Nazir qohumunun restoranını sökən rəisi işdən çıxardı - Yeni təyinat
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Quba rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə yeni rəis təyin olunub.
Nazir Hüseynqulu Bağırovun müvafiq əmri ilə bu vəzifəyə nazirliyin əməkdaşı Bakir Qurbanov gətirilib.
Faktı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova təsdiqləyib. Bildirib ki, B. Qurbanov artıq vəzifəzinin icrasına başlayıb.
Məlumat üçün bildirək ki, Quba rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin sabiq rəisi Mustafa Əhmədov 2016-cı ilin sonlarında vəzifəsindən azad edilib.
Onun işdən çıxarılması H. Bağırovun əmri ilə Quba rayonunun meşə fondu torpaqlarındakı, xalası oğlu Abbas Zeynalova məxsus "Orman” adlanan ictimai iaşə obyektinin sökülməsi ilə bağlı məsələlərin mətbuata çıxarılmasından sonra baş verib. İddia olunur ki, nazir həmin şəxsi işdən çıxarmaqla qanunsuzluqda onu ittiham etmək istəyib.Məsələ ilə bağlı ətraflı məlumatı aşağıdakı linkdənoxuya bilərsiniz:
Hüseynqulu Bağırov xalası oğlunun milyonluq obyektini dağıtdı - Nazirin məhkəmə çəkişməsi/ FOTO
Qeyd edək ki, sözügedən dəyəri yarım milyon olan obyekt məhkəmə qararı olmadan dağıdılıb. Bununla bağlı zərərçəkənin iddiası Sumqayıt Appelyasiya məhkəməsində təmin edilib. Məsələ ilə bağlı ətraflı məlumatı aşağıdakı linkdənoxuya bilərsiniz:\bakipost.az\
