Dərc edilib: 06-01-2017

https://www.nuh.az/9136-.html

NUH.az-ın baş redaktoru prezidentə yenidən müraciət etdi

06.01.2017 15:39:01

Siyasət

Cənab  İlham Əliyev !

 

Mən  2  il öncə,  yəni  04 yanvar 2015-cü il tarixdə  Sizə  ünvanladığım müraciəti nöqtə-vergülünə toxunmadan  “kopiya”lamağa  məcburam:

“Son vaxtlar dünya iqtisadiyyatında və ölkəmizdə baş verənləri, milli manatın aqibətini, əhalimizin vəziyyətini nəzərə alaraq təklif edirəm ki: 

1991-ci ildən bugünədək müxtəlif səbəblərdən bir qrup ölkə vətəndaşında cəmləşmiş, əsasən xarici banklarda yerləşdirilmiş və miqyasına görə Azərbaycan dövlət büdcəsindən müqayisə olunmaz dərəcədə çox olan “doğma” kapitalın leqallaşdırılması üçün  maliyyə  amnistiyası elan olunsun.  Xarici kapital üçün yaradılan münbit şərait və yüksək təminat  “doğma” kapitala da tətbiq edilməli, yəni hər ikisinə bərabər şərait yaradılmalıdır.

Hesab edirəm ki, iqtisadi-maliyyə amnistiyası  minlərlə yeni iş yerlərinin açılmasına, yoxsulluğun azaldılmasına, korrupsiya və rüşvətxorluğun dairəsinin daralmasına, yüksək inkişafa, ən əsası həqiqi sabitliyə, sonda demokratiyanın inkişafına gətirib çıxaracaq. Bu addım həm də ölkəni gələcək siyasi təlatümlərdən, qarşıdurmalardan qoruyacaq və populist şüarlarla xalqı aldatmağa son qoyacaq. İqtisadi amnistiya həm də xalqın sərvətini xalqa qaytarmağın daha məqsədəuyğun yoldur”.

 

Hörmətlə, 

NUH  İnformasiya  Agentliyinin ( NUH.az-ın ) 

baş redaktoru  Kamran Məhərrəmli

NUH informasiya agentliyi səhifəsindən çap edilib