Dərc edilib: 17-03-2017

https://www.nuh.az/9987-.html

Banklar vətəndaşları soyur

17.03.2017 15:13:57

İqtisadiyyat

Millət vəkili Siyavuş Novruzov parlamentin plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı bir sıra təkliflərlə çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, S. Novruzov çıxışında xüsusilə bank faizlərinin həddindən artıq yüksək olmasına etiraz edib: “Yerli kommersiya bankları istehlak kreditləri müıyyənləşdirib. Banklar vətəndaşa 29 faizlə kredit təklif edir. Hansı ki, Mərkəzi Bank onlara 10 faizlə kredit verir. Yaxud, dollarla depoziti isə 3 faizlə götürər, amma krediti ən azı 24 faizlə təklif edir. Mərkəzi Bank bu rəqəmləri ciddi araşdırılmalıdır ki, hansı haqla bank 24 faizlə kredit verir. Burada hansı qazanclar var. Bütün bunlar ölçülüb-biçilməlidir”.

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib