Dərc edilib: 13-03-2017

https://www.nuh.az/9916-.html

3 aydır təqaüd verilməyən universitetlərin SİYAHISI

13.03.2017 16:18:56

Cəmiyyət

 

Azərbaycanda 3 aydır ki, universitet tələbələrinə təqaüd  verilmir.

Bu barədə cebhe.info-ya təhsil məsələləri üzrə ekspert Kamran Əsədov məlumat verib. 
Onun sözlərinə görə, 2017-ci il başlayandan tələbələr təqaüd üzünə həsrətdirlər: "Artıq 3 aydır ki, bir çox universitet tələbələri təqaüd üzü görmürlər. Səbəb Maliyyə Nazirliyinin hesaba pul köçürməməsidir. Buna görə tələbələrin təqaüdləri geçikdirilir”. 
Ekspert qeyd edib ki, təqaüd aşağıdakı universitetlərdə verilmir: 
* Azərbaycan Turizm və Menecment Universiteti
* Xəzər Universiteti
* Azərbaycan Dövlət Dəniz Akademiyası 
* Azərbaycan Dillər Universiteti 
* Dövlət İdarəçilik Akademiyası 
* Bakı Slavyan Universiteti 
* Rəssamlıq Akademiyası 
* Mədəniyyət və İncəsənət Universiteti 
* Bakı Musiqi Akademiyası 
* Sumqayıt Dövlət Universiteti 
* Bakı Mühəndislik Universiteti 
* Lənkəran Dövlət Universiteti.
Məsələ ilə bağlı Maliyyə Nazirliyi ilə əlaqə saxlamaq cəhdi baş tutmayıb. 

 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib