Dərc edilib: 28-01-2017

https://www.nuh.az/9392-.html

Ermənilər Kəlbəcərdə belə kef edirlər - VİDEO

28.01.2017 16:49:47

Region

1993-cü ildən Ermənistan ordusunun işğalı altında olan Kəlbəcər şəhərindən yeni video yayılıb. İstiPress-in məlumatına görə, ermənilər Kəlbəcərin İstisu sanatoriyasında əyləndiklərini sosial şəbəkədə paylaşıb. 

Videonun üzərində açıq havada temperaturun -10 dərəcə, müalicəvi su hesab edilən təbii bulaqda +62 dərəcə istiliyin olduğu qeyd edilib. İsti suyun töküldüyü çayda isə temperaturun +3 dərəcə olduğu bildirilir. Müalicəvi bulağın ətrafı qarla örtülüb. 
Qeyd edək ki, İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyni adlı sanatoriyası salınıb. Kəlbəcər İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarındadır. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya) eynidir və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib