Dərc edilib: 08-02-2017

https://www.nuh.az/9536-.html

26 nömrəli orta məktəbin direktoru Natiq Səmədov işdən uzaqlaşdırıldı - ÖZƏL

08.02.2017 13:49:18

Cəmiyyət

Xəzər rayonunun Buzovna qəsəbəsindəki 26 nömrəli orta məktəbin direktoru Natiq Səmədov bu gün səhər saatlarında nazir Mikayıl Cabbarovun əmri ilə vəzifədən uzaqlaşdırılıb.

 

Təhsil nazirliyindəki mənbədən NUH.az-a daxil olan məlumata görə, N.Səmədovun işdən uzaqlaşdırılmasına səbəb kimi məktəbdə təlim-tərbiyə işlərini  düzgün tənzimləyə bilməməsi,  məktəbdə təhsilin səviyyəsi aşağ olması əsas götürülüb.  Ümumiyyətlə, son aylarda mətbuatda Buzovna qəsəbəsindəki 26 nömrəli orta məktəblə bağlı kifayət qədər neqativ məlumatlar yayılırdı. Məlumatda qeyd olunur ki, bir müddət əvvəl Xəzər rayonu Şimal DRES qəsəbəsindəki 230 saylı orta məktəbdə direktor tərəfindən zorlandığını iddia edən, daha sonra isə işdən qovulan direktor müavini Ləman Babayevanın 26 saylı məktəbdə işə düzəlməsi ilə bağlı məlumat yayılmışdı. Bu təyinat məktəbin direktoru N.Səmədov və müəllimləri narazı salmışdı və nəticədə nazirin bu qəraına etiraz edilmişdilər. Müəllimlərin və direktorun narazılığı heç bir nəticə vermədi. Ləman Babayeva sözügedən məktəbdə işə başladı. Nazirlikdəki mənbənin  NUH.az- a verdiyi məlumata görə, Natiq Səmədovun direktor postundan uzaqladırılmasının bir səbəbi də nazirin sevimlisi olan Ləman Babayevanın təyinat qərarına etiraz etməsidir. Məlumata görə, yaxın saatlarda nazir Mikayıl Cabbarovun əmri ilə 230 saylı orta məktəbdə direktor tərəfindən zorlandığını iddia edən, daha sonra isə işdən qovulan direktor müavini Ləman Babayevanın 26 saylı məktəbə direktor təyin ediləcək. Bununla da Mikayıl Cabbarov öz istəyinə çatacaq.

 

  NUH.az 


NUH informasiya agentliyi səhifəsindən çap edilib