Dərc edilib: 07-02-2017

https://www.nuh.az/9521-.html

Azərbaycanda maliyyə naziri işdən çıxarıldı

07.02.2017 13:46:42

Hadisə

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri sərəncam imzalayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 6 fevral 2017- ci il tarixli Sərəncamı ilə Xalid Səməd oğlu İsgəndərov Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifəsindən azad edilib.

Ali Məclis Sədrinin həmin tarixli növbəti Sərəncamı ilə Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının maliyyə naziri təyin olunub.

Xatırladaq ki, Səbuhi Məmmədov indiyədək Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri vəzifəsində çalışıb.(ölkə.az)

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib