Dərc edilib: 03-12-2016

https://www.nuh.az/8836-.html

Əlillər günü Nəsimidə qeyd edilib

03.12.2016 17:40:36

Cəmiyyət

3 Dekabr – Beynəlxalq əlillər günü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayondakı əlil uşaqlar, Autist Uşaqların Reabilitasiyasına Kömək İctimai Birliyi, 11 və 268 saylı Xüsusi məktəblərdə təhsil alan və Eşitmə Qabiliyyəti Pozulmuş Respublika İxtisaslaşdırılmış uşaq bağçasındakı əlil uşaqlar- ümumilikdə 200-dən çox əlil uşaq üçün müsiqili-əyləncəli tədbir keçirilib. 


İcra hakimiyyətindən NUH.az-a  verilən məlumata görə, tədbir iştirakçılarını salamlayan Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, rayonda qeydiyyatdan keçmiş 7406 nəfər müxtəlif əlillik dərəcəsinə malik vətəndaş yaşayır. Bunların arasında əmək, Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş insanlar var.

A.Əsgərov qeyd edib ki, əlil vətəndaşlara və xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər üzvünün borcudur. Hər il RİH tərəfindən əlillər və xüsusilə də əlil uşaqlarla bağlı xeyli tədbir təşkil olunub. İl ərzində Nəsimi rayon İcra Hakimiyyətinin dəstəyi ilə 268 və 11 saylı məktəblərdə təhsil alan 20 nəfər uşağa əlil arabası verilib. Bu il müxtəlif kateqoriyalardan olan 158 nəfər əlil rayon sakini Naftalan, LənkəranŞəki, Kürdəmir rayonları və Bilgə qəsəbəsindəki istirahət mərkəzləri və sanatoriyalara göndəriliblər.

Tədbirdə 200 nəfər əlil uşağa hədiyyələr təqdim olunub.

 

 

  NUH.az 

 

 

Əlillər günü Nəsimidə qeyd edilib
Əlillər günü Nəsimidə qeyd edilib
Əlillər günü Nəsimidə qeyd edilib
Əlillər günü Nəsimidə qeyd edilib
Əlillər günü Nəsimidə qeyd edilib

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib