Dərc edilib: 26-01-2017

https://www.nuh.az/9367-.html

5 gün dərs olmayacaq

26.01.2017 14:09:40

Maraqlı

Azərbaycanda sabahdan orta məktəb şagirdlərinin qış tətili başlayacaq.

 

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 5 günlük olacaq qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək. Fevralın 1-dən isə orta məktəblərdə dərs ilinin ikinci yarımili başlayacaq. İkinci yarımil iyunun 14-də başa çatacaq. Qeyd edək ki, şagirdlər üçün 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar), ibtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) olur.

 

   NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib