Dərc edilib: 03-01-2017

https://www.nuh.az/9100-.html

Azərbaycanın 2-ci peykinin buraxılış tarixi bilindi

03.01.2017 13:09:17

İqtisadiyyat

Azərbaycanın ikinci telekommunikasiya peyki "Azerspace 2"-nin yığılması prosesi 2017-ci ilin sonunda başa çatacaq.

 Bu barədə Trend-ə "Azərkosmos" ASC-dən məlumat verilib.

İş planına əsasən, peykin buraxılışı 2017-ci ilin dekabrında nəzərdə tutulub.

ASC-nin məlumatına görə, ikinci geostasionar peyk "Azerspace 1"-in əhatə radiusunu genişləndirməyə imkan verəcək. Əhatə olunan bölgələrdə isə siqnal qəbulu daha da güclənəcək.

Qeyd edək ki, "Azerspace 1" 2013-cü ilin fevral ayında orbitə buraxılıb.

 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib