Marşrut sahibləri qapalı görüşə çağırıldılar - Xəbərdarlıq ediləcək
Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sərnişindaşımada fəaliyyət göstərən marşrutların sahibləri ilə qapalı görüş keçirəcək.
"Qaynar" xəbər verir ki, agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Ağayev özəl olaraq Trend-ə bildirib ki, martın 13-də keçiriləcək görüşə jurnalistlər dəvət edilməyib:
"Görüş sərnişindaşımada yol verilən nöqsanların aradan qaldırılması ilə bağlıdır. Görüşdə Agentlik rəhbərliyi tərəfindən daşıyıcılara xəbərdarlıq ediləcək. Onların qarşısında sərnişindaşımada yol verilən qüsurların aradan qaldırılması barədə sərt tələblər qoyulacaq".
NUH.az