Dərc edilib: 31-12-2016

https://www.nuh.az/9076-.html

Polis 3 il əvvəl yanan qadınla bağlı qorxunc cinayətin üstünü açdı - Lənkəranda

31.12.2016 17:52:10

Hadisə

Lənkəranda üç il əvvəl yanmış meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, 2013-cü il may ayının 15-də Lənkəran rayonunun Şürük kəndində yaşayan Zəngilan rayon sakini Fəxriyyə Hüseynovanın evində sobanın üstündə yanmış meyiti tapılıb.
Daxil olmuş məlumat əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə qeyd edilən tarixdə F.Hüseynovanın evinə qarət məqsədilə gəlmiş qonşuları Elgün Həşimov, Yaqut Əliyeva və Xanım Həsənovanın onu elektrik sobasının üstünə itələyib yıxaraq oradan 9100 manat pul və qızıl əşyalar aparmaları müəyyən edilib.
Həyata keçirilmiş tədbirlərlə E.Həşimov, Y.Əliyeva və X.Həsənova saxlanılıblar.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib