Dərc edilib: 19-12-2016

https://www.nuh.az/8945-.html

Ruhani Ermənistana gedir – SƏFƏR PROQRAMI

19.12.2016 14:32:14

Region

İran prezidenti Həsən Ruhani Ermənistana səfərə gedir. H. Ruhani region və qonşu ölkələrlə əlaqələrin dərinləşməsi və gücləndirilməsi məqsədi ilə dekabrın 21-də Ermənistana səfər edəcək.

Bir günlük səfər zamanı H. Ruhani ermənistanlı həmkarı ilə görüşəcək və ikitərəfli əlaqələrin inkişafına dair danışıqlar aparacaq. Eləcə də səfər çərçivəsində iki ölkə arasında bir neçə əməkdaşlıq sənədi imzalanacaq. İki ölkənin iş adamlarının iştirakı ilə biznes forum keçiriləcək.

Səfərdə İran prezidentini bir neçə nazir və İranın özəl sektorunda çalışan şirkət rəhbərləri müşayiət edəcək.(APA)

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib