenidən qaydır. Məmmədovlar klanının Azərbaycanda təkrar fəallaşmasının əsas stimulu bu da ola bilər.
Ortaqları yenidən başlarına bəla olmasın...
- Ərdoğan: Uğurlu tədbirə və səmimi ev sahibliyinə görə İlham Əliyevi təbrik edirəm
13 noyabr 2024 10:27
- Azərbaycanda Konstitusiya Günüdür
12 noyabr 2024 17:14
- Baba Pünhanın qızı: Mirşahin atamın üstünə gəlmişdi ki... - Müsahibə
11 noyabr 2024 21:16
- Sabiq nazirin oğlu şirkət rəhbəri təyin edilib
11 noyabr 2024 15:28
- Lukaşenko COP29-da iştirak etmək üçün Bakıya gəlib
11 noyabr 2024 15:01
- Hansı ürək döyüntüsünün həyat üçün təhlükəli olduğu AÇIQLANDI
11 noyabr 2024 13:50
- Sirri 1945 ildən sonra açıldı: Bu insanlar kimdir? (ARAŞDIRMA)
10 noyabr 2024 16:43
- Mustafa Kamal Atatürkün ANIM günüdür
10 noyabr 2024 12:30
- Dövlət rəsmilərinin Bakıya səfəri başladı - Fotolar - Yenilənir
9 noyabr 2024 18:57
- Qarabağın xan nəslindən olan oğlu – Qətlə yetirilən Orxan Camal kimdir?
9 noyabr 2024 18:15
- Ərdoğan: Uğurlu tədbirə və səmimi ev sahibliyinə görə İlham Əliyevi təbrik edirəm
13 noyabr 10:27
- Ərdoğan və xanımı Prezidentin ailə üzvləri ilə görüşdü (FOTOLAR)
12 noyabr 22:17
- Prezident Böyük Britaniyanın Baş naziri ilə görüşdü
12 noyabr 21:57
- Azərbaycanlı general və şəriki tərliklə 10 milyonlarla pul -yuyub
12 noyabr 18:58
- Azərbaycanda Konstitusiya Günüdür
12 noyabr 17:14
- Şəfəq Günəş Elektrik Stansiyasının TƏMƏLİ QOYULDU
12 noyabr 14:32
- Prezident Ərdoğan və xanımını belə qarşıladı - FOTO
12 noyabr 12:58
- 11 günümüz var, 100 milyardlarla dollar... - Babayev
12 noyabr 12:03
- Nə olur olsun, burada ev almalıyam - Abel Məhərrəmov - VİDEO
12 noyabr 11:16
- Baba Pünhanın qızı: Mirşahin atamın üstünə gəlmişdi ki... - Müsahibə
11 noyabr 20:52
- Prezident İlham Əliyev BMT-nin Baş katibi ilə görüşüb
11 noyabr 18:57
- Sabiq nazirin oğlu şirkət rəhbəri təyin edilib
11 noyabr 15:28
- Lukaşenko COP29-da iştirak etmək üçün Bakıya gəlib
11 noyabr 15:01
- Hansı ürək döyüntüsünün həyat üçün təhlükəli olduğu AÇIQLANDI
11 noyabr 13:50
- İlham Əliyev Monqolustan Prezidenti ilə görüşdü (FOTO)
11 noyabr 11:19
- OSMANLI İMPERİYASI BU İMİŞ ....
10 noyabr 21:33
- Millət vəkili Əli Məsimli Zəfər Günü bayramı ilə əlaqədar Şəki və Qax şəhərlərində yerləşən Şəhidlər Xiyabanlarını ziyarət etmişdir
10 noyabr 21:05
- Sirri 1945 ildən sonra açıldı: Bu insanlar kimdir? (ARAŞDIRMA)
10 noyabr 16:43
- İraqda yeni qanun layihəsi- Qızları 9 yaşında ƏRƏ verəcəklər
10 noyabr 16:19
- Mustafa Kamal Atatürkün ANIM günüdür
10 noyabr 12:30
- Olaf Şolts İlham Əliyevə zəng etdi
10 noyabr 10:13
- İLK DƏFƏ! TALİBAN nümayəndələri BAKIYA GƏLİR
10 noyabr 10:01
- Dövlət rəsmilərinin Bakıya səfəri başladı - Fotolar - Yenilənir
09 noyabr 18:57
- Krediti olanlara ŞAD XƏBƏR - QARA SIYAHI YOXDUR - VİDEO
09 noyabr 18:30
- Qarabağın xan nəslindən olan oğlu – Qətlə yetirilən Orxan Camal kimdir?
09 noyabr 18:15
- BMT Baş katibi həftəsonu Bakıya gəlir
09 noyabr 12:33
- Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib
09 noyabr 12:17
- Sadhqulu da COP29-da iştirak edəcək
08 noyabr 21:11
- Prezident xalqa müraciət etdi, Bayraq Meydanında Azərbaycan Bayrağını ucaltdı (YENİLƏNİB)
08 noyabr 18:54
- Trampın qələbəsi ilə bağlı unikal aksiya – SEKS ORUCU- Kişilərdən İMTİNA EDİN
08 noyabr 18:36