Dərc edilib: 06-02-2017

https://www.nuh.az/9503-.html

İcra başçısının oğlu polis rəisi oldu

06.02.2017 13:04:36

Cəmiyyət

Azərbaycanın daxili işlər orqanlarında yeni kadr təyinatı olub.


Polis polkovnik-leytenantı Faiq Hüseynov Suraxanı Rayon Polis İdarəsinin (RPİ) Pasport və Qeydiyyat Şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, F.Hüseynov əvvəllər Yasamal RPİ-nin 29-cu Polis Bölməsinin rəisi vəzifəsində çalışıb. O, Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Hüseyn Hüseynovun oğludur.(Report)

 

 

     NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib