Dərc edilib: 13-03-2017

https://www.nuh.az/9910-.html

Admiralın məhkəməsinin vaxtı açıqlandı

13.03.2017 13:58:12

Günün sitatı

Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.


Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hakimlər hökm oxumaq üçün müavirəyə çıxıb və proses qeyri-müəyyən müddətə təxirə salınıb.

Artıq hökmün oxunacağı gün də bəlli olub. Ş.Sultanovun vəkili Telman Abdiyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, proses martın 17-i saat 11-ə təyin edilib.

Qeyd edək ki, Ş.Sultanov mənimsəmə və vəzifə-səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir. Dövlət ittihamçısı Ş.Sultanovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib