"Qəzaya uğrayan təyyarə "Türk Hava Yolları"na məxsus deyil" - Səfirlik
"Qırğızıstanda qəzaya uğrayan "Boeing 747" yük təyyarəsinin "Türk Hava Yolları" aviaşirkəti ilə heç bir əlaqəsi yoxdur".
Qaynarinfo.Az-ın "Russian Today"-yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Rusiyadakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
"Əldə etdiyimiz son məlumata görə, Bişkek yaxınlığında qəzaya uğramış təyyarə "Türk Hava Yolları"na məxsus deyil, Türk şirkətlərinin birinə aid şəxsi təyyarədir "- deyə səfirlik məlumat yayıb.
Qeyd edək ki, qəzaya uğramış "Boeing 747" yük təyyarəsi "Türk Hava Yolları" aviaşirkətinə məxsus olduğu bildirilirdi.
Xatırladaq ki, Honk-Konq-Bişkek-İstanbul reysi üzrə uçan təyyarə Manas hava limanı yaxınlığında qəzaya uğrayıb. Ən son məlumatlara görə, 37 nəfər həlak olub.
NUH.az