“Vəzifəli adamların videolarını çəkib...” - Mədət Quliyevdən şok açıqlama
Dövlət təhlükəsizlik xidmətinin rəisi Mədət Quliyev son günlər “reket” jurnalistlərə qarşı keçirilən əməliyyatlardan danışıb.
“Qafqazinfo” xəbər verir ki, M.Quliyev həmin jurnalistlərin qeyri-qanuni fəaliyyətlə məşğul olduqlarını qeyd edib:
“Bu, qalmaqallı məsələdir. Müəyyən vəzifəli adamlar, onların övladları ilə bağlı qeyri-qanuni videoçəkilişlər aparıblar və bununla əlaqədar pul tələb ediblər. Məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətində cinayət işi açılıb. Bunlara hüquqi qiymət veriləcək”.
NUH.az