Dərc edilib: 26-02-2017

https://www.nuh.az/9742-.html

Prezident İlham Əliyev Qətərdə - Fotolar

26.02.2017 19:08:10

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Qətər Dövlətinə rəsmi səfərə gəlib.

  AzərTac    xəbər verir ki, Azərbaycanın və Qətərin dövlət bayraqlarının dalğalandığı Doha şəhərindəki “Hamad” beynəlxalq aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Qətərin iqtisadiyyat və ticarət naziri Şeyx Əhməd bin Casim bin Mohammad Al Tani və digər yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıb.

 

Prezident Qətərdə - Fotolar
Prezident Qətərdə - Fotolar

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib