Obama prezidentliyinin son saatlarında Fələstinə yardım ayırdı
Barak Obama prezidentliyinin son saatlarında Fələstinə 221 milyon dollar göndərib.
APA xəbər verir ki, bu barədə “Assosiated Press” agentliyinə məlumatlı mənbələrdən bildiriblər.
ABŞ administrasiyası bununla bağlı Konqresi yanvarın 20-si, səhər saatlarında, Donald Trampın inauqurasiyasından öncə məlumatlandırıb.
Qeyd olunur ki, Respublikaçılar partiyası dəfələrlə Fələstin muxtariyyətinə maliyyə vəsaitinin ayrılmasının əleyhinə çıxış edib.
NUH.az