Dərc edilib: 02-03-2017

https://www.nuh.az/9782-.html

Düşmənin daha bir təxribat qrupu məhv edildi - Müdafiə Nazirliyi

02.03.2017 13:39:30

Cəmiyyət

Martın 2-nə keçən gecə cəbhənin Ağdərə-Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib.

"Qaynar" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, dərhal görülən tədbirlər nəticəsində düşmənin canlı qüvvəsi məhv edilib və o, geri çəkilməyə məcbur olub.
Qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətimizdədir.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib