Dərc edilib: 29-12-2016

https://www.nuh.az/9055-.html

Kəmaləddin Heydərovun oğlu Eldar Mahmudovun telefon biznesini ələ keçirdi

29.12.2016 16:39:24

Hadisə

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş şefi Eldar Mahmudovun biznesi yüksək vəzifəli məmur-oliqarxlar tərəfindən bölüşdürülüb.

AzToday.az-a daxil olan məlumatlara görə, keçmiş milli təhlükəsizlik nazirinin oğlu Anar Mahmudovun inhisarında olan telefon biznesi onun əlindən alınıb. Artıq bu biznes, yəni ölkəyə telefon idxalı bir-neçə məmur-oliqarxın inhisarındadır. Əvvəllər bu sahə tamamilə Anar Mahmudovun inhisarında idi. 
AzToday.az-a daxil olan məlumatda deyilir ki, Anar Mahmudovun telefon biznesinin böyük bir bir hissəsi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov tərəfindən ələ keçirilib.  Belə ki, hazırda yerli bazarda satılan ən bahalı telefonlar, xüsusən "iPhone"ları ölkəyə gətirən Tale Heydərovdur. Məlumatlı mənbənin sözlərinə görə, Tale Heydərovun bu biznesdə ilk işi "iPhone" telefonlarının qiymətini bahalaşdırmaq olub. 
Qeyd edək ki, bir müddət əvvəl Tale Heydərov Türkiyədə dövlət çevrilişinə cəhd edən və hazırda ABŞ-da yaşayan Fətullah Gülənin Bakıdakı məşhur "Günaydın" restoranlar şəbəkəsinə də sahiblənmişdi. 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib