Əbülfət Kamalın yaradıcılığından seçmələr
Həkim-şair Əbülfət Kamalın ürəkoxşayan şeirlərini oxuculara təqdim edirik.
Səbrin olsun 25.07.15
Könlümün mülkündə at oynadırsan
Ocağıma su səpirsən, səbrin olsun
Dərdim dəm evində yandırıb məni
Sevgimdə şum əkirsən səbrin olsun
Mən səndən özüm tək sevgi istədim
Açıb qollarım gəl gəl dilədim
Illər xəstəsiyəm dərman görmədim
Közü kül eyləyirsən səbrin olsun
Havalı qoymusan bu yaşda məni
Ulayan bayquşlar sevməz çəməni
Əbülfət “Kamal” ağlar qaldı eləmi
Eşqimdə şər gəzirsən səbrin olsun
Məni 31.07.15
Bəlalı bəlasız tora düşmüşəm
Görsələr kölgəmi didərlər məni
Biri evdə, biri işdə neyləyim
Səyyari tüfül tək didirlər məni
Evdə arvad, işdə müdir pul gətir
Hay vururam, qıy vururam, sər atıram
Cığallayıb, qoşalayıb, zər atıram
Halal yox, sayı çox, mən gər satıram
Bu yaşda , bu başda döyürlər məni
Evdə arvad, işdə müdir pul gətir
O çığırır, bu deyinir, bezmərəm
Cır sifətin, çək qanını bilmərəm
Al canını, tök gözünü, seçmərəm
Əbülfət , hər gün soyurlar məni
Evdə arvad, işdə müdir, pul gətir
İstədim 05.08.15
Könül dünyasının bağbanı mənəm
Gül əkdim, tər oldu üzmək istədim
Töküldü ləçəyi, ağladı bülbül
Kövrələn halıma gülmək istədim
Ata oğru, oğlu həkim, qanuna bax
Qanı haram, geni haram yazana bax
Sözü əda, fikri bəla, halıma bax
Mən belə dünyadan köçmək istədim
Kef işrət içində yaşayır Solmaz,
Qudurma bu dövran sənə də qalmaz
Allaha bax, bəndəyə bax, ay yaramaz
Əbülfət “Kamalı” görmək istədim
Eyləyirsən 25.06.15
Xəbərin varmıdır küsmüşəm səndən
Nazını çox eylə az eyləyirsən
Şəddatsan, Şümrüdsən bunu bilmirəm
Eşqili könlümə naz eyləyirsən
Bilirsən sevgimi harda ötürdüm
Sən yoxuş, mən yeniş, yolda itirdim
Sən hakim, mən məhbus darda itirdim
Cəlladsan kefini saz eyləyirsən
Kipriyindən dara çəkilən mənəm
Ahım çox, çarəm yox, dil bilən mənəm
Bu yaşda bu başda yaş tökən mənəm
Əbülfət “Kamalı” söz eyləyirsən