2016-cı ilin ən fəal QHT-si seçildi - FOTO
2 fevral tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Gənclər günü" ilə bağlı ənənəvi bayram tədbiri keçirildi.
Qaynarinfo.Az-ın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə Gənclər və İdman naziri Azad Rəhimov hər il olduğu kimi bu il də müxtəlif sahələr üzrə 2016-cı ildə uğur əldə edən gənclərin və gənclər təşkilatlarının mükafatlandırılacağını dedi.
Sonra tədbirin proqramına uyğun olaraq 2016-cı ilin ən yaxşıları diplom və mükafatlarla təltif edildilər.
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi də 2016-cı ildə uğurlu fəaliyyətinə görə ilin ən fəal QHT-si seçildi.
Mükafat ASGA-nın sədri, internet-media ekspert Səbuhi Abbasova təqdim edildi.
NUH.az