Dərc edilib: 16-03-2017

https://www.nuh.az/9970-.html

Baş redaktora yeni vəzifə verildi

16.03.2017 17:34:57

Cəmiyyət

“Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə yeni vəzifəyə təyinat alıb.
 Modern.az   xəbər verir ki, Bayram Hüseynzadə Bakı Mühəndislik Universitetinə prorektor təyin edilib.
Qeyd edək ki, Bayram Hüseynzadə uzun müddət Təhsil Nazirliyində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, Bakı Mühəndislik Universiteti ölkə başçısının sərəncamı ilə 2016-cı ilin noyabrında keçmiş Qafqaz Universitetinin bazasında yaradılıb. Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədovdur.

 

    NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib