Dərc edilib: 13-03-2017

https://www.nuh.az/9928-.html

İlham Əliyev Parisdə “Total” şirkətinin prezidenti ilə görüşüb

13.03.2017 19:37:23

Siyasət

Azərbaycan prezidenti İlham Əliyevin Parisdə “Total” şirkətinin prezidenti Patrik Puyane ilə görüşü olub.

P.Puyane Azərbaycanda gedən inkişaf proseslərinin maraqla qarşılandığını deyib, Bakının gözəl şəhərlərdən birinə çevrildiyini vurğulayıb.

Söhbət zamanı SOCAR ilə “Total” arasında əlaqələrin inkişafı, “Abşeron” yatağının işlənilməsi, “Ümid”, “Babək” qaz-kondensat yataqları üzrə əməkdaşlıq və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. 

 

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib