Ermənilər bu dəfə Müslüm Maqomayevi hədəf seçdilər - SƏRSƏMLİYİN HƏDDİ YOXMUŞ
"Dünyaca məşhur müğənni, SSRİ-nin xalq artisti Müslüm Maqomayevin erməni kökləri aşkarlanıb. Sovet estradasının ulduzu, milyonlarla insanın kumiri, sən demə, Çar Rusiyası dönəmində Vladiqafqaz hərbi dairəsinin rəisi, erməni İvan Xanjalovun nəticəsidir".
Bu marazmatik, daha doğrusu, idiotik iddia Rusiynın Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqazda çıxan "Severnaya Osetiya" qəzetinə məxsusdur.
"Vladiqafqaz hərbi dairəsinin rəisinin nəticəsi" adlı yazısında müəllif, "tarixçi" olduğunu yazmış Feliks Kireyevin iddialarına görə, Müslüm Maqomayev azərbaycanlı yox, "erməni"dir.
"Tarixçi" olduğunu iddia etsə də, tarixi absurd ehtimalların bir yerə toplanması ilə qarşıya qoyulan məqsədə çatmaq üçün vasitə, yalan aləti hesab edən müəllif yazır: "Müğənninin anası, 1921-2003-cü illərdə yaşamış aktrisa Ayşet Axmedovna Maqomayeva əvvəllər Nalçik, sonra Moskvada təhsil alıb, bir müddət Bakıda yaşayıb. O, karyerasını Rusiyanın Murmansk şəhərindəki vilayət dramatik teatrında başa vurub.
Müslüm Maqomayev anasının mənşəyi barədə yazırdı ki, Ayşet Maqomayeva Maykopda anadan olub, atası azərbaycanlı, anası isə yarı adıgey, yarı rus olub. Maqomayev onu da yazırdı ki, anası Ter kazak qoşunlarının polkovniki Xanjalovun nəvəsidir. Bu səbədən də Ayşet Maqomayevanın səhnə təxəllüsü "Xanjalov" idi.
Polkovnik İvan Aleksandroviç Xanjalov isə 1856-cı ilin mayın 9-da doğulmuş erməni idi. Onun arvadı pravoslav idi və bu nikahda 5 övlad doğulmuşdu. Müslüm Maqomayevin anasının Xanjalov sülaləsinin hansı qoluna mənsub olduğu məlum deyil. Çox yəqin ki, o, İvan Xanjalovun oğullarından birinin qızıdır. Bu səbəbdən Ayşet Maqomayevin atasının azərbaycanlı olması barədə iddialar yalandır. Çox yəqin ki, Müslüm Maqomayev əsli-nəsli barədə dəqiq məlumatlara malik olmayıb, ya da anası ona yalan danışıb. Axı sovet dönəmində Ayşet Maqomayeva əsla deyə bilməzdi ki, o, Çar Rusiyasının ordusunun polkovnikinin nəvəsidir", - müəllif yazır.
İddialar o qədər sarsaqdır ki...
Müslüm Maqomayevin atası Maqomed Maqomayev 1945-ci ildə cəbhədə həlak olub. Ərinin ölümündən sonra Ayşet Maqomayeva illər boyu dul qalıb, sonra isə 1971-ci ildə işləməyə yollandığı Murmansk vilayət dram teatrının aktyoru Leonti Kafkaya ərə gedib. Bu nikahda Ayşet Maqomayevanın Yuri və Tatyana adlı iki övladı doğulub.
Dahi müğənni Müslüm Maqomayev isə anası ilə uzun müddət küsülü olub.
Oğulla ana danışmırdılar.
Mərhum Müslüm Maqomayev özü bu barədə belə deyirdi: "Vətən Müharibəsindən sonra anamın taleyi elə gətirdi ki, o, başqa ailə qurdu. Onu heç nədə suçlaya bilmərəm. Dramatik aktrisa idi, Rusiyanın şəhərlərini dolaşırdı, heç bir teatrda uzun müddət işləmirdi. Əmim Camaləddin Maqomayev və onun xanımı Mariya İvanovna mənə əsl valideynlər oldular".
Feliks Kireyevin "Severnaya Osetiya" qəzetində dərc etdirdiyi məqalə ilə bağlı Milli.Az araşdırma aparıb və nəticələr də ermənilərin sifarişi ilə yazılan məqalədə yer almış iddiaların əsassızlığını aşkarlayıb.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin Baş Hərbi Arxivindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, polkovnik İvan Xanjalov Ter Kazak Qoşunlarının rəisi olmayıb: "İvan Xanjalovun 1906-cı ilin aprelin 10-dan 1917-ci ilin fevralın 3-dək Vladiqafqaz hərbi dairəsinin rəisi olması barədə iddialar yanlışdır. Vladiqafqaz hərbi dairəsi də Xanjalovun əvvəllər qulluq etdiyi Vedeno və Qroznı hərbi dairələri kimi Ter Kazak Qoşunlarının ərazisinə daxil olmayıb. Bu baxımdan İvan Xanjalov heç bir əsasla dairə rəisi ola bilməzdi. O, çöl artilleriyası polkovniki idi".
Şimali Osetiyada hazırda yaşayan Xanjalovların istisnasız olaraq hamısı darginlərdir və onların arasında kimsə "erməni əsilli" olduğunu söyləməyib.
Vladiqafqazda yaşayan, Xanjalovlar nəslinin nümayəndəsi olan Maqomed Xanjalov Milli.Az-a açıqlamasında dedi: "Xanjalovların xristian, xüsusilə də erməni olmaları barədə iddiaların olduğunu sizdən eşitdim. Gülməli məsələdir. Bizim əslimiz Dağıstandandır və nəslimizin kökü Xarbuka və Amuzka kəndlərindəndir. O kəndlər qədim dargin yaşayış məkanlarıdır. "Xanjal da elə dargincə "xəncər" deməkdir".
Ayşet Maqomayevanın nəvələri, onun Leonti Kafka ilə nikahında doğulmuş oğlu Yuri Kafkanın övladları da nənələrindən heç zaman "əsillərində erməni qanı" olması barədə bir kəlmə də eşitmədiklərini söyləyiblər.
Müslüm Maqomayevin atası, teatr rəssamı Maqomed Maqomayev 1945-ci ilin aprelində müharibədə həlak olub.
"Mən azərbaycanlıyam"
Müğənninin ata babası Əbdül Müslim Maqomet oğlu Maqomayev Çeçenistanın paytaxtı Qroznıda anadan olub. Onun atası Maqomet Maqomayev isə Köhnə Ataqi kəndində anadan olub.
Müslüm Maqomayevin özünə gəldikdə isə o, həmişə və hər yerdə qürurla "Mən azərbaycanlıyam!" deyərdi.
"Severnaya Osetiya" qəzetində dərc olunmuş məqalənin çox "operativ" şəkildə erməni mediasında yer alması, yayılması da gözləniləndi və bununla da ermənilər özlərini faş etdilər.
"Maqomayevin erməni kökləri var" iddiası o qədər primitivdir ki, bunu Dağıstan, Şimali Osetiyanın tanınmış sənətçiləri belə, gülüşlə qarşılayıblar.
Ermənilərə isə gerçəkdən, təəssüflənmək gərəkdir. Zavallılar bu dəfə "Maqomayev kartı"nı ortaya atmaqla kasad mədəniyyətlərini, uydurma tarixlərini "zənginləşdirmək", milli xəstəliyə çevrilmiş natamamlıq komplekslərinin ağrısını azaltmağa çalışırlar, deyəsən.../Milli.Az/
NUH.az