Dərc edilib: 14-03-2017

https://www.nuh.az/9933-.html

Fikrət Qocanın oğlunun qətlinin bəzi təfərrüatları məlum olub

14.03.2017 14:50:23

Hadisə

Xalq şairi Fikrət Qocanın oğlunun qətlinin bəzi təfərrüatları məlum olub.


Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə baş verməzdən əvvəl Fikrət Qocanın oğlu Yalçın Qocayev tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov və Bakı şəhər sakini Pərviz Hüseynovla birgə yeyib-içiblər.

Spirtli içki qəbul edən tanışlar arasında mübahisə düşüb.

E. Nəhmədov mübahisə zəminində Y. Qocayevi döyərək qətlə yetirib.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib