Dərc edilib: 14-01-2017

https://www.nuh.az/9232-.html

Təbrizdə tunel çökdü: Ölənlər var

14.01.2017 13:28:24

Region

Təbrizdə tunelin çökməsi nəticəsində 3 nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, insident Təbrizin "Xaqani" küçəsində baş verib.
Hadisə nəticəsində dağıntılar altında qalaraq yaralanan daha 2 nəfər xəstəxanaya yerləşdirilib.
Hadisə fəhlələr tuneldə işlədiyi zaman baş verib. Tunel Təbrizi elektrik enerjisi ilə təmin etmək üçün 500 meqavatlıq elektrik kabelləri ötürmək məqsədi ilə qazılırmış. Onun uzunluğu 4 kilometr, eni 12, hündürlüyü isə 2.5 metrdir.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib